Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: “Çevrilişin arxasında Kreml deyil, Rusiyanın hərbi dairələri dayanıb” - Müsahibə

Siyasi şərhçi: “Rusiya hərbi çevrilişi uğurlu ssenari olaraq digər postsovet ölkələrində də tətbiq edə bilər”.

Rusiyanın məqsədi Ermənistandakı kommunikasiyaları tam nəzarətə götürməkdir. Elə buna görə də Paşinyanı devirmək istəyirlər”.

Bu sözləri Ermənistanda hərbi çevrilişə cəhdi PİA.az-a şərh edərkən siyasi şərhçi Ərəstun oruclu söyləyib.

Xəbər verdiyimiz kimi dünən Ermənistan ordusunun Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib. Bəyanat Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçaturyanın vəzifədən alınmasından sonra səsləndirilib. Paşinyanın istefası tələbi Baş Qərargah rəisi Onik Qasparyan da olmaqla 40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanıb.

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən azad edib. Həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının önündə - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb. O, hərbi çevriliş cəhdinin qarşısının alındığını açıqlayıb.

Qeyd edək ki, postsovet məkanda ilk dəfədir ki, hərbi çevriliçə cəhd olunur. Ümumiyyətlə isə SSRİ təcrübəsində hərbi çevrilişə cəhd heç zaman olmayıb və Kommunist partiyası bir qayda olaraq həmişə hərbiçiləri siyasətdən kənarda saxlamağı başarıb.

Ermənistanda hərbi çevrilişə cəhdi və onun arxasında kimlərin dayandığı ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi Ərəstun Oruclu ilə müsahibə edib.

Ərəstun Oruclu:“Baş qərargahda Rusiyanın adamlarının Azərbaycan ordusunun başına nələrin gətirdikləri hamıya məlumdur. Buna görə də düşünürəm ki, əgər Ermənistanda hərbi çevriliş ssenari işləsə, bunun davamı digər postsovet ölkələrində ola bilər”.

PİA.az siyasi şərhçi Ərəstun Oruclu ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Ərəstun bəy, SSRİ dağılandan sonra ilk dəfədir ki, postsovet məkanda hərbi çevrilişə cəhd olunur. Bundan əvvəl MDB ölkələrində çox saylı inqilablar olub, lakin ordu heç bir vaxt siyasətə müdaxilə etməyib. Ermənistanda baş verənlər MDB məkanında yeni siyasi reallıqların başlanğıcı ola bilərmi? Yəni digər MDB ölkələrində də ordunun siyasətə müdaxiləsi tendensiyası ortaya çıxa bilərmi və bu olarsa, regionun gələcəyini necə təsəvvür edirsiniz?

- Ermənistanda çevriliş cəhdi baş tutarsa, bunun bir çox aspektlərdə pis nümunə ola biləcəyi mümkündür. Birincisi hərbi çevrilişlər uğurlu ssenari olaraq digər ölkələrə də tətbiq oluna bilər. Digər postsovet ölkələrinin böyük əksəriyyətində də hərbi qurumların başında dayananlar Rusiyaya bağlı və ya Rusiyaya loyal şəxslərdir.

Biz bunu Azərbaycanda gördük. Baş qərargahda Rusiyanın adamlarının Azərbaycan ordusunun başına nələrin gətirdikləri hamıya məlumdur. Buna görə də düşünürəm ki, əgər Ermənistanda hərbi çevriliş ssenari işləsə, bunun davamı digər postsovet ölkələrində ola bilər.

Həmçinin postsovet məkanda bu heç də birinci hərbi çevriliş cəhdi deyil. Vaxtilə hərbiçilər Gürcüstanda başda müdafiə naziri Tengiz Çitavani olmaqla hərbi çevriliş ediblər. Sonra da Tengiz Çitavani Rusiyaya getdi və bildiyim qədər bu günə qədər də orada yaşayır. Yəni Rusiyanın Ermənistanda hərbi çevriliş cəhdi ilk deyil və ilk cəhdləri Gürcüstanda uğurlu olub.

- Ermənistanda baş verənlərin iki sonucu görünür. Ya Ermənistanda hərbi xunta hakimiyyətə gələcək, ya da Paşinyan öz hakimiyyətini hiss ediləcək dərəcədə gücləndirəcək. Hər iki versiyada üçtərəfli bəyanatın gələcəyini necə görürsünüz?

- Düşünürəm ki, bəyanat olduğu kimi qalacaq. Çünki heç bir halda onlar bəyanatı ləğv etməyəcəklər. Çünki Rusiya tərəfindən dəstəklənən hakimiyyət ən pis halda məsuliyyəti Paşinyanın üzərinə qoyacaqlar ki, artıq bu anlaşma imzalanıb və biz buna qarşı gedə bilmərik. Bu öhdəlikləri pozmaqdır və s.

Ərəstun Oruclu: “Hər bir ssenaridə anlaşma qüvvədə qalacaq. Mən buna əminəm. Çünki bu anlaşma Rusiyanın diqtə etdiyi anlaşmadır və Rusiyanın təkidi ilə bu anlaşma imzalanıb”.

Rusiya da buna imkan verməz. Çünki Rusiyanın məqsədi Ermənistandakı kommunikasiyaları tam nəzarətə götürməkdir. Elə buna görə də Paşinyanı devirmək istəyirlər. Çünki Paşinyan Rusiya üçün loyal lider deyil. Əgər çevriliş baş tutarsa və Paşinyan hakimiyyətdən istənilən şəkildə kənarlaşdırılarsa, bundan asılı olmayaraq hər bir ssenaridə anlaşma qüvvədə qalacaq. Mən buna əminəm. Çünki bu anlaşma Rusiyanın diqtə etdiyi anlaşmadır və Rusiyanın təkidi ilə bu anlaşma imzalanıb.

Rusiya bu anlaşmadan geri çəkilməyə heç kəsə imkan verməz. Ona görə ki, bu anlaşma nə Azərbaycanın, nə Ermənistanın deyil Rusiyanın maraqlarına nəzərdə tutulmuş və bu məqsədlə də imzalanmış anlaşmadır.

- Hərbi xunta qalib gələrsə, Naxçıvan dəhlizinin açılması mümkün görünürmü?

- Dünən Ermənistanda çevrilişə cəhd təsadüfi deyildi. Fevralın 20-ə ümid bəsləyən revanşistlər tam iflasa uğradılar. Çünki onlar Paşinyana etiraz üçün 5 mindən artıq insan küçəyə çıxara bilmədilər. Əksinə bu gün Paşinyan daha çox insanı meydana çıxardı. Belə olan halda da hərbi yolla çevriliş cəhdi yeganə ümid yolu kimi nəzərdən keçirilib.

Bir daha qeyd edim ki, bu çevrilişə cəhdin arxasında Rusiya hakimiyyətinin müxtəlif qanadları görünməkdədir. Bu məsələlərin Naxçıvan dəhlizinə hansısa təsirlərinin olacağını düşünmürəm.

Ərəstun Oruclu: “Birmənalı şəkildə Ermənistanda edilən hərbi çevrilişin arxasında Rusiyanın hərbi dairələri dayanır. Kreml yox, məhz hərbi dairələr dayanıb”.

- Tam olaraq Ermənistanda hərbi çevrilişin arxasında kimi görürsünüz? Rusiyanın, ya da Qərbin bu çevrilişə cəhdi planlaşdırdığına ehtimal verirsinizmi?

- Birmənalı şəkildə Ermənistanda edilən hərbi çevrilişin arxasında Rusiyanın hərbi dairələri dayanır. Kreml yox məhz hərbi dairələr dayanıb. Çünki Kremlin sözçüsü Peskovun bəyanatından da bu görünürdü. Yəni Peskovun “konstutsion dəyişiklik istəyirik”, sözü əslində Putin hakimiyyətinin daxildəki hərbi müxalifətinə yönəlik bir mesaj idi. Hər kəs anlayır ki, Rusiyadakı hərbi dairələrin dəstəyi olmadan Ermənistanda məğlub ordu çevriliş edə bilməz.

Nərminə UMUDLU

pia.az


Etiket: Çevriliş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar