Bazar ertəsi, 23 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ermənilər məğlubiyyətə görər rusları günahlandırır - “Satqınlar, 100 min əsgər göndərə bilərdiniz...”

Ermənilər tələb edir ki, ruslar gəlib onların yerinə döyüşsünlər. Onlara elə gəlir ki, ari xalqdırlar, onları dünya, ən əsası ruslar xilas etməlidirlər...

Ermənilər hərbi məğlubiyyətlərinə görə həmişə Rusiyanı günahkar sayırlar. Qələbəyə gələndə öz ayaqlarına yazırlar,  “qəhrəman erməni əsgəri” qazanır, uduzanda Rusiya günahkar çıxır.

“Yeni Müsavat” xəbər verir ki, bu gün analoji mənzərədir. Ermənilər az qala ittiham edirlər, Rusiyanı təqsirkar çıxarırlar ki, niyə köməyə gəlmirsiniz. Əgər erməni ordusu “qalib” gəlirdisə, elə indi də zəfər çalsın, Moskvanın ayaqlarına nə üçün düşürsünüz?! Təbii ki, elə 1992-1993-cü illərdə də Ermənistan ordusu zəif və səriştəsiz idi, o zaman silah-sursat, hərbi texnika cəhətdən yüksək səviyyədə təchiz olunmasaq da, Azərbaycanın cəsarətli oğlanları torpaqlarımızın son qarışına qədər döyüşürdü, sadəcə, ermənilərə yardım var idi.

Ermənilər 2016-cı ilin aprelində, Lələtəpə əllərindən çıxanda da belə etmiş, Rusiyanı yerdən-yerə vurmuşdular. İndi yenə başlayıblar. Hazırda sosial şəbəkələrdə ayrı-ayrı ermənilər Rusiyanı asıb-kəsir, qınayır, niyə kömək etmədiyinə görə günahlandırır.

Başadüşüləndir, rəhbəri Nikol Paşinyan imdad diləyib 5 dəfə Rusiya prezidenti Vladimir Putinə zəng edəndə, sadə vətəndaşları da sosial mediada yalvaracaqlar.

Onlardan biri - Andronik Susanyanın yazdıqlarını oxuyanda ruhi xəstənin fikirlərinə bənzəyir. Susanyan deyir ki, ruslar gəlib yerimizə döyüşsünlər. Heyhat! Əslində bu ağılda ermənilər çoxdur və onlara elə gəlir ki, ari xalqdırlar, onları dünya, ən əsası ruslar xilas etməlidirlər.

Andronik Susanyan yazır: “Rus satqınlar, 140 milyonsunuz, ermənilərə köməyə yüz min əsgər göndərə bilərdiniz, onlar ermənilərin yerinə həlak olsalar da, müqəddəs iş üçün ölərdilər, Ermənistan qəhrəmanı olardılar, rus torpağı isə bundan kasıblamazdı, yenə doğub-törəyərdi. Ermənilər azdır, ən qədim ari xalqdır. Onları qorumaq lazımdır”.

Bunu yalnız başıpozuq, ruhi dispanserdə müalicə alan biri deyə bilər, amma gəl ki, ermənilərin bir çoxu Susanyan kimi fikirləşir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

FHN işçiləri gəldi, xalq artisti evində yıxılı vəziyyətdə tapıldı...

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı

Silahlı keşişin xahişi: Kəlbəcərdə saxlanılan post

Lavrov və Şoyqunun Ermənistana səfərindən sonra Putinin Qarabağ açıqlamasının pərdəarxasında nələr var?

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

Azərbaycan bayrağı Ağdamda Şahbulaq qalasına sancıldı - Video

loading...

Ən çox oxunanalar