Çərşənbə, 12 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Erməni fəallar cəbhə xəttində itkiləri açıqladı, Müdafiə naziri tənqid atəşinə tutldu

Cəbhə xəttində erməni tərəfin növbəti təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən layiqincə alındı və Ermənistan ordusu növbəti dəfə çökdürüldü... 

Ermənistan Müdafiə Nazirliyi faktı inkar etməyə cəhd etsə də, alınmadı. Artıq erməni ictimaiyyəti baş verən hadisə nəticəsində ermənilərin saysız-hesabsız itki verməsini faktlarla açıqlayıb.

PİA.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun adekvat cavab atəşi nəticəsində erməni ordusu külli miqdarda itki versə də, Ermənistan Müdafiə Nazirliyi cəbhənin Tovuz rayonu istiqamətində işğalçı ordunun 2 hərbçisinin yaralandığını bəyan edib.Məlumatda qeyd edilir ki, hadisə nəticəsində cəmi 2 erməni həbçisi xəstəxanaya yerləşdirilib.

Erməni fəallar artıq sosial şəbəkələrdə Ermənistanın müdafiə naziri David Tonoyanı itkiləri gizlətməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edir. Həmin erməni fəallardan biri də Diana Harutyunyan Facebook profilində yazıb ki Azərbaycanla sərhəddə dəhşətdir, faciədir: "Qardaşım elə indi zəng vurdu, dedi ki, azərbaycanlılar hər tərəfdən atəş açırlar. Hospitallarla xəstəxanalar yaralılarla doludur. İçi həlak olmuş əsgərlərimizlə dolu 3 yük maşını görüblər. Deyirlər ki, 70 hərbçimiz həlak olub, 300 nəfər yaralanıb. Amma inanmıram. Bu qədər tələfat varsa, meyitləri daşımaq üçün üç yük maşını bəs etməz. Nə edəcəyimi bilmirəm, çox qorxuram. Qardaşımla əlaqə kəsilib. Şəhərdə panikadır. Heç bir informasiya yoxdur. Hakimiyyət dairələri heç nə etmirlər!"

Sosial şəbəkələrdə digər ermənilər isə erməni hərbi birləşmələrinin daha çox itki verdiyini yazırlar. Statuslarda qeyd edilir ki, təxribat zamanı ermənilərin 200-dən artıq hərbi qulluqçüsu məhv edilib.

pia.az 


Etiket: Hərbi


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

Afina həddini aşdı: Aralıq dənizində atışma - 1 türk gəmisi batdı

Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

15 yaşlı qızı hamilə buraxan müəllimə inanılmaz "ağır cəza" kəsildi - 1 il həbs

Beynəlxalq bank da Əli Həsənovdan üz çevirdi - Foto

Statistikada Rauf Vəliyevin fəaliyyəti necə görünür? - Prezidentin tənqidindən yola çıxaraq...

Belarus seçkilərinin Tixanovskaya surprizi...21-ci əsr siyasətində nələr baş verir?

Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı iddialara reaksiya:"Yalandır, iftiradır..."

Azərbaycanda yenidən devalvasiya gözlənilir? – “Manatın taleyi bizi narahat edir”

loading...

Ən çox oxunanalar