Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər İlham Əliyevin Nidasından danışır

Daha bir mühüm beynəlxalq tribunadan Ermənistanın baş naziri Nikol Paşinyan işğal siyasəti və bunu dəstəkləyən açıqlamalarına görə layiqli cavabını aldı...

Söhbət Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışı zamanı Paşinyanın son aylarda sərsəmləmələrinə verdiyi layiqli və kəskin cavablardan gedir.

PİA.az xəbər verir ki, Azərbaycan qəzetinin yazdığına görə, dövlət başçısının vacib bir tribunadan "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” fikirləri bir daha ölkəmizin sözügedən münaqişə ilə bağlı sərt mövqeyini ortaya qoydu.

Məhz bu çıxışında Prezident İlham Əliyevin Qarabağla bağlı qətiyyətli mövqeyi Nikol Paşinyana, bütünlükdə erməni ictimaiyyətinə, həmçinin Ermənistanın havadarlarına olduqca layiqli bir cavab oldu. Bu hadisə Ermənistanda artıq ciddi ajiotaj doğurdu və işğalçı ölkədə Paşinyanın layiqli sərt cavab aldığını söylədilər. Bunu sosial şəbəkələrdən də aydın sezmək olar. Burada erməni istifadəçilər tərəfindən yer alan maraqlı status və şərhləri diqqətinizə çatdırırıq.

"Paşinyan İlham Əliyevə həmişə uduzur”

"Facebook” sosial şəbəkəsində Soçidə İlham Əliyevin çıxışı ilə bağlı xəbərə münasibət bildirən, profilinə baxdıqda müəllim olduğu nəzərə çarpan Lali Ovasanyan yazır ki, səsləndirilən düz fikirlər niyə bəzilərini narahat edir: "Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Çəkinmədən fikrimi bildirirəm. İstəyirlər gəlib məni aparsınlar. Ünvanımı da yaza bilərəm. Sarkisyandan sonra Paşinyan da İlham Əliyev qarşısında daim məğlubdur, bizim nə vaxt qalib rəhbərimiz olacaq? Azərbaycan Prezidenti Ermənistanla kifayət qədər sərt tonda danışır, açıq şəkildə bildirir ki, Ermənistanın sarsıdılması prosesi Qarabağ münaqişəsi həll olunmayana qədər davam etdiriləcək. Amma hakimiyyətə gəldikdən indiyə qədər Paşinyan buna qarşı hansısa tutarlı cavab verə bilməyib. Bu məsələdə o, Serj Sarkisyandan qətiyyən fərqlənmir”.

Anna Zöhrabyan adlı daha bir "Facebook” istifadəçisi İlham Əliyevin Soçidə bəyanatının yer aldığı xəbərə münasibət bildirib. Yerevan Dövlət Pedoqoji Universitetinin tələbəsi olduğunu qeyd edən istifadəçi rəyində yazır: "Ötən zaman da göstərir ki, Azərbaycan istədiyinə daha sürətlə yaxınlaşır. Azərbaycan rəhbərinin belə açıqlama verməsi bir erməni gənci olaraq məni çox qıcıqlandırdı. Görəsən, bundan sonra Paşinyana nöqtə ilə nidanın fərqini başa salan tapılacaqmı? Azərbaycana tutarlı cavab verə bilmir və yəqin ki, bundan sonra da bilməyəcək. Çox təəssüf və qıcıq hissi ilə deyirəm ki, Paşinyan İlham Əliyevə davamlı şəkildə uduzur”.

"Sarkisyan və Paşinyan, ikiniz də bir zibilsiniz!”

"Facebook” sosial şəbəkəsində Anton Vaçaqa adlı biri iki yüz minlik bəyənməsi olan səhifədə şərh yazaraq Azərbaycan Prezidentinin Soçidə çıxışının yer aldığı xəbərə rəy bildirib: "İlham Əliyev Rusiyada yenə çox açıq mesajlar verdi. Sarkisyandan sonra Paşinyanın da İlham Əliyevdən çəkdikləri nədir? Çox qorxulu bir vəziyyətdir. Paşinyan ancaq evdə lovğalanır. Ölkədən kənara çıxdıqda burnunu ovub geri göndərirlər. Bugünkü Ermənistan bədbəxtdir, təkdir. Allah da bizi unudub” (Məyus işarəsi).

Daron Melkumyan isə "Odnoklassniki” sosial şəbəkəsində Sarkisyan və Paşinyanın şəklinin paylaşıldığı xəbərə rəy yazaraq vurğulayıb ki, Ermənistanı parlaq gələcək yox, parlaq ölüm gözləyir: "Ermənistanın xain və yarıtmaz rəhbərlərinin şəklini paylaşmaqda və onu dəstəkləməkdə məqsədiniz nədir? Göstəriş alaraq belə paylaşımlar edib niyə insanlarda qıcıq oyadırsınız? Belə ki, paylaşmısınız, mən də öz fikrimi əlavə edirəm. Serj Sarkisyan abırsız və ikiüzlü prezident idi. Bundan əvvəlki dövrdə Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oliqarxlara, yarısını da xaricilərə satdı. Onun rəhbərliyi altında Ermənistan parlaq bazara çevrilib. Paşinyan gəldikdən sonra da dəyişən bir şey yoxdur. Hər ikisi xalqı yox, öz gələcəklərini fikirləşiblər. Açıq profildə yazdığım şərhə görə məni polis bölməsinə çağırıb incitsələr belə, yenə sözümü deyirəm: Sarkisyan və Paşinyan, ikiniz də bir zibilsiniz!”

"Nikolun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir”

Aşot Dəmirçyan adlı birinin "Twitter” sosial şəbəkəsində etdiyi paylaşım çox bəyənmə toplayıb. Profilində Respublika Partiyasının üzvü olduğu diqqətçəkən istifadəçi yazır ki, Paşinyan bütün günü "Facebook”da canlı yayımlar təşkil edib, bəhanələr uydurmaqla ictimaiyyəti susdurmaqdansa, gedib İlham Əliyevə tutarlı cavab versin: "Soçidəki tədbirdə İlham Əliyev Paşinyanı, şahmat dili ilə desək, mat etdi. Ermənistanı İlham Əliyev qarşısında niyə məğlub duruma salırsınız? Faktiki olaraq o, Ermənistanı əzir. Amma biz buna cavab verə bilmirik. Əliyev bəyan edir ki, Ermənistan Qarabağ məsələsində geri çəkilməsə, daha ağır vəziyyətə düşəcək. Əslində, bu, belədir. Paşinyan hökuməti isə bunlara qarşı hansısa əks həmlə edə bilmir”.

Dezik Poqosyan adlı istifadəçi isə "Facebook”da yazır: "Paşinyanın hakimiyyətə gəlməsi üçün hər şey etdik. Gecələr yuxusuz qaldıq. Lakin onun rəhbərliyi altında indiyədək Ermənistan hər sahədə məğlub olur, insanlar vətənlərindən qaçırlar. Beynəlxalq tədbirlərdə İlham Əliyev onu əzir. Azərbaycan Prezidentinə həmişə "hə”, bizə isə "yox” deyirlər. Nikolun rəhbərliyi altında bizi parlaq gələcək yox, tam məhvolma gözləyir”.

"İlham Əliyev bütün sahələrdə Ermənistan üçün böyük qorxu yaradıb”

Eduard Karapetyan adlı istifadəçi "İnstagram” sosial şəbəkəsində xəbər portallarından birində İlham Əliyevin Soçidəki çıxışının əks olunduğu videogörüntüyə münasibət bildirib: "Dostlar, gəlin gördüklərimizi açıq şəkildə etiraf etməkdən çəkinməyək. Çox gülməlidir, elə deyilmi? Paşinyan nöqtə ilə danışır, İlham Əliyev isə nida ilə cavab verir. Hər halda fərqi göstərməyə ehtiyac yoxdur. Rusiyadakı son tədbirdəki "Qarabağ Azərbaycandır, nida!” açıqlaması ilə nida nöqtəni əzdi! Mən daha dərinə gedərək, hətta döyərək əzdi deyə bilərəm. İlham Əliyev bütün sahələrdə Ermənistan üçün böyük qorxu yaradıb. Azərbaycan əsgəri qarşısında duruş gətirməyən erməni əsgərlərinin səngərlərdə silahlarını qoyub qaçmalarını görməkdən bezmişik. Orduya xidmətdən yayınmaq məqsədilə ölkəni tərk etməkdən təngə gəlmişik. Bunun ən böyük səbəbkarı isə hakimiyyətdir”.

"Paşinyanın pafoslu çıxışlarına İlham Əliyev Soçidə zərbə vurdu”

Andronik Baqratyan adlı istifadəçi "VKontakte” sosial şəbəkəsində AzərbaycanErmənistan rəhbərlərinin şəklini paylaşaraq "Paşinyan, hər zaman sizinləyik” yazıb. Paylaşılan şəklə Qinos Eranosyanın şərhi isə daha çox bəyənmə toplayıb: "Soçidəki son açıqlamalardan sənin xəbərin yoxdur? İlham Əliyevin "Qarabağ Azərbaycanındır, nida işarəsi” deməsini necə qəbul edə bilirsən? Sən Ermənistanda yaşamırsan? Mətbuatı izləmirsən? Paşinyan hakimiyyətə gələndən ermənilər üçün nə edib? Yalançı vədlər, uydurma təkliflər (Əsəb işarəsi).

Levon Xaçaturyan adlı birinin "Facebook” sosial şəbəkəsindəki paylaşımı da maraqla qarşılanıb: "Acı reallıq olsa da, qəbul edək ki, bizim Sarkisyandan nə bəxtimiz gətirmişdi ki, Paşinyandan da gətirə. Pafoslu çıxışlarına, onun aktyorluğuna İlham Əliyev Soçidə nida ilə zərbə vurdu. İlham Əliyev Ermənistana od püskürür, bizimkinin isə susmaqdan başqa çarəsi yoxdur” (Məyus işarəsi).

Qeyd edilənlərdən, ermənilərin öz mövqeyindən belə bəlli olur ki, onlar Prezident İlham Əliyevdən layiqli cavab aldıqlarını etiraf edirlər və bunun getdikcə daha da sərtləşəcəyini gözləyirlər. Özü də təkcə diplomatik yox, həm də hərbi müstəvidə. Çünki bu gedişlə erməniləri, onların baş nazirini ağıllandırmaq üçün aprel dərslərini yeniləmək ciddi zərurətə çevrilir. (Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar