Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Zaman çox şeyi öz yerinə qoydu, xeyli mübahisələri kəsdi və kimin haqlı olduğunu göstərdi, kimlərin yanlış yolda olduğunu üzə çıxardı, həqiqətlərin üzərindəki müəmma örtüyünü üfürüb atdı.

20 il öncə Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatların (onların içində hansı dinə, məzhəbə və ya xüsusi xidmət orqanına işlədiyi bəlli olmayan fondlar da vardı) ErmənistanAzərbaycan arasında başlatdığı bir kampaniya vardı: düşmən ölkənin və Azərbaycanın ziyalıları, jurnalistləri hər iki ölkəyə qarşılıqlı səfərlər edirdilər. Bizimkiləri arada Şuşaya da aparırdılar.

O zaman ölkəmizdə bir çoxları bu “get-gəl”ə qarşıydı, deyirdilər ki, bu cür qarşılıqlı gəliş-gedişlər aradakı gərginliyin azaldılmasına, münasibətlərin istiləşməsinə, barışıq mühiti yaradılmasına, Qarabağın yavaş-yavaş unutdurulmasına, daha dəqiqi, azərbaycanlıların ərazi itkisinə alışdırılmasına xidmət edir.

Bu fikirlə kəskin şəkildə razılaşmayanlar da çox idi. Bu adamlar Avropada fəaliyyət göstərən təşkilatlardan külli miqdarda qrant olan, qırmızı sözlə desək, Avropaya işləyənlər idi və mediada çox böyük canfəşanlıqla “sülh” təbliğatı aparırdılar, deyirdilər, yaxınlaşma Qarabağ məsələsində əlimizi gücləndirir, biz Avropaya sübut edirik ki, sülhpərvər xalqıq, ermənilərlə dinc, yanaşı yaşamağa hazırıq və s.

O zaman Azərbaycan hakimiyyəti də beynəlxalq təşkilatların təzyiqi ilə bu “xalq diplomatiyası”na qarşı çıxmırdı. Siyasi partiyalar da bənzər mövqedəydi. Yalnız Akif Nağının rəhbərlik etdiyi Qarabağ Azadlıq Təşkilatı açıq mətnlə bunun tələ olduğunu deyirdi, bir də bəzi jurnalistlər bu fikrə dəstək verir, yazılar yazırdılar.

Bu günlərdə baş nazir Nikol Paşinyanın yanında prezident vəzifəsində işləyən, Aqil Abbasın məşhur ifadəsi ilə desək, Ermənistan prezidenti vəzifəsinin maaşını alan Armen Sarkisyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yarıtmaz olmadığını sübut etmək üçün deyib ki, həmsədrlər heç də pis işləmirdilər, məsələn, iki ölkə arasında “xalq diplomatiyası” çərçivəsində qarşılıqlı səfərlər təşkil etmək onların böyük uğuru idi.

Bu, xoruzun quyruğunun, hətta dimdiyinin görünməsi deməkdir. Sarkisyan o illəri nostalji ilə xatırlayır və bunun Ermənistan üçün önəmli bir xidmət olduğunu düşünür.

Beləliklə, 20 ildən sonra ölkənin ikinci şəxsinin dilindən təsdiqlənir ki, “xalq diplomatiyası” erməni tələsi imiş, gerçəkdən də bu projedə iştirak edənlərin bəziləri bilərəkdən, bəziləri də bilmədən “erməni dəyirmanına su tökürmüşlər”.

7 il öncə Macarıstanda erməni zabitini zərərsizləşdirən zabitimiz Ramil Səfərov ömürlük həbs cəzasının 9 ilini çəkdikdən sonra Azərbaycan rəhbərliyi tərəfindən ölkəmizə ekstradisiyasının təşkil edilməsi və elə təyyarədəcə azad olunması vaqiəsində Ermənistanla yanaşı, Azərbaycanda da görünməmiş hay-küy qoparılması həmin silsilədən olan hərəkətlər idi. “Xalq diplomatiyası”nın iştirakçıları erməni fəallardan daha aktiv idilər. O söhbət hələ də unudulmayıb, zaman-zaman qabarır.

Yəni “erməni dəyirmanına su tökmək”lə bağlı daxili siyasi mübarizədə səslənən ittihamların heç də hamısı havadan götürülmüş iddialar deyildi.

Gerçəkdən də Avropanın qüdrətli dövlətlərində fəaliyyət göstərən bir sıra nüfuzlu təşkilatlar Qarabağın Azərbaycandan qoparılması, dövlətimizin təslimçi sülhə vadar edilməsi istiqamətində yavaş-yavaş, sürünə-sürünə icra olunan məkrli plan gerçəkləşdirirdilər. Bunları görənlər, deyənlər vardı, amma plan yiyələri də öz niyyətlərini həyata keçirmək üçün yerli icraçılar tapır, onları pul gücünə özlərinə, daha dəqiqi, ermənilərə işlədə bilirdilər.

Bir çoxlarının “sülh göyərçini”nə çevrilməsi heç də təsadüfi deyildi. Onları “göyərçin” olmağa təşviq edənlər vardı. Ancaq indi əminliklə demək olar ki, bu layihələr puç olub - eynilə Şuşada, Xankəndidə aparılan tikinti-quruculuq və məskunlaşdırma layihələri kimi.

Bir ay öncə bu günlər ermənilər Laçına, Zəngilana köçüb məskunlaşanlara dair telesüjet verirdilərsə, indi Dağlıq Qarabağda, aran Qarabağın işğal edilmiş rayonlarından köçənləri göstərirlər. Bu 22-23 gündə vəziyyət 180 dərəcə dəyişib.

“Sülhpərvər”lərə gəlincə, onların nə dərəcədə səmimi olduqları müharibədən, Qarabağın tamamilə azad edilməsindən sonra bilinəcək.

Orası da var ki, o zaman sülhdən danışan çox olacaq, biz də o səfə qoşulacağıq. Çünki doğma torpağın özündə olandan sonra insanın ən böyük arzusu sülh və əmin-amanlıq olur, sülhün alternativi olmur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

“Erməni dəyirmanı” ilə bağlı faş olan həqiqət

Yeni erməni bayatısı: ‘‘Yaddan çıxmaz Qars, Naxçıvan...’’

Ən çox oxunanalar