Çərşənbə axşamı, 24 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Erməni ordusu Kəlbəcəri hələ də tərk etməyib - Üçtərəfli razılaşma öhdəlikləri pozulur...

Azərbaycan, ErmənistanRusiya liderlərinin 9 noyabrda imzaladıqları bəyanata əsasən, bu gün Kəlbəcərin ölkəmizə təhvil verilməsi tamamlanmalı idi. Üzərindən 8 saatdan çox zaman keçməsinə baxmayaraq, Kəlbəcərin təhvili barədə hər hansı xəbərə rast gəlmək mümkün deyil. Əksinə Dağlıq Qarabağdan gələn bir çox məlumatlar ermənilərin əldə edilən razılaşmaya tabe olmaq istəmədikləri yönündədir. 
 
Ovqat.com Rusiyanın Avia.pro portalına istinadən xəbər verir ki, tanınmamış “DQR” ordusu Kəlbəcər bölgəsi ərazisindəki mövqelərini tərk etməkdən boyun qaçırırlar.
 
Erməni silahlıları üçtərəfli bəyanatın şərtlərini pozmaq niyyətində olduqlarını gizlətmirlər də. Portal ermənilərin bu hərəkətini “”Artsax ordusu” üçtərəfli memorandumu pozdu” kimi qiymətləndirib və bunun nəticələrininin ağır ola biləcəyini xatırladıb.


 
“Hazırda Kəlbəcər ermənilərinin evlərini aktiv şəkildə tərk etdikləri bilinir, lakin Artsax ordusu və yerli sakinlər arasından olan könüllülər öz mövqelərində qalmağa davam edirlər. “Artsax” nümayəndələrinin açıqlamasına görə, bu, DQR-nin mövcud razılaşmaları tanımaması ilə əlaqədardır”, - yazan portala görə, mövcud vəziyyət açıq-aşkar qarşıdakı bir neçə gündə və ya hətta bir neçə saat ərzində münaqişənin yenidən başlamasına səbəb ola bilər.
 
“Artsaxda başa düşmürlər ki, bu cür mövqe Qarabağ ərazisindəki hərbi əməliyyatların başlanmasına və bu dəfə onların artıq qanuni əsaslarla (?) Xankəndini və DQR-nın bütün hissəsini itirməklə nəticilənə bilər”, - portala açıqlama verən adı çəkilməyən mütəxəssis belə deyib.
 
Portal qeyd edib ki, Qarabağ ərazisindəki sülhməramlı qüvvələrin bir hissəsi olan Rusiya nümayəndələri (görünür, Avia.pro Türkiyənin də sülhməramlılar arasında yer alacağını düşünür – Ovqat.com) bu mövzuda hələ heç bir açıqlama verməyiblər, lakin vəziyyət heç bir halda Ermənistanın və DQR-in xeyrinə deyil.

Maraqlıdır ki, “DQR” “rəsmilərinin” açıqlamaları da 9 noyabr bəyanatının ruhuna ziddir. Onlar ya bilərəkdən bəyanatın şərtlərini təhrif etməyə, ya da Azərbaycanı qıcıqlandırmağa çalışırlar. Belə ki, dünən Erməni politoloq Andranik Ovannisyan isə Kəlbəcər “sakinlərinə” müraciət edərək, evlərini tərk etməməyə çağırıb. Müraciətdə deyilir:
 
“Hörmətli Kəlbəcər sakinləri!

Torpağınızı tərk etməyin, əmlakınızı yandırmayın. Heç kim sizi doğma yurdlarınızdan zorla qovmayacaq. Rus sülhməramlıları onsuz da müşahidə qrupunun yerləşdiriləcəyi Dadivankın (Xudavəng - Ovqat-com) yaxınındadır.

Nikol Paşinyan, niyə susursan? “Artsax” Respublikasının Kəlbəcər bölgəsindəki rus sülhməramlıları ilə danışın, mülki əhalini zorla deportasiya etməsinlər. Bölgə ermənilərdən azad olunmayınca, Azərbaycan ordusu Kəlbəcərə təcavüz etməz. Bunu tam məsuliyyətlə deyirəm və siz bunu bilirsiniz, cənab Paşinyan.
Politoloq Andranik Ovannisyan”.


Qondarma “DQR” prezidentinin müşaviri David Babayanın da Factor TV-yə verdiyi açıqlaması da təxminən eyni mahiyyətdədir. O, Kəlbəcər-Vardenis magistral yolu noyabrın 15-dən sonra da bağlanmayacağını və bir müddət fəaliyyət göstərməyə davam edəcəyini bildirib.
 
Babayanın ən çox qıcıq doğuran fikirləri isə Laçın dəhlizi barədə dedikləridir. Onun sözlərinə görə, Laçın şəhəri ermənilərdə qalacaq. Ermənilər bu şəhər vasitəsilə Ermənistanla əlaqə saxlayacaq. "Rusiya tərəfi də üç il ərzində Şuşanın yanından keçərək Laçın və Xankəndi arasında birbaşa əlaqə qurulması üçün yeni bir yol inşa edəcək”, - “DQR” rəsmisi belə deyib. 
 
Əslində həqiqətən də imzalanan müqavilədə 3 il ərzində yeni yolun çəkilməsindən söhbət gedir. Belə çıxır ki, Laçın-Xankəndi dəhlizi hələ 3 il köhnə güzərgahda davam edəcək. Bu isə Azərbaycanın Şuşa şəhərinə necə nəzarət edə biləcəyi suallarına yol açır.
 
Babayan həmçinin Laçında məskunlaşan ermənilərin ümumiyyətlə evakuasiya olunmayacağını da vurğulayıb.

Ən narahatlıqdoğurucu məlumat isə Rusiya “sülhməramlılarının” müqavilə şərtlərindən kənara çıxaraq Dağlıq Qarabağ ərazisinə hücum silahları gətirməsidir. Bu xüsus Avia.pro-nun da diqqətini cəlb edib. Portalın məlumatına görə, Rusiyanın tank, artilleriya və hücum vertolyotlarını Qarabağa gətirməsi sülhməramlı missiya ilə bağlı bir çox suallara yol açır.
 
“Qarabağ ərazisində Rusiya tanklarının, artilleriya vasitələrinin, Mi-8 və Mi-24 tipli hücum vertolyotlarının peyda olması bunun hansı zərurətdən doğması ilə bağlı xeyli suallar yaranıb. Mütəxəssislərin fikrincə, hazırda söhbət başqa hərbi birləşmələrin cəlb olunmadığı lokal münaqişədən gedir. Nəticədə bu əraziyə hücum silahlarının gətirilməsinə heç bir ehtiyac yoxdur” – portal belə yazır.


 
Portala açıqlama verən hərbi ekspertlərin (Adları çəkilmir – Ovqat.com) fikrincə, Rusiya sülhməramlılarına Qarabağ ərazisində hücum vertolyotlarının nəyə lazım olduğu o qədər də aydın deyil: “Rusiya tərəfi Ermənistanı özünün ən mühüm müttəfiqi kimi mütləq dəstəkləyir, lakin bu məsələdə “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğunu tanımayan Azərbaycan tərəfindən çıxış edir. Bu baxımdan hücum texnikalarının kimə qarşı istifadə ediləcəyi o qədər də aydın deyil və bir çox suallar doğurur".
 
Azərbaycan Dağlıq Qarabağdan gələn bu müəmmalı xəbərlərlə bağlı Rusiyanın mövqeyini öyrənməli və sülhməramlı missiyasını yerinə yetirə bilməyən, yaxud yetirmək istəməyən Moskvaya öhdəliklərini xatırlatmalı, adekvat cavab ala bilməsə, bölgə üzərindəki suverenlik haqlarından istifadə  edərək, alternativ planlarını işə salmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putin və Makronun qəfil və şübhəli birliyinin arxasındakı plan - Qarabağ gizlinləri

Ordumuz şəhid verdi, bir sülhməramlı, dörd erməni hərbçi yaralandı

Araik Moskvaya qaçdı - Bakıya təhvil verilə bilər

Silahsız azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub

“Savaş başlayanda Paşinyan dedi ki, Putinə...”- İlginc açıqlama

Kreml Qarabağdakı missiyasına aydınlıq gətirməlidir: Sülh yaradır, yoxsa separatizmi qoruyur?

İlham Əliyev və Mehriban Əliyeva Ağdam şəhərinə gedib - Video, Foto, Yenilənib

loading...

Ən çox oxunanalar