Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməniləri Qarabağdan çıxarmağın iki yolu

Ya sülh danışıqları davam etdirilməli ya da güc yolu ilə həll etmək lazımdır

Ermənistan işğalçıdır, bu, birmənalıdır. İşğalçıya qarşı isə müəyyən tədbirlər görülməli, sanksiyalar tətbiq edilməlidir. Əgər bunlar da yetərli olmursa və olmazsa, işğalçı ağır şəkildə cəzalandırılmalıdır, qəsb etdiyi ərazilərdən çıxarılmalıdır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) komitə sədrinin müavini, professor Bəxtiyar Əliyev deyib.

Millət vəkili bildirib ki, işğalçının, qəsbkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının da iki yolu var.

"Birincisi, təzyiqlər vasitəsilə onu həmin ərazilərdən çıxmağa məcbur etmək lazımdır və bu zaman həm də sülh danışıqları davam etdirilməlidir. İkincisi, əgər bu, baş verməzsə, məsələni güc yolu ilə həll etmək lazımdır. Başqa yol və variant qalmır.

Necə ki, ərazilərimizi güc yolu ilə qəsb ediblər, o cür də, yəni güc yolu ilə işğal etdikləri ərazilərdən çıxarılmalıdır. Azərbaycanın, dövlət rəhbərinin, cənab Prezidentin mövqeyi bu məsələdə birmənalıdır, Azərbaycanın bütün hallarda ərazi bütövlüyü və suverenliyi təmin ediləcək. Münaqişənin həllində hər iki vasitə məqbuldur”, - deyə millət vəkili əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar