Cümə, 22 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ərəb Baharının təsirləri - Görünür, bölgəyə Türkiyə nəzarət edəcək...

Türkiyə YPG-PKK ilə razılaşmaq əvəzinə, onu yox etməyi üstün tutub...

“Əgər sərhədlərinizdə bir problem varsa, bunu həll etməyin tək yolu sərhədlərinizi genişləndirməkdir”, cümləsi hərəkatla birlikdə həyata keçib. Türkiyə YPG-PKK ilə razılaşmaq əvəzinə, onu yox etməyi üstün tutub. Yəni Türkiyə bölgəyə nəzarət edəcək...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 11 oktyabr 2019-cu il

Ərəb Baharı necə başlamışdı? Tunisli tələbə öz bədənini yandırmışdı. Ərəb Baharı başladıqdan sonra isə bütün liderləri qabağına qatıb getdi və Suriyaya çatdı. Ortada bircə Əsəd qaldı, çünki qalmalı idi.

PKK-ya ABŞ, AvropaRusiya kömək etdi. PKK-ya son zərbəni vuracaq olan Əşrəf Bitlis kimi şəxslər öldürüldü. PKK və liderlər komandası da tamamilə qoruma altına alındı. Türkiyə isə böyük bir ordu ilə mübarizə aparır. ABŞ, NATO müttəfiqləri və Rusiya guya dəstək verirdi, amma ortada 1-2 min terrorçu hələ də yaşayır və zərərlidirlər. Yəni bütün kəşfiyyat işlərinə baxmayaraq, təşkilatın kökünü qazmaq olmurdu.

PKK-nın Türkiyə tərəfindən məhv edilməsinə də ABŞ xüsusilə mane olurdu. Milli Təhlükəsizlik Şurasından belə PKK liderlərinə xəbər göndərilirdi. PKK-nin daxildən və xaricdən bitirilməsini istəyirdilər.

PKK lideri Suriyadan çıxdıqdan sonra Rusiya ilə Avropa arasında qalmışdı. Zaman keçdikcə də Ərəb Baharı müsəlman coğrafiyasını darmadağın etdi...

Hətta Əsədin öz ölkəsində belə qırmızı xalçada Putinlə gəzməsinə əngəl olunub. Suriya da 3 hissəyə bölündü. PKK-YPG ilə İŞİD də ortaya çıxaraq ölkəni zəiflədib. Çünki bir tərəfdən ABŞ, bir tərəfdən də Rusiya əmr verirdi. ABŞ dünyanın gözü qarşısında həm İŞİD-ə, həm də PKK-YPG-yə minlərlə yük maşını ilə silah, pul və təchizatlar göndərirdi.

NATOABŞ-ın Türkiyənin içində yaratdığı quruluşlara qarşı son illərdə ciddi şəkildə mübarizə aparılır. Türkiyə də hər kəsin başa düşdüyü problemləri həll etmək üçün illərini itirməyə davam edir. İŞİD işğal edir, aldığı torpaqları da YPG-yə buraxırdı. ABŞ da daimi olaraq yardımlara davam edirdi.

Bütün bunlar davam edərkən bəzi kanallarda başqa önəmli şeylər baş verdi. Cefri Epşteyn öldürüldü və əlindəki arxiv MKİ (CİA) tərəfindən ələ keçirildi. Böyük yəhudilərə və şahzadə Endruya görə İngiltərənin “kozr”ları da zəiflədildi. Camal Qaşıqçının ölümü nəticəsində Səudiyyə kralının ailəsi qatil kimi təqdim edilərək ABŞ-ın istədiyi formaya çatdı.

Fransa Sarı Jiletlilər və İŞİD ilə qarşı-qarşıya qoyuldu. Londonda partlayan bombalar Bekinqamı çox geri saldı. Bir tərəfdən də MKİ nəzarətində “Aramco”ya edilən dron hücumu neft qiymətlərini yüksəltdi. Hətta bu hadisəyə görə hədəf alınan İran belə qazanc əldə etdi. Rusiya onsuz da kənardan izləyir və zəfər qazanırdı. Avropa Birliyi isə İngiltərənin verdiyi BREXİT qərarı ilə boğuşurdu. Həmçinin, NATO-ya və ABŞ-a qarşı Avropa Ordusu qurmaq üçün çırpınırdılar.

Avropa Birliyi ilə Çin neft və qaza görə kimdən asılıdır? Yəqin ki, ABŞ-dan və Rusiyadan. Yaxın Şərqdəki sərhədləri də sonuncu dəfə İngiltərə və Fransa qurmuşdu.

Türkiyənin isə Suriyaya haqlı səbəblərlə baxmayaraq, BMT-dən təcili şəkildə toplantı tələb edən də, çox güman ki, Avropa idi. Təbii olaraq, Makron da SDG ilə görüşüb, hərəkatın əleyhinə olduğunu deməkdən çəkinmirdi.

Qayıdaq ən başa. ABŞRusiya Ərəb Baharı ilə birlikdə Suriyada ortaqlıq yaratdılar. 1945-dən bəri toqquşaraq həm də ərazini bölürdülər. Suriya qarışdıqdan sonra milyonlarla insan ölkədən qaçıb və Türkiyəyə sığınıb. Avropa da qorxurdu ki, birdən suriyalılar oraya da gələr.

Suriya parçalansa da, milyonlarla insan yollarla tökülsə də və minlərlə insan ölür, amma Əsəd hələ də yerindədi. Avropa Türkiyəyə qarşı ayağa qalxdıqda Ankara ona layiqli cavabı vermişdi.

ABŞ-la Rusiya yeni nizamı qurmaq üçün Türkiyəni yanına çəkmək istəyirdi. PKK-YPG kartından da bilə-bilə istifadə etdilər.

Türkiyə də daxildə məhv etdiyi quruluşlarla ortalıq etməyi seçib. Bu hərəkat, əslində, Avropa Birliyini hədəf alan bir hərəkatdır. Qarşıdakı qüvvə YPG və ya İŞİD belə olsa, zərər çəkən əsl qüvvə Avropa Birliyidir. Yəni ən çox onların səsi çıxacaq. Türkləri geri göndərmək üçün də plan quracaqdılar, amma suriyalı qaçqınların kartı Türkiyənin əlindədir.

“Əgər sərhədlərinizdə bir problem varsa, bunu həll etməyin tək yolu sərhədlərinizi genişləndirməkdir”, cümləsi hərəkatla birlikdə həyata keçib. Türkiyə YPG-PKK ilə razılaşmaq əvəzinə, onu yox etməyi üstün tutub. Yəni Türkiyə bölgəyə nəzarət edəcək. Vəziyyət budur.

Qeyd: Avropa indi İŞİD-lə özünü vurub, Türkiyəni hədəfə qoyacaq. Amma onlara bu da bəs etməyəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar