Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni mediası: “Bolton Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdən imtina edib”

“Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfəri çox uğursuz olub”

Bunu “Qraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, Ermənistanın ABŞ-dakı səfirliyinin səylərinə baxmayaraq, rəsmi Vaşinqtonun heç bir yüksək vəzifəli nümayəndəsi onu qəbul etməyib: “Bu, azmış kimi, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da onu qəbul etməkdən imtina edib. O, Yerevana səfəri zamanı da Qriqoryanla təkbətək görüşmək istəmədiyini bildirmişdi. Onda Con Boltonun ofisinin nümayəndəsi Qriqoryanı icma təmsilçiləri ilə birlikdə qəbul etmişdi. Yeri gəlmişkən, ABŞ-da Braziliya Kosmik Agentliyinin rəhbəri Karlos de Mourla görüşdüyü üçün onu “kosmonavt Qranuş Akopyan” deyə çağırmağa başlayıblar”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 26-da ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevana səfəri zamanı Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla təkbətək görüşdən imtina etmişdi.(Report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar