Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni İşğalı vaxtı dağıdılmış idman obyektləri - Siyahı

Gənclər və İdman Nazirliyi azad edilən ərazilərdə işğaladək mövcud olmuş idman obyektlərinin siyahısını hazırlayıb.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, ermənilər tərəfindən Zəngilan, Ağdam, Qubadlı, Kəlbəcər, ŞuşaLaçında ümumilikdə 37 idman qurğusu dağıdılıb.

Həmin qurğular bunlardır:

Zəngilan: Səməd Vurğun adına şəhər tadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, futbol, voleybol, basketbol meydançası, Mincivan qəsəbə şahmat məktəbi, kənd futbol meydançaları - 13 ədəd.

Ağdam: "İmarət" stadionu, "İdman şəhərciyi" İdman-Sağlamlıq Parkı, Güllə Atıcılığı Tiri, Şahmat Evi, Üzgüçülük Mərkəzi, kənd futbol meydançaları - 26 ədəd, kənd voleybol meydançaları - 26 ədəd.

Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası - 3 ədəd, kənd futbol meydançaları - 19 ədəd.

Kəlbəcər: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, Güllə Atıcılığı Tiri, kənd futbol meydançaları - 14 ədəd.

Şuşa: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, "Qarabağ" Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası

Laçın: Şəhər stadionu, voleybol meydançaları - 3 ədəd, İdman zalı, Şahmat Məktəbi, kənd futbol meydançaları - 28 ədəd, kənd voleybol meydançaları - 15 ədəd.

Məmmədova bildirib ki, bu obyektlər erməni vəhşiliyinin qurbanı olub: "Təbii ki, biz bu torpaqlara qayıdandan sonra daha yaxşıları olacaq. Yenidənqurma işləri Dövlət İnvestisiya Proqramına uyğun olaraq, mərhələli şəkildə həyata keçiriləcək. İdman qurğuları və obyektləri müasir tələblərə uyğun yenidən tikiləcək və bərpa olunacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar