Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Erməni təxribatı nəticəsində Tərtərdə ziyan dəyən obyektlərin sayı açıqlandı

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi davam edir.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib.

O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib:

“Ümumilikdə 5138 obyektə baxış keçirilib. Onlardan 1696-sı mənzil, 3164-ü ev, 79-u qeyri-yaşayış sahəsi, 130 sahibkarlıq subyekti, 42-si sosial, 27-si isə inzibati binadır. Həmin obyektlərdən 68 ev, 1 qeyri-yaşayış sahəsi, 4 sahibkarlıq subyekti və 1 sosial obyekt tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Erməni təcavüzü nəticəsində rayon ərazisində 161 iribuynuzlu, 393 xırdabuynuzlu, 52 ev quşu, 17 at və 24 arı ailəsi məhv olub. Hadisələr nəticəsində 79 avtomobilə ziyan dəyib. Hazırda müraciətlər əsasında ziyan dəymiş obyektlərə baxış keçirilməkdə davam edir”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi – Son dəqiqə

“10 noyabrda Ermənistan Bakıya raket zərbələri endirdi” - Rus hərbi eksperdən sensasion bəyanat

“Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”

“Tərtər işi”nin əsas günahkarı Zakir Qaralovdur – Vəkildən sensasion açıqlama

Emin Ağalarov Xəzərin sahilində yeni obyektlər tikir - Fotolar

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Ermənistanda hərbi çevriliş... - Rusiya səbr kasasını dolduran Paşinyanı bu dəfə yola sala biləcəkmi?

“Təcridxanadan çıxan Ziya Kazımovun ilk sualı bu oldu” - Vəkil

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb 

“İnvestisiya Holdinqindən çox böyük gözlənti var”

Ən çox oxunanalar