Bazar, 25 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ermənilər daxili savaşa başladılar; yeni hakimiyyət davası - kriminal klanlar, ac və qəzəbli xalq...

Köhnə və yeni “Qarabağ klan”ları öz aralarında, eyni zamanda Paşinyanla döyüşür; baş nazirin qırğına verib, dilənçi vəziyyətinə saldığı erməni xalqı da qəzəblidir.

Sentyabrın 27-dən başlayaraq işğalçı Ermənistan ordusu Azərbaycana qarşı növbəti təxribatlara start verib və cəbhəboyu hücuma keçib. Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək, əks hücuma keçib. Qısa müddətdə işğal altında olan bir sıra yaşayış məntəqələrimiz azad edilib.Artıq 5-ci gündür ki, rəşadətli ordumuz düşmənin başına od ələyir. Bu müddətdə düşmənin 2500-dən çox canlı qüvvəsi, yüzlərlə texnikası məhv edilib.

Ordumuz düşməni cəbhədə əzdiyi bir vaxtda Prezident, Ali Baş Komandan İlham Əliyev də siyasi arenada Ermənistanı və onun baş naziri Nikol Paşinyanı məhv edib. Prezidentin təkcə “Rosiyya 1” kanalındakı çıxışı bunun əyani göstəricisidir.
Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar və Paşinyanın siyasi arenada məhv edilməsi, çıxılmaz duruma salınması Ermənistanda siyasi təlatümlərə səbəb olub. Cəbhədə və siyasi meydanlarda uduzmaqla yanaşı, işğalçı ölkə iqtisadi baxımdan da tam çöküb və faktiki olaraq əl açıb dilənirlər.

Bu səbəblərdən Ermənistanda faktiki olaraq həm də siyasi böhran başlayıb. Sentyabrın 30-da axşam saatlarında Ermənistanda yeni hakimiyyət savaşının başlamasını və bu savaşda üç tərəfin döyüşdüyünü təsdiq edən fotofakt da bunu bir daha təsdiq edir.

Fotodan görünür ki, separatçıların üç keçmiş lideri - Robert Koçaryan, Arkadi Qukasyan və Bako Saakyan Qarabağda görüş keçiriblər.

Görüşdə qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Araik Arutyunyanın olmaması mənzərəni aydın edir: “Qarabağ klanı” faktiki olaraq 2 cəbhəyə bölünüb və onlar indi həm öz aralarında savaşır, eyni zamanda seperatçıların keçmiş liderlərindın ibarət formalaşan köhnə klan (Robert Koçaryan, Arkadi Qukasyan və Bako Saakyan üçlüyü) Nikol Paşinyana qarşı səfərbər olaraq, onun hakimiyyətinə qarşı savaşırlar.
Araik Arutyun Ermənistan iqtidarındakı Paşinyan qruplaşmasının separatçı bölgədəki “lideri”dir, baş nazirin adamıdır. Mənzərə belədir: Robert Koçaryan, Arkadi Qukasyan və Bako Saakyan üçlüyü həm Araik Artunyanla konfliktdədir, bütövlükdə isə Köçəryan və onun ətrafındakı sabiq iki “prezident” paralel olaraq Paşinyana qarşı birləşiblər. Ermənilər üçtərəfli bir daxili savaşa başlayıblar.

Üstəlik, nəzərə alaq ki, keçmiş Ermənistan prezidenti Serj Sərkisyan da ayrıca bir qruplaşmadır və onun da baş nazir Paşinyanla dərin konflikləri var, o da hakimiyyətlə bağlı siyasi iddialıdır, deməli, düşmən ölkədəki siyasi böhranın hansı səviyyəyə olduğunu təsəvvür etmək çətin deyil.

Robert Koçaryan Qarabağa oğlu Levon Koçaryanla birlikdə döyüş əməliyyatları başlanandan sonra gəlib. Paşinyan tərəfdarlarının ğzləri də etiraf edir, narahatlığını bildirir ki, Koçaryan döyüş gərginliyinin yaratdığı situasiyadan öz xeyrinə yararlanmağa çalışacaq.

Bu da təsadüfi deyil. Ermənistanda özünü “dərin dövlət” hesab edənlərdən olan Köçəryan Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra cinayət məsuliyyətinə cəlb olundu və həbs edildi. Elə bir ittiham qalmamışdı ki, ona qarşı irəli sürülməsin.
Ermənistanın ikinci prezidenti Robert Koçaryanı 2019-cu il mayın 18-də həbsdən azad edib, ev dustaqlığına buraxıb. Burada incə bir məqama da diqqət edək: Məhkəmə eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın indiki və keçmiş qondarma “prezidentlərinin” (Arkadi Qukasyan və Bako Saakyan) müraciəti əsasında zaminə buraxmışdı. İndi isə Köçəryan onları başına yığaraq, Paşinyandan qisas almağa çalışır, eyni zamanda seperatçı rejimin indiki prezidenti, Paşinyanın təmsilçisini də cəzalandırmağı unutmurlar...

Onu da unutmayaq ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın “Vətən” partiyası, millətçi “Daşnaksütyun” partiyası, “Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın sədri olduğu “Çiçəklənən Ermənistan” partiyası da Paşinyanın əleyhdarlarıdır və onlar da baş nazirə qarşı proses aparır...

Beləliklə, Azərbaycan Ordusunun uğurlu əməliyyatları və siyasi arenadakı üstünlüyümüz Ermənistanı tamamilə və bütün istiqamətlərdə böhran vəziyyətinə salıb. Siyasi dairələr bir neçə istiqamətli savaş aparırlar. Siyasi rəqiblərin tərəfdarlarını küçələrə tökəcəyik, ac-yalavac, Paşinyanın qırğına verdiyi xalqın da prosesə qoşulacağı istisna edilmir. Beləliklə, Ermənistan böyük bir fəlakətin içindədir...

Elşad MƏMMƏDLİ (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Ermənilər daxili savaşa başladılar; yeni hakimiyyət davası - kriminal klanlar, ac və qəzəbli xalq...

“Barışmaz” Əli Kərimli iqtidara işləyir…

loading...

Ən çox oxunanalar