Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin növbəti təxribatı ilə bağlı Rusiyanın siyasi rəhbərliyinə müraciət ünvanlanıb

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ünvanlanıb

Rusiyadakı Azərbaycan diaspor təşkilatları ermənilərin növbəti təxribat hazırlığı ilə bağlı daxili işlər naziri Vladimir Kolokoltsevə müraciət ünvanlayıblar.

ONA-nın Moskva bürosunun verdiyi məlumata görə, eyni müraciət məktubu Millətlərlə iş üzrə Federal Agentliyin rəhbəri İqor Barinov, Dövlət Dumasının millətlərlə iş üzrə Komitənin sədri İldar Qilmutdinov və Moskva Meriyasının milli siyasət və regionlararası əlaqələr Departamentinin rəhbəri Vitali Suçkova da ünvanlanıb.

Müraciətdə Rusiyadakı erməni diasporunun bir sıra təxribatları barədə bildirilib.

Qeyd olunub ki, Rusiyadakı erməni diasporu ölkənin müxtəlif regionlarında, eləcə də paytaxt Moskvada millətlərarası qarşıdurmaya gətirib çıxara biləcək təxribatlar törətməyi planlaşdırır.

Bu məqsədlərinə çatmaq üçün ermənilərin gənclərdən, tələbələrdən istifadə etdiyi vurğulanıb.

Aprelin 23-də Erməni Apostol Kilsəsinin həyətində planlaşdırdıqları təxribat məqsədli fləşmoba ictimai təşkilatların çoxsaylı müraciətlərindən sonra icazə verilmədiyi də xatırladılıb.

Bildirilib ki, təxribatçılar indi də Moskvada Şuşanın “işğaldan azad olunması” şərəfinə tədbir keçirməyi planlaşdırıblar.

Mayın 7-də 18:30-da Maroseyka küçəsi 9 ünvanında Moskva Dövlət Universitetinin Erməni Tələbə Asosiasiyası Qarabağ müharibəsi “fədailəri”lə görüş keçirməyi planlaşdırır.

Sosial şəbəkələrdə Moskva Dövlət Universitetinin məlum tədbirin tərəfdaşı olduğu haqda məlumat da yayılıb. Bununla da erməni diasporu Rusiyanın strateji tərəfdaşı olan suveren Azərbaycan dövlətinə və Rusiyanın azərbaycanlı vətəndaşlarına qarşı növbəti təxribata hazırlaşırlar.

Nəzərinizə çatdıraq ki, belə tədbirlər Moskvanın Azərbaycan və erməni icmalarının fəalları arasında qarşıdurmaya gətirib çıxara bilər.

Müraciətdə həmçinin bildirilib ki, erməni diasporunun bu əməli prezident Vladimir Putin tərəfindən təsdiq olunan Rusiyanın Milli siyasət Strategiyasına ziddir

Bundan başqa, məltubda Şuşanın əzəli Azərbaycan torpağı olması haqda tarixi faktlar da öz əksini tapıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar