Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Erməni əsgərləri oğru kimi kəndlərə soxulurdular“ - Litvalı jurnalist

“Erməni əsgərləri oğru kimi kəndlərə soxulub, soyqırımılar törədirdilər. Günahsız insanları qırırdılar. İstənilən beynəlxalq məhkəmədə sözümü təsdiqləyə bilərəm”.

PİA.az xəbər verir ki, bu sözləri Publika.az-a müsahibəsində litvalı hərbi jurnalist Riçardas Lapaytis deyib.

“Qarşımda bir məqsəd vardı, Qarabağda gördüklərimi məqalə şəklinə salıb hansısa qəzetdə dərc etdirmək. Jurnalist olmadığımdan bu mövzuda məlumatsız və naşı idim. Çox çətinliklə, hətta məsum hiylə ilə tələbə yataqxanasında müvəqqəti məskunlaşdım. Elə həmin gecə yazımı hazırlayıb yatdım. Ertəsi gün köşkdən bir neçə qəzet aldım. Ən çox oxunan “Respublika” qəzetinin ünvanını tapıb, redaksiyaya yollandım. Xocalı haqda geniş məqalə yazmışdım. Materialı təqdim edib, fotoşəkilləri masaya tökdüm. Baş redaktor dəhşət içərisində məqaləni oxuyur, tez-tez iri gözlərini qaldırıb mənə baxırdı. Sonda sual verdi:

- Sən nə yazdığının fərqindəsən? Deyirsən ki, yüzlərlə dinc azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bütün Litva mətbuatı əksini iddia edir. Axına qarşı getdiyinin fərqindəsən?

Mən fotoşəkilləri bir daha ona göstərib, yazımın qərəzsiz olduğuna inandırmağa çalışdım. Qarabağdan gəldiyimi, orada baş verənlərin şahidi olduğumu bildirdim. Üzünü turşudub, fotoların çoxunu dərc edə bilməyəcəyini bildirdi. “Biz bu şəkilləri qəzetdə yayımlasaq, insanlar qorxub qəzetə yaxın durmayacaqlar”, - dedi. Odur ki, bir neçə neytral foto seçib götürdü. Əlavə etdi ki, yazını ixtisar etmək məcburiyyətindəyəm. Amma yenə də ölkə mətbuatı üçün qəfil bomba olacaq”,-deyə o əlavə edib.

Hərbi jurnalist həmin dövrdə erməni diasporu bütün dünyada olduğu kimi, Litvada da çox güclü yalan təbliğat apardığını diqqətə çatdırıb:

“Müsəlmanların onlara qarşı soyqırımı törətdiklərini iddia edirdilər. Mənim məqaləm isə erməni cəfəngiyyatını ifşa edirdi. Özüm də fərqində olmadan mətbuat blokadasının qarşısını alırdım. Bu məqalə ən yaxşı yazıların siyahısına düşdü, ingilis dilinə tərcümə olunub Avropa ölkələrində yayımlandı. Ermənilərin canına vəlvələ düşdü. “Lapaytisi tapıb, işgəncə ilə öldürəcəyik”,- deyirdilər. Litvanın digər qəzetlərində “Dağlıq Qarabağ və vicdanımız” adlı məqalələr dərc olunmağa başlandı. Mənə ləkə yaxaraq Xocalı genosidinin baş vermədiyini yazırdılar. Yazımın cəfəngiyyat olduğunu bildirirdilər. Yaxşı, tutaq ki, dediklərim, yazdıqlarım yalan idi. Bəs onda niyə məni məhkəməyə vermirdilər?

Xocalı məqaləmə görə Beynəlxalq Avrasiya Mətbuat Fondu məni tərifnamə və “piremya”ya layiq görüb. Təəssüf ki, Çingiz Mustafayev və digər fotoreportyorlara isə bu diplomlar ölümlərindən sonra verildi”.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Təhsil naziri icra başçısının müavininə vəzifə verdi

Navalnı Quran kitabına görə cəzaçəkmə müəssisəsini məhkəməyə verib – Foto

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

Əli Heydərovun qatili tapançanı avtobusa tullayıb

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

Şimali Osetiyanın eks rəhbərinin oğlu Jirinovskinin oğlunu təyyarədə döydü

Ən çox oxunanalar