Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb Parlamentlərarası Birliyi ABŞ-ın Yaxın Şərq sülh planını qəbul etməyib

Ərəb Parlamentlərarası Birliyi (APU) ABŞ-ın Yaxın Şərq sülh planını qəbul etməyib

AZƏRTAC Petra informasiya agentliyinə istinadla xəbər verir ki, APU-nun İordaniyanın paytaxtı Əmmanda keçirilən 30-cu növbədənkənar sessiyasında 20 iştirakçı ölkə Donald Trampın Fələstinlə bağlı təkliflərinin əleyhinə səs verib.

Sessiyaya sədrlik edən iordaniyalı deputat Atif Təravneh bildirib ki, ərəb dünyasının Fələstinlə həmrəylik nümayiş etdirməsi məqsədilə vahid etiraz cəbhəsi yaradılmalıdır. O, ABŞ-ın planının qəbuledilməz olduğunu əlavə edib.

Ərəb ölkələrinin qanunvericiləri qeyd ediblər ki, bölgədə Fələstin xalqının razılığı olmadan münaqişənin heç bir nizamlama variantını həyata keçirmək mümkün deyil. Belə ki, məqbul yol Fələstinin 1967-ci ildən əvvəlki sərhədlər daxilində və paytaxtı Şərqi Qüds olmaqla dövlət qurmasıdır.

İordaniyanın baş naziri Ömər Rəzzaz çıxışında bildirib ki, bölgədəki hazırkı vəziyyət ərəb dövlətlərinin daimi koordinasiyasını tələb edir.

pia.az


Etiket: Yaxın Şərq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar