Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni nazir: Ölkəni çörək qıtlığı və bahalaşma gözləyir

"Yaxın gələcəkdə Ermənistanda ərzaq təhlükəsizliyi, ilk növbədə çörəyin mövcudluğu, həmçinin qiymət artımı nöqteyi-nəzərindən ciddi problemlər yaranacaq".

Bu barədə "News.am"a Ermənistanın sabiq kənd təsərrüfatı naziri Artur Xaçatryan bildirib.

O, qeyd edib ki, ərzaq təhlükəsizliyi bir zamanlar işğal olunmuş həm Qarabağ, həm də Ermənistan üçün ümumi xarakter daşıyıb. Lakin indi ermənilər Qarabağı tərk edib.

Birinci təhlükə taxılın mümkün çatışmazlığıdır. Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal edib. Sabiq nazirin sözlərinə görə, bunun 150 min tonu işğal edilmiş ərazilərin payına düşüb.

“Biz Ermənistanda istehsal edilən 75%-dən çox taxıl itirdik. Ermənistan hər il təxminən 250 min ton taxıl idxal edir. Defisiti xaricdən idxalla doldurmaq lazım gələcək. Nəzərə alsaq ki, ABŞ dollarının məzənnəsi artmağa davam edəcək, onda bizdə çörəyin mövcudluğu və onun qiymət ilə bağlı problem yaranacaq”, - sabiq kənd təsərrüfatı naziri deyib.

“Taxılın əsas ixracatçı ölkələrinin koronavirusla əlaqədar məhdudiyyətlərini də unutmaq olmaz. Və əgər çörəyin qiyməti artsa, onda hər şeyin qiyməti artacaq”, - Artur Xaçatryan bildirib.

“Təəssüf ki, bizdə ərzaq təhlükəsizliyi strategiyaları yoxdur. Müstəqilliyin əldə edilməsi günündən Ermənistan kənd təsərrüfatı ilə məşğul olmayıb”, - o əlavə edib. (Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar