Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Paşinyanın arvadını biabır etdilər - Foto

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın "vətənpərvər" ruhuna hesablanmış fikirləri erməni cəmiyyətində ciddi narazılıqla qarşılanıb. O, ərinin uğursuz şəkildə rəhbərlik etdiyi erməni ordusundakı itkiləri doldurmaq üçün xalqa çağırış edib. Anna yazıb: "əziz erməni kişiləri, cəbhəyə doğru tələsin. Dünyaya ermənilərin nələrə qadir olduğunu göstərməyin vaxtı çatıb”.

Müxalif erməni saytları bu cür şablon, "vətənpərvər” çağırışlardan çox ortaya real, uğurlu iş qoymağı vacib sayıblar.

Akopyanın sözlərini onun hərbi formadakı fotoları ilə paylaşan məşhur erməni "Facebook” səhifələrindən birində təhqir və ağır ittihamlarla dolu geniş müzakirələr açılıb. Şərhlərdə daha çox Sorosun əlaltısı kimi təqdim edilən Paşinyanın ailəsinə nəzarəti itirdiyi qeyd edilir. Daha çox diqqət çəkən məqam isə yüzlərlə bəyənmə gələn şərhlərdəki Nikola aid karikaturalar olub. Bu cür təhqirlərlə öz aqressiyasını bildirən xeyli sayda erməni Paşinyanın özünün və komandasının ön cəbhədə olmasını vacib sayıb.

Akopyana gələn etiraz şərhlərinin bir neçəsini oxuculara təqdim edirik.

Armen Aramyan adlı istifadəçi Ermənistan hökumətinin nazir və məmurlarının fotokollajını paylaşaraq qeyd edir ki, əvvəlcə döyüşə Sorosun erməni komandasını göndərin.

Anaida Koryan adlı istifadəçi isə yazır ki, Paşinyanın arvadının müharibə çağırışları yersizdir, onun döyüşlər, müharibə haqqında anlayışı belə yoxdur: "Biz erməni qadınları hazırda baş verənləri böyük ağrı ilə izləyirik. İtirdiyimiz kişilər geri dönməyəcəklər, hamısı da həyat təcrübəsi olmayan azyaşlı oğlanlardır".

Arusyak Şahverdiyan yazıb: "Anna xanım sizdən xahiş edirik ki, ərinizə təsir edəsiniz işindən getsin. Bəlkə də yaxşı rəhbər deyilsiniz, imkan verin bu işləri bacaranlar gəlsinlər. Cavan oğlanlarımız qırılır, bu ağır günahdır!”

Şərhlərin əksəriyyəti gənclərin kütləvi şəkildə qırılmaları ilə bağlı olsa da, bəziləri erməni cəmiyyətini bu hala düşməsinin səbəbini axtarıb. Sveta Martirosyan qeyd edib ki, "sosial şəbəkələrdə bir-birinizi qırmaqdan utanmırsınızmı? Bu cür ittihamlarla, söz davaları ilə türkləri (azərbaycanlıları - red) sevindirmiş olursunuz. Hamımız silaha sarılmalıyıq, yoxsa vətənimizin sonu gələcək”.

Xatırladaq ki, bu, Paşinyan ailəsinin sosial şəbəkələrdəki ilk qıcıq yaradan paylaşımı deyil. Dünən Nikolun qızı da özünün "Facebook” səhifəsində pessimist paylaşım etməsi ilə qınaq obyekti olmuşdu. O erməni əsgərləri ilə bağlı xəyallarınının puç olduğunu yazmışdı. Ermənilər isə ağır təhqirlərlə onun statusuna reaksiya verərək Soros qulu olan atasının xəyalları puç etdiyini yazırdılar. (Azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar