Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erkin Qədirlidən açıqlama: Samir Nuriyev, Fuad Ələsgərov, Şahin Əliyevlə...

Erkin Qədirli münasibəti olduğu hakimiyyət nümayəndlərinin adlarını açıqladı...

ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa lider namizəd əlaqəsi olduğu hakimiyyət nümayəndələrinin adlarını açıqlayıb.

PİA.az-ın xəbərinə görə, o, siyahını Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinə cavab olaraq yayıb.

“Cəbhəçilərin yaydığı yalanların yalan olduğu neçənci yalandan sonra sayılmağa başlayır? Nə qədər yalan danışmaq, yazmaq olar axı? Hələ saxta profillərdən yazıb məndən cavab tələb edirlər. Sadəlövh olanlar və ya səmimi yanılanlar olmasaydı, belə yalanlara heç zaman cavab verməzdim.

Yazırlar ki, guya mən seçki dönəmində Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevlə görüşmüşəm, seçilmə şərtlərimi onunla danışmışam. Mən Prezident Administrasiyasının bir neçə yüksək rütbəli şəxsini şəxsən tanıyıram: Administrasiyanın rəhbəri Samir Nuriyevi (məktəb illərindən, bizim məktəbi bitirib), Administrasiyanın şöbə müdirlərini - Şahin Əliyevi (müəllimim olub), Fuad Ələsgərovu (onunla çoxdan və yaxşı tanışam, axırıncı dəfə 10 il bundan öncə görüşmüşəm), Gündüz Kərimovu və Səadət Yusifovanı (tələbəliklərindən tanıyıram), Hikmət Hacıyevi (tələbəm olub), Prezident köməkçisi Anar Ələkbərovu da tanıyıram. Heç birisilə son illərdə nə görüşmüşəm, nə də danışmışam. Zeynal Nağdəliyevlə isə ümumiyyətlə tanış deyiləm. İndi bu cəbhəçilər götürüb şəxsi tanışlığım olmayan Zeynal Nağdəliyevlə görüşdüyümü, onunla anlaşdığımı yazırlar. Yazdıqlarının yalan olduğu bir yana, hələ məndən izahat də istəyirlər. Nə isə, deyiləsi deyil. O biri söhbətə (Azər Qasımlının dediklərinə) gəlincə, öyrətmək olmasın, sirrin üstü açılanda qınanılası olan sirri saxlayan deyil, onu açan olmalıdır. Sirri saxlayanı yalnız sirri qoruya bilmədiyinə görə qınamaq olar. Elə bir qınaq varsa, onu qəbul etməyə hazıram. Bu söhbətdə başqa heç bir qınağı qəbul edəsi deyiləm” – E.Qədirli qeyd edib. (Pravda.az)

pia.az


Etiket: Erkin Qədirli

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar