Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Xankəndinə niyə qayıdır? - Maraqlı açıqlama

Loru dildə desək ermənilər papaqlarını qarşılarına qoyub ciddi şəkildə düşünməlidirlər ki, gələcək siyasətləri necə olacaq, hansı şəkildə qurulacaq. Ermənilər indi başa düşüb ki, hərbi yolla bizim torpaqlarımızı anneksiya etmək mümkün olmadı. Onlar dediyindən fəqli olaraq indi Azərbaycan ərazilərində ermənilərin təhlükəsizliyini təmin etmələrinin hərbi elementləri dağıdılıb və aradan qaldırılıb. Onlar hərbi vasitələrlə məqsədlərinə çatmaq niyyətindən əl çəkməsələr, bu, onlar üçün daha pis olacaq. Yox, əgər konstruktiv xətt seçsələr, bu, imkan yaradacaq ki, öz iqtisadi problemlərini həll etsinlər, bununla məşğul olsunlar.

PİA.az xəbər verir ki, bu fikirləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın bundan sonra atacağı addımlar və bu ölkədə müşahidə olunan siyasi proseslər haqda ehtimallarını dilə gətirərkən deyib.

Sabiq nazir qeyd edib ki, ermənilər indi böyük təhlükə qarşısındadır: “Hətta ermənilər Xankəndinə qayıdırlar. Amma sual olunur niyə qayıdırlar? Çünki çoxu qohum-əqrabasını müharibədə itirib. Ola bilsin ki, onları axtarmağa, barələrində məlumat almağa qayıdıblar. Bəlkə sabah əşyalarını toplayıb qayıdacaqlar? Mən nəzərə alıram ki, belə müharibədən sonra orada yaşamaq arzuları insani baxımdan azdır. Bəzən bizdə qeyd edirlər ki, onlara Rusiya vətəndaşlığı veriləcək.

Mən sizi əmin edirəm ki, onlar vətəndaşlıq alan kimi qaçıb Rusiyaya gedəcəklər. Yəni nə Ermənistanda, nə də Xankəndində yaşayacaqlar. Çünki ermənilərin problemləri çoxdur. Düşünürəm ki, Baş nazir Nikol Paşinyan indi daha çox bu problemlərlə məşğul olacaq”.

T. Zülfüqarov Nikol Paşinyanın erməni ictimaiyyəti tərəfindən ciddi tənqid atəşinə tutulmasına da diqqət çəkib: "Ona xain də deyiblər. Amma biz görürük ki, Paşinyanın erməni cəmiyyəti daxilində dəstəyi qalıb. Bu baxımdan Paşinyan özü bəyan etdiyi kimi azı 6 ay hakimiyyətdə qalmaq niyyətindədir. İstisna etmirəm ki, bundan sonra da hakimiyyətini qoruyub saxlaya bilər. Son hadisələr də göstərdi ki, Ermənistanda ruspərəst müxalifəti heç kəs dəstəkləmədi. Bu da real faktdır. Deməli, Paşinyan ola bilsin ki, bir müddət hakimiyyətdə qalacaq”. (Teleqraf)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar