Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Erməni strateqinin xofu: “Təkcə Dağlıq Qarabağ yox, bütünlükdə Ermənistan təhlükə altındadır”

“Təhlükəsizlik məsələsində biz vacib bir nöqtəyə gəldik: Türkiyənin xarici işlər naziri açıq şəkildə Ermənistanı hədələyir və bizə "özümüzü gəlməyi" tövsiyə edir. Diplomatiyamız isə susmağa davam edir. Görünən budur ki, rəsmi İrəvan reaksiya verməkdən qorxur – vurmasınlar deyə”.

PİA.az xəbər verir ki, bu sözləri erməni politoloq, regional təhlükəsizlik məsələləri üzrə ekspert, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qrant Məlik-Şahnazaryan Azərbaycan-Ermənistan sərhədlərində yaranmış gərginliyi şərh edərkən deyib.

O, rəsmi İrəvanın Azərbaycanla bağlı siyasətini başını quma soxmuş dəvəquşuya bənzədib: “Ancaq bu dəvəquşu siyasəti Əliyev və onun türk ortaqları üçün cəzasızlıq hissi yaradır. Təhlükəsizlik mühitindən və ümumiyyətlə münaqişənin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsindən isə danışmağa dəyməz. İndi bir çoxları erməni tərəfinin danışıqlar prosesinə qəsdən mane olduğunu düşünür. Və sabah Ermənistanın kürd yaraqlılarını Azərbaycana qarşı müharibəyə hazırladığı barədə Türkiyə-Azərbaycan təbliğatına inanmağa başlayacaqlar”.

Ermənistan diplomatiyasının “işləməsinə” şübhəsini gizlətməyən strateq “Düşmən fəaliyyətini əngəlləmək strategiyamız haradadır?”,-deyə soruşur və ardınca da bunun “ritorik sual” olmadığını vurğulayır.

“Hərbçilər Aşxarazora - xalq milislərinə ehtiyac barədə danışmağa necə başladı? Yeri gəlmişkən, təcili ehtiyac haqqında. Təəssüf ki, haqlıdırlar. İndiki reallıqlarda bu, həyati zərurət məsələsidir. Çünki müharibənin qarşısını almaq üçün diplomatik mexanizmlər çoxdan məhv edilib. Onlar sadəcə mövcud deyillər. Yeganə yolumuz yalnız döyüş hazırlığımızdır”.

İrəvanın kürd yaraqlılarını ölkəyə gətirməsini strateji səhv olduğuna inanan Məlik-Şahnazaryan bu siyasətlə təkcə Dağlıq Qarabağın deyil, bütünlüklə Ermənistanın təhlükə altında qoyulduğunu düşünür: “Ancaq əsas düşmənimiz ümumiyyətlə Azərbaycan deyil. Müharibənin coğrafiyası da fərqli olacaq. İndi yeni bir müharibənin gündəliyi “Artsax Respublikası”nın bir, iki, hətta bir neçə azad edilmiş bölgəsi ilə məhdudlaşmır. Problem daha genişmisyaslıdır və “iki erməni dövləti”nin bütün ərazilərinə aiddir. Yəqin ki, Çavuşoğlu haqlıdır - özümüzü sürətlə toparlamalıyıq”.(Ovqat.com )

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Erməni mətbuatı: Azərbaycan qoşunları Qarabağın dərinliklərinə nüfuz edib

ABŞ Milli Kəşfiyyatı Moskvanı hədələdi: "Rusiya buna cavab verəcək"

Alimlər insan kəlləsində yeni orqan tapdılar - Tibdə ilk

Paşinyan Rusiyanı satıb dəstək almaq istəyir - Putin xəyanəti bağışlamır

Azərbaycanın milli dronu olan "Zərbə"nin xüsusiyyətləri

loading...

Ən çox oxunanalar