Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Erməni “cəngavər”ləri döyüş meydanından dovşan kimi qaçırdılar” - Rusiyalı politoloq

Azərbaycanlı məcburi köçkünlərin Qarabağa qayıdışı gələn ildən başlaya bilər”.

Bunu "Report"-un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq Sergey Markov deyib.

Azərbaycan iqtisadiyyatı xeyli güclüdür, üstəlik, xaricdən də böyük sərmayələr gələcəyini düşünürəm. O cümlədən qardaş ölkələr - Türkiyə və Rusiya da sərmayə yardımı edəcəklər. Türkiyənin nəhəng inşaat sektorunu da nəzərə alsaq, azad olunan rayonların tezliklə iqtisadi artımın mərkəzinə çevriləcəyini deyə bilərik”, - deyən rusiyalı ekspert Qarabağdan köçüb gedən ermənilərin evlərini yandırmasına, meşələri qırmasına da münasibət bildirib: “Azərbaycan ermənilərin bu vəhşiliyini dayandırmaq üçün həyəcan təbili çalmalıdır. Beynəlxalq təşkilatların da bu barədə sözlərini deyərək Ermənistan hökumətindən dərhal təsirli tədbirlər görməsini tələb etmələri üçün addımlar atılmalıdır”.

Ağdam rayonunun Azərbaycana qaytarılması ilə bağlı Ermənistanda baş qaldıran etirazlara toxunan rusiyalı politoloq qeyd edib: “Bu mitinqlər əsasən Ermənistanın müharibəni uduzması ilə bağlıdır. Onlar elə bilirdilər ki, azərbaycanlılar alverçi, ermənilər isə igid cəngavərdir. Amma həmin “igid cəngavərlər” döyüş meydanından dovşan kimi qaçırdılar. Odur ki, Ermənistan ictimaiyyəti şokdadır. Təbii ki, belə şeyi qəbul etmək çox çətindir, amma gec-tez bunu qəbul etməli olacaqlar”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar