Ermənistan bir neçə dəqiqə əvvəl rəsmi olaraq, daha 2 çavuşun öldüyünü bildirib...
PİA.az xəbər verir ki, bu barədə "Şedevr+" teleqram kanalı məlumat yayıb.
Kanalın yaydığı məlumatda bildirilir ki, Yeravanda nəşr olunan müxalif "Hraparak" qəzeti Ermənistan ordusundakı itkilərin sayının Azərbaycan ordusundan qat-qat çox olduğunu yazıb. Erməni mətbuatı qeyd edir ki, hökumət də itkilərin qarşısını almaq üçün beynəlxalq təşkilatlara müraciət edir.
Bir neçə dəqiqə əvvəl isə rəsmi olaraq, ermənilər daha 2 çavuşlarının öldüyünü bildirdilər. Hal-hazırda Ermənistan hakimiyyəti "Hraparak" qəzetinin bağlanmasını tələb edir.
pia.az