Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni jurnalist Paşinyana hücum etdi - Video

Bu gün Ermənistanda ordu günüdür. Lakin İkinci Qarabağ müharibəsində məğlubiyyətlə üzləşənlər haqlı olaraq ordularının gününü qeyd etməyəcəklər. Bunun əvəzinə baş nazir Nikol Paşinyan “Yerablur” qəbristanlığını ziyarət etməyi məqsədə uyğun bilib. Burda da media işçiləri onu rahat buraxmayıb. N.Paşinyan qadın jurnalistin hücumuna məruz qalıb. 

Erməni media nümayəndəsi baş nazirə qəbiristanlığı göstərərək belə deyib: “Niyə Şuşa azərbaycanlılarındır demisiniz? Şuşa uğrunda döyüşənlər burada dəfn olunub. Siz isə dediniz ki, Şuşa Azərbaycan şəhəridir? Paşinyan isə suala sualla cavab verib: “Mən demişəm ki, Şuşa erməni şəhəri deyil? Mənim dediklərimi şəxsən sən yazılı sürətdə sübut etsən, o zaman sənin sualına canlı yayımda cavab verəcəyəm”.

Xatırladaq ki, yanvarın 20-də parlamentdə çıxış edən Paşinyan Şuşa ilə bağlı danışıb. Baş nazir deyib ki, Şuşanın Ermənistanın olub-olmadığı sual altındadır, çünki Dağlıq Qarabağ münaqişəsindən əvvəl Suşada yaşayan əhalinin 90 faizi azərbaycanlılar olub. Bu göstərici isə təbii ki, qədim Şuşanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu sübut edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar