Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Erməni məkri tükənmək bilmir!

Paşinyan islamçı-döyüçüləri Qarabağa “gətirir”

Mayın 17-də Yerevanda rusiyalı jurnalistlərlə görüş zamanı üzdəniraq Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bəyan edib ki, Dağlıq Qarabağda gərginliyin artması bu gün İraqSuriyadan qaçan islamçı-döyüşçüləri bizim bölgəyə gətirə bilər.

«Siz görürsünüz, İran ətrafında necə gərgin situasiya yaranıb və bu gərginlik artmaqda davam edir. Suriyada və İraqda islamçı radikal qruplaşmaların böyük sayda döyüşçüləri var və onlar anlayırlar ki, daha Suriyada və İraqda onlara yer yoxdur. Bizdə olan məlumatlara görə, bu gün onlar özlərinə yeni yer axtarırlar. Əgər bizim bölgədə yeni gərginlik yaranarsa, onların, məsələn, Azərbaycana axışması üçün yaxşı səbəb ola bilər. Onlar üçün bu, çox münasib nöqtədir və buradan öz fəaliyyətlərini İran, Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində (bəs, Ermənistan? – M.A.) təşkil edə bilərlər» – deyə, sürüşkən-məkrli Paşinyan «öz narahatlığı»nı rusiyalı jurnalistlərlə bölüşüb.

Paşinyan əlavə edib ki, Qarabağda yeni müharibə «artıq lokal olmayacaq» və əmin olduğunu bildirib ki, bunu Azərbaycanda, Rusiyada və İranda da anlayırlar…

Əslində isə dığanın narahatlığının səbəbi başqadır və bu sayıqlamaları ilə o, gerçək niyyətini gizlətməyə çalışır və «yolüstü» RusiyaAzərbaycana qarşı kökləmək niyyəti güdür. Məsələn, İrandan və Suriyadan ən çox erməni qaçqın məhz Ermənistana gəlib (gətirilib) və məhz Azərbaycanın Ermənistan qoşunları tərəfindən işğal edilmiş ərazilərində yerləşdirilib. İndi kim zəmanət verə bilər ki, həmin ermənilər «Asala» terrorçuları deyil? Beynəlxalq ictimaiyyətin, o cümlədən İranın və Rusiyanın diqqətini bu mənzərədən yayıdırmaq məqsədilə, Paşinyan bu gün «süni şəkildə ağrılı» problemə çevrilmiş «radikal-islam»dan söhbət açır…

Bu məqamda, əhəmiyyətli bir nüansa da diqqət yetirmək lazım gəlir – dığa sadəcə, qorxur! Qorxur ki, özünün beynəlxalq hüquqlarından bəhrələnərək, Azərbaycan işğal edilmiş ərazilərində antiterror əməliyyatlarına başlayar və torpaqlarını müharibə yolu ilə azad etməyə girişər. O zaman, haray çəkib, «qoymayın, islamçılar bizi qırır!» - deyə, dünyaya üz tutmaq üçün Paşinyan indidən «bəhanə təməli» yaratmaq cəhdləri göstərir…(Azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Laçının azad edilməsi 3 mənada strateji əhəmiyyətlidir...” - Arif Paşa

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

loading...

Ən çox oxunanalar