Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Ərəb dünyasında ilk atom elektrik stansiyası istifadəyə verildi

Birləşmiş Ərəb Əmirliklərində atom elektrik stansiyası istifadəyə verilib.

“Barakah” (Barakah nuclear power plantatom) elektrik stansiyası ərəb dünyasında ilk bu cür qurğudur.

Bu barədə ölkənin Baş naziri, BƏƏ-nin vitse-prezidenti və Dubay Əmirliyinin başçısı Məhəmməd ibn Rəşid Əl Məktum “Twitter” hesabında yazıb:

“Bu gün biz BƏƏ-nin ərəb dünyasında ilk dinc nüvə reaktorunu işə salmağın müvəffəqiyyətini elan edirik... İşçilər nüvə yanacağını yükləyə, hərtərəfli sınaqlar keçirə və əməliyyatı uğurla başa çatdıra bildilər”.

Onun sözlərinə görə, BƏƏ səlahiyyətlilərinin məqsədi ölkənin elektrik ehtiyacının dörddə birini təmin edəcək dörd nüvə stansiyasını işə salmaqdır.

“Ərəblər elmi karyeralarını davam etdirə və digər böyük millətlərlə rəqabət edə bilərlər”, - deyə o qeyd edib.

Stansiya Fars körfəzinin sahilində, Əbu-Dabidən 250 km məsafədə yerləşir. ABŞ-da 1976-cı ildə inşa edilmiş Palo-Verde (Arizona) atom elektrik stansiyası ilə eyni dizayna malikdir.(oxu.az)

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

"Azərbaycanfilm"-ə məxsus torpaq sahəsini özəlləşdirilməsinə icazəni Əbülfəs Qarayev veribmiş

“Niyə adamlar vəzifəyə gedəndə insanlığı düşürüb itirirlər?!” – Sahil Babayevin müavininə sərt tənqid

Ermənistan parlamentində deputatlar arasında “Dayı” sözünə görə dava düşdü - Video

Sərt karantin rejiminin hökm sürdüyü ərazilərə gediş-gəliş qaydaları açıqlanıb

"Fəttah dayı oğlanlarımın nişanında və toyunda ağsaqqal olub" - Aqil Abbas

Sərt karantin hökm sürdüyü ərazilərdə bu şəxslər hərəkət edə biləcək

Azər Qəriboğlu: "Ayaqyoluna getmək üçün ayaqyolu.az saytında qeydiyatdan keçmək lazımdır?"

Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs bank işçisiymiş, keçmiş əri isə...

Kamran Həsənli: “Niyə imkan vermirsiniz, insanlar evlərinə çörək aparsınlar” - Video  

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay