Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni xalqı Paşinyanı seçməklə hansı mesajı verdi?

Erməni xalqının seçimi sabah üçün necə bir Ermənistan ortaya qoyur?..

Politoloq: “Təbii ki, pis və ən pislər içində Paşinyanın qalib gəlməsi daha məqbul idi. Onun 50 faizdən çox səs toplaması o deməkdir ki, həm parlamentdə, həm də hökumətdə heç bir mane ilə qarşılaşmayacaq”.

“Erməni cəmiyyəti Qarabağı kənara qoyaraq sosial-iqtisadi vəziyyətlə bağlı narahatlıqlarını dilə gətirdilər. Onlar sosial-iqtisadi vəziyyətlərinin dəyişməsini istəyirlər. Bu da o deməkdir ki, erməni cəmiyyəti Qərbə inteqrasiyanı və Rusiyanın gec-tez Ermənistandan çıxarılmasını istəyir”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanda keçirilən seçkilərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərdə Paşinyanın partiyası seçicilərin 50%-dən artıq səsini alaraq qalib oldu.

Erməni xalqının seçimi necə bir Ermənistan ortaya qoyur və Azərbaycanın tam qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra erməni xalqın verdiyi mesaj nədən ibarətdir? Həmçinin Paşinyan xalqdan aldığı mandatı daxili siyasətdə və Azərbaycanla münaqişənin həllində necə dəyərləndirəcək?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Zəngəzur əhalisinin də məhz Nikol Paşinyana səs verməsi onun göstəricisidir ki, indiki halda erməni xalqı yeni müharibədən qorxur”.

Erməni cəmiyyətinə Azərbaycan və Türkiyə ilə mülayim siyasət aparacaq, eyni zamanda Azərbaycan və Türkiyə ilə yeni münasibətlərin əsasını qoyacaq bir şəxsin lazım olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, həmin şəxsi onlar Nikol Paşinyanın timsalında görmüş oldular:

“Təbii ki, pis və ən pislər içində Paşinyanın qalib gəlməsi daha məqbul idi. Onun 50 faizdən çox səs toplaması o deməkdir ki, həm parlamentdə, həm də hökumətdə heç bir mane ilə qarşılaşmayacaq. Həmçinin hökumətin qurulmasında koalisiyaya ehtiyac olmayacaq. Eyni zamanda parlamentdə qərarların qəbul edilməsində Paşinyanın hər hansı siyasi partiya ilə müttəfiqliyə ehtiyacı olmayacaq.

Erməni cəmiyyəti Qarabağı kənara qoyaraq sosial-iqtisadi vəziyyətlə bağlı narahatlıqlarını dilə gətirdilər. Onlar sosial-iqtisadi vəziyyətlərinin dəyişməsini istəyirlər. Bu da o deməkdir ki, erməni cəmiyyəti Qərbə inteqrasiyanı və Rusiyanın gec-tez Ermənistandan çıxarılmasını istəyir.

Hətta Zəngəzur əhalisinin də məhz Nikol Paşinyana səs verməsi onun göstəricisidir ki, indiki halda erməni xalqı yeni müharibədən qorxur. Çünki onlar 44 günlük müharibədə Azərbaycan ordusunun hansı gücə sahib olduqlarını gördülər.

Buna görə də onlara Azərbaycan və Türkiyə ilə mülayim siyasət aparacaq, eyni zamanda Azərbaycan və Türkiyə ilə yeni münasibətlərin əsasını qoyacaq bir şəxs lazım idi. Həmin şəxsi erməni cəmiyyəti Nikol Paşinyanın timsalında görmüş oldular”.

Nərminə UMUDLU
pia.az


Etiket: Ermənistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar