Cümə axşamı, 27 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Ərinin qırmancla döydüyü Əfsanə sığınacağa sığındı

“Ərim hər gün məni, uşaqlarımı döyür. Gözüm göy, bədənimdə yaralarla bayıra çıxa bilmirəm. Tövləyə gedib mal sağıram, evə gəlib döyülürəm. Səhəri gün ayağa durmağa halım olmur”...

Bu sözləri “Səni axtarıram” verilişinə müraciət edən Quba rayonu Dalğayı kənd sakini 27 yaşlı Əfsanə deyib. 3 uşaq anası olan Əfsanə zorakılıq gördüyü üçün 17 yanvar tarixində övladları ilə birlikdə evi tərk edib:

“Anama döyüldüyümü söyləyirəm, deyir, qız ərə gedibsə, ər evində ölməlidir. Ərim qısqancdı, bayıra çıxmağa qoymur. Su gətirməyə getməyə qoymur, sonra su gətirməmişəm deyə döyür. Qırmancla, ağacla döyülürəm. 10 ildir dözürəm, bundan artığına halım, qüvvəm yoxdur”.

Verilişə qonaq olan Əfsanənin əri Səxavət etdiyi əməli boynuna alaraq canlı efirdə yoldaşını at qırmancı ilə döydüyünü qeyd edib:

“Söz qaytarıb, mən də vurmuşam. Ona neçə dəfə demişəm, əsəbiləşdirməsin məni. Vuraram, sən ölüb gedərsən, mən də həbsə”.

Verilişdə bildirilib ki, uşaqlardan birinin 8, digərinin isə 9 yaşı olsa da, məktəbə getmir. Onların adı Zıxır kənd orta məktəbində qeydiyyatdadır.

Əfsanə son olaraq ərinə güvənmədiyi üçün sığınacaqda qalacağını, anası ilə getmək istəmədiyini deyib. Əgər əri müalicə alsa, içkini atsa, uşaqlarının xətrinə evə qayıdacağını bildirib.

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, Əfsanə hələ ki, onların sığınacağında qalacaq:

“Hələ ki, bizim yanımızdadır. Qadına qarşı şiddətin ən azı bir inzibati cəzası var. Mən ailələrin dağılmağının heç vaxt tərəfdarı olmamışam. Hər dəfə sığınacağa da yerləşən qadınlar "boşanmaq istəyirəm"- deyəndə səbrli olmağı, daha yaxşı düşünməyi tövsiyə etmişəm. Nəticədə barışıblar,ailələrinə dönüblər.

Ancaq Əfsanənin hadisəsində "tərəfdar" olmaqdan qorxuram. Anası və balaları ilə yanımdadırlar. Xeyli söhbət etdik. Adım kimi əminəm ki, Əfsanənin anası onu geri göndərmək üçün böyük mücadilələr edəcək. Haqq verə bilməsəm də bu barışığa çox təəssüf ki, bəzi reallıqlar var.

Şüurlar "yuyulmalıdır" cəmiyyətdə. "Neçəbaşlı" qohumluqlar var bu tayfanın içində, daha bir neçə ailənin içinə nifaq salarsa, bundan karlı heç kim çıxmaz. Əfsanə isə əzabsız yaşamaq, uşaqlarını oxutmaq istəyir”. (Qafqazinfo)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Masallıdakı dəhşətli ailə qətliamının təfərrüatları - Yenilənib

Tramp Dərin dövlətə qarşı müharibəyə başlayıb...

78-ci Dairənin 9 fevral “seçki”si: Ağ örpəyə bürünən Leriki qaranlığa qərq edən kabus

Əli Əsədovun Ərdoğanla salamlaşması Türkiyə mətbuatında gündəm oldu - Video

Konstitusiya Məhkəməsi hansı dairələri ləğv edəcək – Siyahı

“27 gün cəhənnəm həyatı yaşadım, amma ölmədim” – Xocalı qırğınının şahidi danışır…

Neftçala Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edildi

Dövlət Agentliyi bu şəxsin şirkətinə məsləhət üçün 120 min manat ödəyəcək

Qumarxanaya çevrilmiş xəstəxanada xəstəni öldürüb oğlundan 9000 manat aldılar

İlqar Məmmədovun Xocalı haqda paylaşımı qalmaqal yaratdı

Abdin Fərzəliyev prezidentin göstərişinə niyə əməl etmir? - Video

loading...

Ən çox oxunanalar