Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənilər Türkiyə və Azərbaycanla birbaşa əlaqələr yaratmalıdırlar” - Jirayr Lipardiyan

Rusiyanın Qarabağdakı davranışı Türkiyəni ABŞNATO-dan uzaqlaşdırmaq, Azərbaycanla birlikdə özünə daha da yaxınlaşdırmaq məqsədi güdən diplomatik səylərdir”.

Bu barədə tanınmış erməni siyasətçisi, Miçiqan Universiteti tarix bölümünün rəhbəri, professor Jirayr Lipardiyan Türkiyənin "Ahval" adlı ingilis dilli veb-saytına müsahibəsində bildirib.

O, Cənubi Qafqazdakı prosesləri şərh edərək deyib ki, öz növbəsində Türkiyə Rusiyanın ənənəvi təsir dairəsi sayılan regionda nüfuzunu qüvvətləndirir: “Türkiyə bölgəyə hərbi gücləri ilə gəlir və kimsə bunun qarşısını ala bilməz”.

J. Lipardiyan iddia edib ki, Laçın dəhlizinə nəzarəti ələ keçirməklə Rusiya regiondakı təsirini daha da artırır, eyni zamanda həm Azərbaycan, həm də Ermənistan üçün problem yaratmaq imkanı qazanır.

Erməni siyasətçi deyib ki, Rusiya ermənilərin Dağlıq Qarabağa qaytarılması məsələsində maraqlıdır. Onun sözlərinə görə, əks-təqdirdə rus sülhməramlılarının regiondakı fəaliyyətinə lüzum qalmır.

O, əvvəllər Dağlıq Qarabağ ermənilərinin Ermənistandan idarə olunduğunu, indi isə onların təxminən Türkiyə erməniləri ilə eyni vəziyyətə düşəcəklərini söyləyib:

“Yəni dillərini, məktəblərini, kilsələrini qoruyub saxlayacaq, lakin siyasi gələcəklərini itirəcəklər”.

J. Lipardiyan vurğulayıb ki, ermənilər Türkiyə və Azərbaycanla beynəlxalq güclər vasitəsi ilə deyil, birbaşa əlaqələr yaratmalıdırlar.

Qeyd edək ki, erməni siyasətçinin müsahibəsində söylədikləri fikirləri Azərbaycanın sabiq Xarici İşlər naziri Vilayət Quliyev sosial şəbəkədə paylaşıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Ən çox oxunanalar