Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərəb baharı”ında can verən Yaxın Şərq – Misirdən Sudana qədər...

Bütün Yaxın və Orta Şərqi öz alovunda yandırıb yaxan və hələ də davam edən “demokratik proses” nə zaman bitəcək?..

Taha Kılınç,
“Yeni Şafak” qəzeti, Türkiyə, 22 may 2019-cu il

Misirdə Hüsnü Mübarək devrildikdən sonra Orta Şərqdə və bütün dünyada hədsiz bir optimizm yaranmışdı. Artıq diktator yox idi, Misirdə yeni inkişaf mərhələsi başlayırdı. Müstəqil seçkilər keçiriləcək, ölkəyə demokratiya gələcəkdi. Üstəlik ordu da xalqın tələblərinə boyun əyir, tamamilə sivil idarəyə keçirdi. Mübarəkdən sonra hakimiyyətə gələn Ali Hərbi Şuranın məqsədi Misirə uzun müddət nəzarət etmək deyildi. İnqilabçılar istəklərinə nail olmuşdular, yəni inqilab öz nəticəsini vermişdi.

Həmin günlərin hərarəti və təlaşı içində çox az insan bu baş verənlərin, əslində, ordunun ustalıqla yönləndirildiyi bir proses olduğunu görə bilmişdi. Misirin siyasət səhnəsinin pərdə arxasındakı əsas aktyoru olan ordu insanların Hüsnü Mübarəkin 30 illik iqtidarına qarşı olan nifrətini meydanlarda dilə gətirməsinə şərait yaratmışdı. Ardınca isə Mübarəki asanlıqla hakimiyyətdən endirərək xələfi olan oğlu Camaldan da bu şəkildə xilas olmuşdu.

Həmçinin, xalqın yarısının iştirak etdiyi seçkilərdə “Müsəlman Qardaşlar” Təşkilatının iqtidara gəlməsinə fürsət vermiş, qardaşlığın rəhbərlikdə olduğu qısa müddət ərzində əlindəki bütün imkanlardan Prezident Məhəmməd Mursiyə qarşı istifadə etmiş və nəhayət, “qardaşlıq bu işi görə bilmir”, düşüncəsini insanların beyninə yeritməyi bacarmışdı. Sonunda ordu bir “xilaskar” kimi ortaya çıxaraq bütün gücü ilə Misirin üzərinə çökmüşdü.

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) çevrilişə dəstək verməsi məlum idi. Lakin onlar olmasaydı belə, Misir ordusu bu prosesi sonuna qədər apara biləcək qüvvəyə sahib idi. Misirin daxilindəki siyasi, iqtisadi, dini və sosial balans ordunun illərdir verdiyi böyük əməyin nəticəsində meydana gəlmişdi.

“Ərəb baharı” adlanan regional burulğan prosesinin təsiri altına aldığı digər bölgələrdəki vəziyyət də xarici müdaxilələr və ölkələrin öz daxili prosesləri əsasında müəyyənləşdirilib. Heç bir ölkədə aktivistlərin və idealistlərin əldə etməyə çalışdığı o “demokratik proses” üçün şərtlər hələ hazır olmadığına görə kənardan “dürtmək” üsulu ilə keçirilən kampaniyalar mövcud vəziyyətin daha da pisləşməsinə səbəb oldu.

Beləliklə, qanuni və məqbul tələblərlə başlayan xalq etirazları qısa müddət ərzində kəşfiyyat oyunlarının qaranlığında itib batdı.

Bəlkə də, bu nöqtədə “Ərəb Baharı”ndan çıxarılan dərslərdən biri budur: “Dəyişiklik, ya da inqilab adlanan əfsanə küçə etirazları və ya şüarlarla deyil, illərlə davam etmiş, ciddi və inadkar işlərin nəticəsində əldə edilir. “Ərəb Baharı”na şahid olan ölkələrdəki hərəkətlənmənin liderləri və ya konkret proqramlarının ortaya çıxmaması da prosesi xarici müdaxiləyə və manipulyasiyaya açıq hala gətirib. Xalq kütlələri haqlı olaraq təzyiqlərdən və problemlərdən şikayət edirdi. Lakin bu düyünlərin necə açılacağı barədə böyük xaos gedirdi. Buna görə də, meydanlarda səsini qaldıran və hətta, can verən insanlar nəticəyə təsir edə bilmir, təkcə “statistika” kimi qeyd edilirdi. Son vəziyyət isə hər zaman bu xaosu diqqətlə izləyən qüvvələrin istəyinə görə formalaşırdı.

İslam dünyasının götürməli olduğu bir dərs də o idi ki, “inqilab”ları kənardan alqışlayarkən ölkələrin daxili vəziyyətini nəzərə almamaq böyük yanlış anlaşılmalara səbəb ola bilər. Misirdə, Liviyada, Suriyada, Yəməndə... Çünki “Ərəb Baharı”nın təsir etdiyi bütün ölkələrdə bu durumun bir çox örnəkləri var idi.

***

Sudanda Prezident Ömər Bəşirin 30 illik hakimiyyətdən sonra 11 aprel 2019-cu ildə devrilməsini və sonra baş verən hadisələri izləyərkən boğucu bir “Misir təkrarı” hiss edilir. Yenə lidersiz və proqramsız xalq etirazları, yenə “xalqın şikayətlərinə biganə qalmayan” ordu, yenə sivil idarəçiliyə keçid üçün verilən sözlər, yenə baş aldatmaq... Və yenə də Səudiyyə Ərəbistanı və BƏƏ faktoru.

Sudanın yaxın tarixinə baxdıqda ölkənin ümumi mənzərəsini görə bilərik: Sudanda ordunun iştirak etmədiyi heç bir proses uzun müddət davamlı ola bilməyib. Eynilə Misir kimi, Sudanda da ordu ölkənin pərdə arxasındakı sahibi və baş qəhrəmanıdır. Bu halda, Sudan üçün “saf və sivil bir demokratiya” xəyalı qurmaq və buna sərmayə qoymaq boşa vaxt sərf etməkdən başqa bir şey deyil.

Meydanlarda aylardır bağıran sudanlı gənclərin bu durumu nə dərəcədə qavradığı məlum deyil, lakin Sudanla bağlı siyasət apararkən siyahının əvvəlinə ordunun adını yazmaq lazımdır. Eynilə, Misirdən başqa Əlcəzairdə və Pakistanda olduğu kimi...

***

5 mart 2016-cı ildə vəfat edən sudanlı filosof və siyasətçi Həsən Turabi İslam dünyasının son əsrdə yetişdirdiyi önəmli şəxslərdən biri idi. Lakin ölkəsinin içində olduğu çətin vəziyyət və şərtlər ucbatından Turabi “vəziyyətə uyğunlaşmaq” üçün o qədər dəyişmişdi ki, “praqmatist”, “opportunist”, “əhli-kef” kimi adlarla tanınırdı. Halbuki, etmək istədiyi şey, rəhmətlik Akif Əmrənin sözü ilə, “yaşadığı cəmiyyətin sosioloji şərtlərinə qarşılıq olaraq gələcək üçün siyasi bir xətt çəkmək”dən ibarət idi.

Sudan indi Həsən Turabi və davamçılarından məhrum olaraq bilinməyən bir gələcəyə doğru gedir. Bəlkə, Sudanla birlikdə bütün İslam dünyasının araşdırmalı olduğu birinci sual budur: Əsas məsələmiz haqqında əlavə heç bir öhdəlik olmadan düşünən filosoflarımız və elm adamlarımız hələ də varmı?

Hazırki mütəfəkkirlər bu imtahandan necə keçirlər?

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar