Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Ermənilərin Bərdəyə vurduğu ziyanla bağlı baxış və akt tərtib olunması prosesi bu həftə yekunlaşacaq

"Demək olar ki, Bərdə rayonunda mənzillərə və fərdi yaşayış evlərinə baxışı bitirmişik”.

Bunu APA-ya açıqlamasında Bərdə rayonu üzrə İşçi Qrupun rəhbəri Elçin İbrahimov deyib.

İşçi Qrupun rəhbəri bildirib ki, təqribən 179 fərdi yaşayış evi və çoxmərtəbəli binalardakı mənzillərə baxış keçirilib: “İndiyə qədər 23 sahibkarlıq subyektinə, 7 nəqliyyat vasitəsinə baxış keçirilib. Həmçinin, ev heyvanlarının da aktlaşmasını aparmışıq. Bundan sonra təqribən 50-dək sahibkarlıq subyekti, 70-ə yaxın nəqliyyat vasitəsi ilə bağlı akt tərtib edilməsi nəzərdə tutulub. Ümumilikdə işlərin bu həftənin sonuna yekunlaşdırılması planlaşdırılır”.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 6-da "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qruplar vəziyyətlə yerində tanış olmaq və qiymətləndirmə işlərinin aparılması məqsədilə Ermənistan silahlı qüvvələrinin zərər vurduğu şəhər və rayonlara ezam olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İcra başçısının otağından 50 min manat pul oğurlanıb - Video

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Əbülfəs Qarayevin qızına məxsus şirkətin gəlirləri haqda açıqlama yayıldı

“Azəriqaz” rəhbərliyi müzakirəsiz həbs edilməlidir - Hafiz Hacıyev

Putin: “Prezidentlikdən sonra şərabçılıq sahəsində çalışa bilərəm”

Ən çox oxunanalar