Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilərin hərbi cinayətlərinə beynəlxalq aləm niyə reaksiya vermir?

Gəncə hadisəsindən sonra diplomatik prosseslərin inkişafı necə olacaq? - Moskva daha sərt ritorika sərgiləyə bilərmi?..

Politoloq: “Ermənilərin törətdikləri cinayətə görə təkcə Ermənistan deyil, eyni zamanda da Minsk qrupunun həmsədrləri də məsuliyyət daşıyır”.

“Gəncə hadisəsi dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Buna görə də dünya ictimaiyyətinə nəyisə sübut etməyə ehtiyac yoxdur”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Ermənistanın Gəncədə törətdikləri cinayətlərə Minsk qrupu ölkələrinin rəsmi reaksiya verməməklərinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bu gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutdu.

Nəticədə 9 nəfər həlak olub, 34 nəfər yaralandı.

Amma Gəncə hadisəsinə aparıcı dövlətlər, xüsusəndə Türkiyə istisna olmaqla Minsk qrupu ölkələri rəsmi reaksiya vermədilər. Onların bu susqunluğu ermənilərin hərbi cinayətinə göz yummaq kimi dəyərləndirilə bilərmi? Həmçinin Moskvada imzalanan humanitar atəşkəsə demək olar riayət olunmur. Bundan sonrakı diplomatik prosseslər necə inkişaf edə bilər və Moskva daha sərt ritorika sərgiləyə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Cinayətkar bir dövlətə Minsk qrupunun həmsədrləri təzyiq göstərmirlərsə, bunun özü də hərəkətsizlikdən doğan məsuliyyət yaradır”.

Moskvanın sərt ritorika ilə tərəflərə təzyiqi artırmasını istisna etməyən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Moskva da özünə necə sərf edirsə, hər iki tərəfə də o cür təzyiq edəcək:

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə şəhərini və dinc sakinlərini raket atəşinə tutması beynəlxalq hüququn, xüsusilə də beynəlxalq humanitar hüququn kobudcasına pozulmasıdır. Bu həmçinin 1948-ci il Cenevrə Konvensiyası və 1977-ci ildə ona əlavə edilmiş protokolların pozulmasıdır. Çünki mülki əhali heç bir halda hərbi əməliyyatların hədəfi ola bilməz. Döyüş zonasında olan mülki əhaliyə mütləq şəkildə imkan yaradılmalıdır ki, o əhali ya öz fəaliyyətini davam etdirsin, ya da əhalinin oranı tərk etməsi üçün dəhliz qoyulmalıdır. Azərbaycan bu tələbləri yerinə yetirdi. Yəni Azərbaycan Dağlıq Qarabağda mülki əhalini atəşə tutmadı. Azərbaycan ordusu əhaliyə Ermənistana köçməkləri üçün şərait yaratdı.

Gəncə isə döyüş ərazisi deyil və döyüş gedən yerdən kənarda yerləşən şəhərdir. Gəncə tamamilə Dağlıq Qarabağa aid olmayan şəhərdir. Gəncənin Ermənistanın Berd rayonunun atəşə tutulması çox böyük qanun pozuntusudur. Əvvəla Azərbaycan Ermənistanın ərazisini və mülki əhalisini atəşə tutmayıb. Azərbaycan öz ərazilərində hərbi əməliyyatlar aparır. Ermənistan isə mülki əhalini qorxutmaq və ordumuzun əməliyyatlarına cavab vermək adı ilə mübahisəli əraziyədə yaşayan əhalini raket atəşinə tutdu. Bu çox ağır cinayətdir.

Nəzakət Məmmədova: “Minsk qrupunun həmsədr ölkələrinin verdiyi kart-blanşa görə Ermənistan bu cür cinayətlərə əl atır”.

Bir daha qeyd edim ki, Ermənistan mülki əhalini atəşə tutmaqla beynəlxalq hüququn normalarını pozdu. Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir. Gəncə hadisəsi dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Buna görə də dünya ictimaiyyətinə nəyisə sübut etməyə ehtiyac yoxdur.

Azərbaycanın üzərinə iki məsələ düşüb.

1. Azərbaycan Ermənistanın hərbi hücumlarının qarşısını almalıdır

2. Diplomatik, hüquqi, siyasi sahədə savadlı fəaliyyət göstərməliyik. Beynəlxalq güc mərkəzləri və bu məsələyə aidiyyəti olan qurumlar qarşısında Ermənistanı ifşa etmək və onun cəzasini tələb etməliyik.

Minsk qrupunun Gəncə hadisələrinə susması təbiidir. Elə Minsk qrupunun həmsədr ölkələrinin verdiyi kart-blanşa görə Ermənistan bu cür cinayətlərə əl atır. Minsk qrupunun həmsədrləri əsasən də Fransa və Rusiya, ABŞ-da istisna olmamaqla bu məsələlərdə çox aktiv iştirak edirlər. Xüsusilə Fransa və Rusiyanın siyasi rəhbərliyi və orada yaşayan erməni diasporası ermənilərin törətdikləri cinayətlərdə aktiv iştirak edirlər. Onlar Ermənistana birbaşa dəstək verirlər.

Ermənilərin törətdikləri cinayətə görə təkcə Ermənistan deyil, eyni zamanda da Minsk qrupunun həmsədrləri də məsuliyyət daşıyır. Ən əsas mülki əhalinin atəşə tutulması, əmlaklarının ziyan görməsinə görə Minsk qrupunun həmsədr ölkələri birbaşa məsuliyyət daşıyır. Cinayətkar bir dövlətə Minsk qrupunun həmsədrləri təzyiq göstərmirlərsə, bunun özü də hərəkətsizlikdən doğan məsuliyyət yaradır. Yəni onlar cinayəti görür, amma tədbir görmürlər.

Nəzakət Məmmədova: “Minsk qrupunun həmsədrləri Azərbaycanı məcbur şəkildə danışıq masasına oturtmağa çalışacaq”.

Atəşkəsə əməl olunmur. Çünki atəşkəs reallığı əks etdirmir. Yəni Moskvadakı sülh reallığa əsaslanmır. Qeyd edim ki, döyüş meydanında status-kvo bir cürdür, danışıq masasında isə başqa cürdür. Proselər ermənilərin həyasızlıq etməsi ilə davam edəcək. Minsk qrupunun həmsədrləri isə Azərbaycanı məcburşəkildə danışıq masasına oturtmağa çalışacaq. Onlar Azərbaycanın başını danışıqlar yolu ilə aldadıb zaman əldə etmək istəyirlər. Beləliklə də Azərbaycana problemlər yatarmağa və əraziləri Azərbaycandan qoparmağa çalışacaqlar.

Ola bilər ki, Moskva sərt ritorika ilə tərəflərə təzyiqi artırsın. Moskva da özünə necə sərf edirsə, hər iki tərəfə də o cür təzyiq edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar