Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni soyqırımı” layihəsinin əsas məğzi - ABŞ-da türk düşmənçiliyi böyüyür...

Tramp əleyhinə bir “Respublikaçı”-“Demokrat” ittifaqı yaranır. Erməni soyqırımı layihəsində yaranan mənzərə də buna işarə edir...

Süleyman Seyfi Öğün
“Yeni Şafak” qəzeti, Türkiyə, 4 noyabr 2019-cu il

Nümayəndələr Palatasında erməni soyqırımının tanınması ilə bağlı qanun layihəsi 29 oktyabrda “Demokrat”ların və “Respublikaçı”ların dəstəyi ilə qəbul edildikdən sonra ABŞ-da Türkiyə əleyhinə davam edən dalğa ən son həddə çatmış oldu. İndi isə növbə Senatdadır. Orada da eyni şey olsa, layihə son mərhələdə Trampın qarşısına gələcək. Trampın bunu təsdiqləyəcəyi hələ məlum deyil, amma bu prosesin özü olduqca önəmlidir. Trampın Türkiyə lehinə siyasət izlədiyi və “Sülh Çeşməsi” hərəkatına göz yumduğu düşünülür. Lakin son hadisələr Trampı zəiflətməyə yönəlib.

ABŞ-dakı dava çox diqqət çəkici olmağa başlayıb. Artıq heç kim “Respublikaçı”-“Demokrat” çəkişməsindən söz açmır. Bu çəkişmə hərbi cəhətdən “neo-con mühafizəkarlıq”la “populist (paleo-con) mühafizəkarlıq” arasında gedir. Birincisi meydan oxuyur, ikincisi isə təcridçiliyə meyillidir. Tramp da ikincisini təmsil edir.

Bu bölgünün “Respublikaçı” qisimdə qarşılığı fərqlidir. Hərbi elitist neo-con mühafizəkarlığının əsası yoxdur. Çünki bu siyasətlər həddindən çox hərbi xərclərə və problemli ərazilərə Amerika əsgərləri göndərməyə səbəb ola bilər. Uzun müddətdir durğun olan və 2020-ci ildən etibarən böyük bir böhranla üzləşməsi gözlənilən ABŞ-da bu meydan oxuyan siyasətlərin seçiçilər tərəfindən qəbul edilməsini gözləmək heç məntiqli görünmür. Ona görə də, “Respublikaçı”ların Tramp qarşısında effektiv olacaq bir namizəd tapması da get-gedə çətinləşir.

Bu mənzərəyə baxanda görünür ki, Tramp əleyhinə bir “Respublikaçı”-“Demokrat” ittifaqı yaranır. Erməni soyqırımı layihəsində yaranan mənzərə də buna işarə edir. Gedərək yüksələn Türkiyə düşmənçiliyini Tramp da görür və neo-con elitizmlə populist mühafizəkarlıq arasında ilişib qalır. Birincisini sakitləşdirir, digərini isə yavaş-yavaş dərinləşdirir.

Türkiyənin vəziyyətinə gəldikdə isə istər bu qanunun, istərsə də sanksiyaların heç bir təsiri olmayacaq. İqtisadi embarqolarla bir nəticə əldə etməyin tarixi praktikası yoxdur. Bu cür siyasətlərin əksinə, sağlamlaşdırmaya xidmət edəcəyini deyə bilərik. Erməni soyqırımına gəldikdə isə bunun İsraillə və sionist siyasətlərlə əlaqəsi olduğu bariz şəkildə ortadadır. Sionizm Holokostu hər şeydən üstün görməyə qərarlıdır. Əgər Holokostun davamçıları törəsə, Holokost sənayesi üzrəində inşa edilən sionizm zəifləyəcək. Buna görə də, sionist lobbilər erməni diasporasının siyasətlərinə hər zaman mane olublar və bundan imtina edəcəklərini də düşünmürəm.

Aparılan işlər onu göstərir ki, soyqırım məsələsi müasirliyin bürokratik, təşkilati və elmi-texnoloji təchizatı ilə bacara biləcək bir anlayışdır. Müasirlik təmizlənmə arzusu üzərində inşa edilib və iqrçilik də bundan törəyib. Dini bir təriqətçilik kimi yəhudi əleydarlığının hər zaman dərin kökləri olub. Bunu da müasir düşüncə əvəz etdi və öz təchizatı ilə əzmək istədi. Qlobal sistemdə isə müstəmləkəçilik Fanonun sözləri ilə desək, “yer üzünü lənətlədi”. Asiyada, Afrikada “yer üzünün lənətliləri”nə qarşı saysız-hesabsız qədər sistematik qətliamlar törədilib. Holokostun unikallığı məsələsi sionizm ilə xristian Qərb arasında maraqlı bir cinayət ortaqlığı yaratdı. Holokostu qəbul edib peşmançılıq göstərmək və bunu normaya çevirmək vasitəsilə digər soyqırımların üzərini örtməyə çalışdılar. Normaya çevrilən hər şey öz mənasını itirəcək və sadə bir tarixə çevriləcək. Bu gün Qərb, xüsusilə də Avropa ictimaiyyətlərinin Holokostla bağlı “məlumatı” var, amma duyumları olması şübhəlidir. Bu da Holokost sənayesini quran sionizmə kifayət edir. Erməni “soyqırım”ını dilə gətirən xristian Qərb, görünür, öz qanlı keçmişinin də ortaya çıxacağını unudur. Amma inanmıram ki, bu balans ermənilərin xətrinə dəyişsin.

Osmanlı bir imperiya idi və imperiya ənənəsi bütün ünsürlərə eyni cür yanaşar və heç bir ünsürü kənarda saxlamaz. Əsas məsələ bir vaxtlar Osmanlı imperiyasına sədaqətli olan erməni xalqını bu gün yoldan çıxaran müstəmləkəçi siyasətlərlə mübarizə aparmaqdır. Unutmayaq ki, ağır hadisələrin pornoqrafiyası sülh gətirməyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar