Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərəb Baharı”ndan sonra, indi də “Qafqaz Baharı”nın əsası qoyulur?..

Əgər pərdə arxasında ABŞ Çinlə razılıq əldə etsə və Rusiyanı rəsmən kənarlaşdırsa, o zaman Asiyadakı balans tamamilə dəyişəcək. Elə Putin də bu vəziyyəti başa düşüb və bu üzdən də Ermənistana qarşı israrla Azərbaycanın yanında olmağa çalışır...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 9 oktyabr 2020-ci il

Dünən “Qafqaz Baharı gəlirmi?” deyə bir sual vermişdim. 2010-cu ildə Ərəb Baharı ilə başlayan proses 10 il sonra devrilən liderlərin ölkəsini İsrailə yaxınlaşdırdı. Əlbəttə ki, Ərəb Baharı yalnız İsrail üçün hazırlanmamışdı. Ancaq bunun vacib nəticələrdən biri də ərəblərin İsraillə bağlı qəzəbinin qarşısının alınması oldu.

Daha əvvəl dəfələrlə yazdığım kimi, ABŞ dövlət katibi Pompeonun Covid-19-un tüğyan etdiyi günlərdə Təl-Əvivə etdiyi rəsmi səfər çox vacib idi. Bu səfərin yalnız bir məqsədi var idi: Çin səfiri Du Vey. Səfir Çinin böyük oyunçularından biridir və Təl-Əvivi Pekinlə birləşdirirdi. Pompeo isə onun deportasiya edilməsini istəyib. Lakin bunu etmədilər, əvəzinə də səfir öldürüldü.

Bunlar may ayında baş verdikdən sonra xüsusən son həftələrdə zəngin ərən ölkələrinin İsraillə yaxınlaşmağa başladığını gördük. Tramp səfirliyini Qüdsə köçürəcəyini söyləyir, digər ölkələr də sıraya düzülürdü.

Məsələyə belə yanaşdıqda bu dalğanın “İpək Yolu”nda özünü göstərəcəyi bəlli oldu. Ermənistanın hücumu və Qırğızıstan qiyamı da buna işarə idi. Bu və ya digər şəkildə bu gün ən böyük güc olan Amerika Birləşmiş Ştatları nə etmək istəyir? Regionlarda Baharlar keçirərək hara getməyi hədəfləyir? Əsas Sual budur.

Vaşinqton gücünü itirməmək üçün əvvəlcə ÇİN-i hədəfə qoydu. Beləliklə, Çinə ağıl verən İngiltərədəki rəqiblərini müəyyənləşdirdi. Bunlar da elə asan rəqib deyildilər. Sonra Ərəb Baharı ilə bölgənin əsas oyunçusu olmasa da, müəyyən bir fəaliyyəti olan Rusiyanı kənarlaşdırdı.

Nasirdən Mübarəkə, Qəddafidən Səddama qədər olan bucaqda Rusiya da var. Nəticədə, ruslar təmizləndi və sona qalan Suriya oldu.

Beləcə, ABŞ öz varlığı üçün böyük bir şahmat oyununa başlayıb. Çini uzaqdan idarə etmək və şərtlərini tətbiq edə bilmək üçün Rusiyanı bloklamaq və ya kiçiltmək lazım idi.

Bunu, xüsusilə Rusiya daxilindəki bir qanad üçün düşünür. Çünki Rusiya əla oyunçu olsa da, qocadır, həmçinin London və Berlinlə uyğunlaşan bir quruluşa sahibdir. ABŞ isə Çin tərəfindən 10 min km məsafədən başladılan “İpək Yolu”nun London və İtaliyaya keçməsinə mane olmağa çalışırdı.

Rusiyanın əlaltısı olan Ermənistan da Azərbaycana hücum edərkən Moskvadan lazımi dəstəyi almadı. Bundan sonra da Qırğızıstanda vəziyyət gərginləşdiyi üçün Rusiya yenidən bir sürprizlə qarşılaşdı. Aydındır ki, ABŞ siyasətlərinə görə, Qafqaz qarışmalı idi. Çünki Rusiyanın Çinlə böyük nizam tərtib etməsinin qarşısını almaq istəyirdi. Çini tamamilə bitirə bilməyəcəyini anladığı üçün Çinin potensial ortaqlarını zəiflətmək istədi.

Səfir Karlov sui-qəsdinin və təyyarə qəzalarının təməlindəki reallıq bu idi. Həmçinin Türkiyə və Rusiyanı da ayrı tərəflərə çəkib. Rus müxalif Navalnının zəhərlənməsi də eyni məqsədlə həyata keçirilmişdi. Rusiyanın Asiya ilə Avropa arasında daşıyıcı, körpü və ötürücü olmasını istəmirlər. Eyni zamanda, Almaniya ilə yan-yana gəlməməsi üçün həmlələr edilib.

Zənnimcə, bunu ən yaxşı görən elə Putin oldu. Ermənistanın atdığı müharibə addımı ilə start verilmiş oyun artıq sürətlənib. Çinin enerji ilə almasını məhdudlaşdırıb, ortaqlığa mecbur etmək istəyən bir Vaşinqton var. Ancaq Çin Rusiya, Avropa, Türkiyə və İranla da yan-yana gəlməməlidir. Öz iradəsi ilə istehsal edib, öz iradəsi ilə də bazar tapa bilməməlidir Oyunun məğzi bundan ibarətdir.

Almaniya-Rusiya tərəfdaşlığı ilə qurulan “Şimal Axını” və Türkiyə-Rusiya tərəfdaşlığı ilə qurulan “Türk Axını” da məhz bu səbəbdən hədəf alınıb. ABŞ-ın isə bu axınları İsrail üzərindən bitirmək üçün “Eastmed”i aktivləşdirmək istədiyi aydın görünür.

Bunun səbəbi isə ABŞ-ın bəzi önəmli ölkələri yanına çəkmək istəməsidir. Həmin ölkələrin başında da Türkiyə gəlir. Ən böyük hədəf Rusiyadır. Əgər pərdə arxasında ABŞ Çinlə razılıq əldə etsə və Rusiyanın rəsmən kənarlaşdırsa, o zaman Asiyadakı balans tamamilə dəyişəcək. Elə Putin də bu vəziyyəti başa düşüb ki, Ermənistana qarşı israrla Azərbaycanın yanında olmağa çalışır.

ABŞ dollar vasitəsilə Türkiyəyə təzyiq göstərməyə davam edəcək və daxili siyasətdəki ortaqları ilə iqtidarı sıxışdırmağa çalışacaq. Bütün bunlar Türkiyənin də daxil olduğu önəmli ölkələrdəki gərginliyi daha çox artıracaq.

İqtisadiyyata hücum artdıqca daxili siyasət də yeni istiqamətə sürüklənəcək. Halbuki hər şey Türkiyənin ABŞ xaricində özünə bir liman axtarması və Çin-İngiltərə oxuna keçməsi ilə bağlıdır. Lakin Vaşinqton bununla qətiyyən razılaşmır. Elə buna görə də, hökumət xaricindəki partiyaların daxildə bir yerə toplanmasına imkan verir. Xatırlayın, Türkiyə hava müdafiə sistemi üçün Çinlə görüşdü və ardınca dərhal Kobani hadisələri ortaya çıxdı. Yəni vəziyyət bu qədər həssas idi.

Medalyonun digər üzündə isə Avropa London-Pekin arasında böyük bir güc ola biləcək Türkiyəyə təzyiq göstərir. Çünki ən böyük və tarixi rəqibləri ingilislər olub. Çoxlu cəbhələrdən müharibə davam edərkən birdən Henri Kissincer ortaya çıxıb deyirdi:

“Yeni dünyaya doğru irəlilədikcə biz də, digər ölkələr də reallıqla üzləşməlidir. Vaşinqton artıq qəbul etməlidir ki, ABŞ-ın iqtisadi və texnoloji baxımdan tək tərəfli üstünlük görmək imkanı yoxdur. Bu müddət bitib. Ancaq Vaşinqtonda hələ də yeganə böyük güc olduğumuza inananlar var. Eynilə Pekində də tək böyük güc olduqlarına inanan bir qrup var. Bu iki komanda əslində ölkələrinin reallığından xəbəri yoxdur. İki paytaxt mütləq razılaşmalıdır. İstər yeni pul, istər yeni ticarət sistemi, istərsə də yeni mədəni dəyişiklik məsələsində razılaşmaqdan başqa çarələri yoxdur. Nyu York Federal Ehtiyat Bankının prezidenti Con Uilliams ilə söhbət etdik. O da mənim kimi düşünür. ABŞ və Çin liderləri çox uzun müddət dialoqu kəsə bilməzlər. Razılaşma əldə etməlidirlər. Qeyri-müəyyən məsələlər hələlik kənara qoyulmalıdır. Bu mübahisə hər ölkəyə təsir edir. Çünki bir çox ölkə ABŞ və ya Çin ilə əməkdaşlıq edir. Razılaşma olmasa, hər bir ölkə Birinci Dünya Müharibəsi dövrünə qayıdar. Əfqanıstan və Asiya daha da əhəmiyyətli olacaq. Əfqanıstanın gələcəyi isə Monqolustan Yaylası, Mançurya düzü, Koreya yarımadası və Şərqi Sibirlə əlaqəli olacaq.

Bu zaman Mərkəzi Asiya da ön plana çıxacaq. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan daha dəyərli olacaq. ABŞ və Çin arasındakı qarşıdurmanı səssizcə izləyən ölkələr var. Yəni hansı qalib gəlsə, o ölkə ilə əməkdaşlıq edəcəklər. Hər iki tərəf üçün də qələbə olduqca çətindir. Ona görə, bu ölkələr də tərəfdaşlığı dəstəkləməlidirlər.
Tərəf tutmaq gələcəkdə çətinliklərə səbəb olacaq”.

Henry Kissincer ABŞ prezidentləri ilə işləyən və hələ də sözü çox vacib hesab edilən, keçmiş bir diplomatdır.

Gördüyümüz kimi, elə bir sistem qurulacaq ki, pulu, mədəniyyəti, ticarəti və enerjini yaxşı başa düşmək lazım gələcək.

Qeyd: Böyük müqaviləni imzalayan şəxs məhz prezident olacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar