Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni nəşrindən etiraf: “Xankəndi aeroportu istifadəsizdir, çünki...”

Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş Xankəndi şəhərindəki hava limanından istifadə edə bilmir

PİA.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hayastani Anrapetutyun” qəzeti məlumat yayıb.

Qəzet aeroportun Azərbaycan Silahlı Qüvvələrinin raketlərinin nəzarətində olduğunu bildirib.

Nəşr erməni tərəfinin hökumətinin ABŞ Konqresinin Nümayəndələr Palatasında təmas xəttindən snayperlərin çəkilməsi və ATƏT müşahidəçilərinin sayının artırılması ilə bağlı qəbul etdiyi qərara ümid etdiyini bildirib.

Beləliklə, erməni nəşri işğalçı tərəfin Azərbaycan ordusundan qorxduğunu açıq formada etiraf edib.

Əlavə edək ki, bir neçə gün əvvəl Nümayəndələr Palatasında Dağlıq Qarabağla bağlı separatçı sənəd qəbul olunub. Sözügedən sənəddə bir qrup ermənipərəst senator “DQR”-in Azərbaycan ordusunun hücumlarından müdafiə edilməsinə dəstək verib.

Sənəd ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatı Amerika Erməniləri Milli Assambleyasının (ANCA) maliyyə dəstəyi ilə müzakirəyə çıxarılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar