Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni mifini darmadağın edən Aprel... – Deputat

Aprel döyüşləri millətin ürəyinin Qarabağ ilə bir vurduğunu dünyaya bir daha bəyan edərək, bütün xalqımızın hər an savaşa hazır olduğunu göstərdi

PİA.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Aprel döyüşlərinin ildönümü ilə bağlı danışan millət vəkili Hadı Rəcəbli deyib. Deputat qeyd edib ki, bu gün Aprel döyüşlərinin üzərindən üç il keçir və bu zəfər salnaməsinin başlanğıcı olan döyüşlər bir daha Azərbaycanın öz ərazilərini azad etməyə qadir olduğunu sübut etdi:

“Bu döyüşlər millətin ürəyinin Qarabağ ilə bir vurduğunu dünyaya bir daha bəyan edərək, bütün xalqımızın savaşa hər an hazır olduğunu göstərdi. Ölkə başçısının qətiyyətli fikirləri ilə səsləndirsək, deyə bilərik ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi həmişə Azərbaycanın tərkibində olub, bu gün də onun tərkibindədir, gələcəkdə də olacaq. Zəfəri yazanların qarşısında baş əyirik!”

Millət vəkili Azər Badamov isə qeyd edib ki, düşmən üzərində əldə olunacaq tarixi qələbənin təməlini qoyan Aprel döyüşləri ermənilərin məğlubedilməz ordu mifini alt-üst etdi:

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Dördgünlük müharibə nəticəsində Füzuli, CəbrayılAğdərə rayonlarında 2 min hektardan çox torpağımız işğaldan azad olundu. Nəticədə işğaldan azad etdiyimiz yüksəkliklərdən Dağlıq Qarabağa nəzarət etmək imkanlarımız genişləndi. 2018-ci ilin mayın 21-dən 27-nə qədər ordumuzun həyata keçirdiyi Naxçıvan əməliyyatı nəticəsində azad olunmuş 11 min hektar torpaqlarımız məhz uğurlu Aprel döyüşlərinin davamı idi. Aprel döyüşləri düşmənə sübut etdi ki, öz doğma yurdlarından qaçqın və köçkün düşmüş soydaşlarımız Dağlıq Qarabağa qayıtmağa hazırdırlar, onlar sadəcə torpaqlarımızın işğaldan azad olunacağı zamanı gözləyirlər. Azərbaycan heç vaxt işğalla barışmayacaq. Hesab edirəm ki, keçirəcəyimiz növbəti hərbi əməliyyatlar torpaqlarımızın tam azad olunmasına səbəb olacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar