Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni əsgərlər silahları gizlədir: Təhlükə Qarabağdan İrəvana yönəlir

Ermənistanın hərbi polisi Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edənləri onlara verilmiş silahları təhvil verməyə çağırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Erməni tərəfinin açıqlamasında bildirilib ki, sözügedən şəxslər silahları könüllü təhvil verəcəkləri halda cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.

Ermənistan hərbi polisinin sözügedən açıqlaması bu ölkədə tüğyan edən acınacaqlı vəziyyəti və özbaşınalığı bir daha nümayiş etdirib. Belə ki, ordumuzun sarsıdıcı zərbələri nəticəsində pərən-pərən düşən erməni ordusu mərkəzləşmiş idarəetmədən tamamilə məhrum olub.

Belə olan halda isə əsgərlərin silahla təmin olunması məsələsində özbaşınalıq yaranıb. Açıqlamadan bəlli olur ki, erməni tərəfi yalnız səfərbərliyiə cəlb olunan əsgərlərin deyil, eyni zamanda yoldan ötən hər kəsin əlinə silah verərək cəbhəyə göndərməyə çalışıb.

Dünya praktikasında səfərbərlik zamanı hərbçilərə verilən silahların dəqiq qeydiyyatı aparılır. Ermənistan tərəfinin bu gün hərbçilərdən silahları könüllü təhvil verilməsini tələb etməsi isə bu ölkədə döyüş əməliyyatları zamanı yaranmış təşvişi, məğlubiyyət qorxusunu, həmçinin bunun nəticəsində hətta qeydiyyat işlərinin belə aparılmadığını göstərir.

Bundan əlavə, Qarabağda döyüşməyə gələn ermənilərin kriminal məqsədlərlə də silahları gizlətməsi istisna edilmir. Hələ cəbhədə gərgin döyüşlərin getdiyi vaxtda belə ermənilərin döyüş bölgəsindən Ermənistana çox sayda silahları gizli yollarla daşıması faktı yerli mətbuatda işıqlandırılmışdı.

Kriminal ünsürlərin bir zamanlar at oynatdığı Qarabağ ərazisi artıq ordumuz tərəfindən təmizləndiyi üçün bu cinayətkar dairələrin yeni məskəni elə Ermənistanın öz ərazisi olacaq. Bir zamanlar Ermənistan liderlərinin ciblərini doldurmaq üçün göz yumduğu bu qrupların Qarabağdan gizli gətirilmiş silahları kimə qarşı istifadə edəcəyi isə bəllidir. Bu qruplara Ermənistanın hərbi polisinin açıqlamasında göstərildiyi kimi, Dağlıq Qarabağda vuruşan və silahlarını təhvil verməyən, gizlədən insanları da əlavə etsək, yaxın gələcəkdə bu ölkədə sabitliyin bərqərar olmayacağını əminliklə demək olar.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar