Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni radiosu”nun yeni lətifəsi

“Azər­bay­can Gür­cüstan ərazisinə müdaxilə edir”...

Bu il noyabrın 1-də “Bel­lingcat.com” say­tında “Azər­bay­can Gür­cüstan ərazisinə müdaxilə edir” (Azerbaijan Encroaches Into Geo­r­gian Territory)” başlıqlı cəfəngiyyat dolu bir yazı dərc olunub.

“Report” xəbər verir ki, özü­nü Avstraliyanın “Holo­kost və genosidin öyrə­nilməsi İnstitutu”nun əmək­daşı kimi təqdim edən Masis İngilizyanın (Masis Ingilizian) müəllifi olduğu həmin yazıda guya “Azərbaycan tərəfinin Gür­cüstan ərazisində yerləşən Babakar dağının zirvəsində yeni möv­qelərə yiyələnməsi”, “Gürcüstan ərzilərinin Azərbaycan tərəfindən ələ keçirildiyi”, “Ermənistan tərəfinin Azərbaycanla sərhəddə 140 hektar ərazini nəzarətə götürməsi” kimi ab­surd məlumatlar yer alıb.

Materialla tanış olduqda adamın yadına qədim Roma hüququn­dan geniş məlum olan “Cui prodest?”, yəni “Kimə sərfəlidir?” sualı düşür və bu materialın birbaşa olaraq Ermənistanın maraqlarına uyğun hazırlanması tam aydın olur.

Qeyd olunmalıdır ki, Azərbaycan-Ermənistan dövlət sərhə­dinin Qa­zax və Ağstafa ra­yonları ərazisindən keçən hissəsindəki təmas xəttində Azərbaycan sərhədçiləri tərəfindən xidməti-döyüş fəaliyyətinə başlanıl­ması ilə həmin ərazilərdə böyük miqyaslı quruculuq işlərinin həyata keçirilməsi, dövlət sərhədinin müdafiəsi və mühafizəsi üzrə zəruri infra­strukturun formalaşdırılması, şəxsi heyət üçün xidməti və məişət şəraiti­nin yaxşılaşdırılması, döyüş mövqelərinin gücləndirilməsi və Ermənistan Silahlı Qüvvə­lərinin bölmə­ləri üzərində müşahidə və nə­zarət imkan­larının ge­niş­ləndirilməsi istiqa­mə­tində ciddi tədbirlərin gö­rülməsi barədə ictimaiyyət kifayət qədər məlumatlıdır. Məlumdur ki, gö­rülmüş işlərin bilavasitə nəticəsi olaraq, Ermənistan silahlı qüv­vələrinin mütəmadi təxribatlarının qarşısı qətiyyətlə alınır və düşmən təhdidlərinə adekvat cavablar verilir.

Bu baxımdan qeyd olunan materialın təhlili Azərbaycan-Ermə­nis­tan dövlət sərhədindəki təmas xəttində öz qəsbkar məqsədlərinə - öz döyüş mövqelərini Azərbaycan sərhədlərinə doğru irəli çəkmək cəhdlərinə nail ola bilməyən mənfur qonşu­ları­mızın Azərbaycan-Gür­cüstan arasında möv­­cud olan dostluq və stra­teji tərəfdaşlıq münasi­bətlərinə xələl gətir­məyə çalışmalarını göstərir.

Eyni zamanda qeyd edilən materialda onun mövzusuna ümu­miy­yətlə aidiyyəti olmayan “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə əlaqədar hadisələrə də toxunulması gəldiyimiz qənaətin doğruluğunu bir daha təsdiqləyir.

Azərbaycan əleyhinə yönələn, tam qərəzli, həqi­qətə uyğun olma­yan, məkrli məqsədlərlə hazırlanaraq ictimailəşdirilən bu mate­rialın yerləşdirildiyi sayt haqqında qısa araşdırma aparmaqla çox maraqlı nəticələr əldə etdik.

Belə ki, materialın yerləşdirildiyi, özünü müxtəlif beynəlxalq cina­yət­lərin, münaqişələrin araşdırması ilə məşğul olan araşdırmaçılar, təh­qiqatçılar və mülki jurnalistlərdən ibarət müstəqil beynəlxalq kollektiv ki­mi təqdim edən, Niderland Krallığının Amsterdam şəhərində qey­diy­yatda olan “Stichting Bellingcat” təşkilatının “bel­lingcat.com” say­tı əvvəl­lər də mütəmadi olaraq Azərbaycan haqqında həqiqəti əks etdir­mə­yən ma­teriallar dərc etmiş, ölkəmizə qarşı yalan və iftira kom­pa­niyasının fəal iş­tirakçısı olmuşdur.

Son illər ərzində bu saytda, həmçinin saytın əməkdaşları tərəfindən Azərbaycanın aprel döyüşlərində böyük miqyaslı itkilər ver­məsi, Silahlı Qüvvələrimizin Naxçıvan ərazisində döyüş mövqelərini Er­mə­­nistan ərazisinə irəli çək­məsi, Azərbaycan Ordusunun raket silah­larının dislokasiyası, Azər­baycanın xarici diplomatiyasında əcnəbilərin pulla ələ alınması, Azərbaycan və İsrailin hərbi əməkdaşlığı, ölkə rəsmi­ləri arasında korrupsiya halları və s. haq­qında anti-Azərbaycan xarak­terli çoxsaylı materiallar yerləşdirilmişdir.

“Stichting Bellingcat” təşkilatının fəaliyyətini maliyyələşdirən qu­rum­lar sırasında anti-Azərbaycan mövqeləri ilə seçilən Milli Demok­ra­tiya Fondunun (“The Natio­nal Endowment for Democracy”) və Açıq Cə­miyyət Fondunun (“Open Society Foun­da­tions”) yer alması, bu təşkilatın müşahidə şurasının sədri olan Rumıniyalı jurnalist Pol Radunun (Paul Radu) həmçinin “Mütəşəkkil cinayətkarlıq və korrupsiya­nın işıqlandırıl­ması Layihəsi”nin (The Organized Crime and Corruption Reporting Project (OCCRP)) direktoru olması da bu materialın sifarişli xarakter daşımasına və ölkəmizin mənafeylərinə qarşı yönəlməsinə dəlalət edir.

2017-ci ildə Xızı rayonunun Giləzi qəsəbəsində hərbi sursat anba­rında partlayışın baş verdiyi ərazinin “bel­lingcat.com” saytı tərə­fin­dən əl­­də olunmuş peyk çəkilişlərinin isə dərhal Ermənistanın “razm.info” say­tında yerləşdirilməsi, həmçinin cari ilin 7-9 mart tarix­lə­rin­də Ermə­nis­tanda “Açıq mən­­bələrdən isti­fadə etməklə rəqəmsal araşdırmalar və verifikasiya metodları” mövzu­sunda üç günlük treninq təşkil etməsi bu təşkilatın ölkəmiz əleyhinə fəaliyyət göstərməsinin və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığının birbaşa göstəricisidir.

Qeyd edilənləri ümumiləşdiməklə, Azərbaycana qarşı informasiya müharibəsi çərçivəsində Ermənis­tan tərəfinin və onlara dəstək verən xarici havadarlarının növbəti “yaylım atəşi”nin uğursuzluğunu əminliklə qeyd edə bilərik.

Bu materialı hazırlayarkən son günlərdə Ermənistan mediasında və onların maliy­yələşdirdiyi xarici kütləvi informasiya vasitələrində Azərbay­canı monoetnik dövlət ki­mi qələmə vermək, Azərbaycan gəncləri ara­sında Rusiya əleyhinə fikir­lərin geniş yayılması barədə yalan məlumatlar yaymaq cəhdləri də yada düşür.

Bununla bağlı ermənilərin öz adlarını azərbaycanlılara çıxmaq istəklərinə çata bilməyəcəkləri xüsusi vurğulanmalıdır, çünki məşhur məsəlimizdə deyildiyi kimi “Öz gözündə tiri görmür, özgə gö­zündə qıl axtarır”, yaxuddakı erməni atalar sözündə deyildiyi kimi: “dəvə öz hörgücünü görmür”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar