Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın yenidən ABŞ və Rusiya ilə anlaşmaq cəhdi: Nəticə olacaq? - Müsahibə

Suriyanın şimalında yaranmış vəziyyətə görə demək olarmı ki, Türkiyə diplomatik cəbhədə uğursuzluğa uğradı?..

Politoloq: “Türkiyə diplomatik cəhətdən uğursuzluğa düçar olmayıb”.

“Türkiyə dövlətinin təhlükəsizliyi məsələsində bu vaxta qədər AK Parti heç kəsin qarşısında geri çəkilməyib”

Bu sözləri politoloq Əhəd Məmmədli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən ABŞRusiya ilə danışmaq cəhdini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Suriya üzrə Türkiyə-Rusiya memorandumunun yerinə yetirilməsini müzakirə edəcək.

Rusiya ilə sazişdə nəzərdə tutulan 150 saat başa çatıb, lakin terrorçular təhlükəsizlik zonasını tərk etməyib. Onlar hələ də hücumlar edir, Suriya Milli Ordusu isə cavab verir. Bu gün onlardan 11 nəfər həlak olub. Biz susmalıyıq? Əlbəttə, buna cavab verəcəyik və uğurla başa çatdıracağıq... Mən bu problemi Vladimir Putinlə müzakirə etmək niyyətindəyəm”, - deyə Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında bildirib.

Xatırladaq ki, oktyabrın 22-də Ankara və Moskva arasında memorandum imzalanıb. Sənədə əsasən, Suriyanın hökumət qüvvələri və Rusiya hərbi polisi 150 saat ərzində kürd separatçılarının və silahlarının sərhəddən 30 kilometr dərinliyə çəkilməsinə yardım etməli idi.

Oktyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçulardan təmizlənmiş bufer zonasının yaradılması üçün “Sülh çeşməsi” əməliyyatının başladığını elan edib. Həmçinin Ankara bu ərazilərdə suriyalı qaçqınları yerləşdirmək niyyətindədir.

Türkiyənin bundan sonra atacağı addımlar və Ərdoğanın yenidən Tramp, Putin görüşü müzakirələri barədə PİA.az-ın əməkdaşı Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli ilə kiçik müsahibə edib.

Əhəd Məmmədli: “İndiyə qədər Putinə hərbi cavab verən elə Ərdoğan olub”.

PİA.az politoloq Əhəd Məmmədli ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır.

- Əhəd bəy, Suriya məsələsi ilə bağlı Ərdoğanın ABŞRusiya ilə anlaşması demək olar ki, yerinə yetirilmədi. YPG terrorçuları hələ də Fəratın sağ sahilində qalmaqda davam edirlər. ABŞ bölgədən çəkilsə də, Rusiya və Əsəd gücləri bölgəni öz nəzarəti altına alıb. Yaranmış vəziyyətə görə demək olarmı ki, Türkiyə diplomatik cəbhədə böyük uğursuzluğa uğradı?

-Əvvəla onu qeyd edim ki, Türkiyə diplomatik cəhətdən uğursuzluğa düçar olmayıb. Proses hələ davam edir. Türkiyə də prosesi başlayıb və müəyyən əraziləri terrorçulardan azad edib. Aydın məsələdir ki, terrorçular orada bacardıqca qalacaqlar və onlara dəstək verən qüvvələr də bacardıqları qədər terrorçuları orada saxlamaq istəyəcəklər. Türkiyə də məsələləri diplomatik yolla öz xeyrinə həll etmək istəyir ki, sonradan heç kəs qınaq olar nəyisə ortalığa qoya bilməsin. Buna görə də Türkiyə RusiyaABŞ-la danışıqları davam etdirir.

Türkiyə dövləti Osmanlı dağılandan sonra ilk dəfədir ki, başqa ərazidə bu miqyasda hərbi əməliyyatlar aparır. Türkiyə indi hərbi gücünün zirvə nöqtəsindədir. Aydın məsələdir ki, bu döyüşdü, savaşdı və düşmən də cavab verəcək. Proses hələ təzə başlayıb.

Azərbaycan mediasında Ərdoğan, Türkiyənin siyasəti haqqında deyilənlərlə razı deyiləm. Mediamız yazır ki, Ərdoğan səhv etdi, Türkiyə uğursuzluğa düçar oldu vəs. Bu mövzuda mediamız diqqətli olmalıdır.

- Türkiyə "Sülh çeşməsi" əməliyyatın yenidən başladarsa, qarşısında bu dəfə Rusiya olacaq. Ərdoğanın qəti addımlar atması və Rusiyanı qarşısına alması mümkün görünürmü?

Xatırladım ki, 2 il bundan əvvəl Rusiyanın hərbi qırıcısın Türkiyə vurmuşdu. Yəni indiyə qədər Putinə hərbi cavab verən elə Ərdoğan olub. İdlib və bir neçə məsələdə Ərdoğan Putinlə üz-üzə gəlib. Hələlik Ərdoğan istədiklərinə diplomatik yolla naiı ola bilir. Təbii ki, Ərdoğan istəməz ki, Putinlə qarşı-qarşıya gəlsin. Amma əgər söhbət Türkiyənin təhlükəsizliyindən gedirsə, Ərdoğan nəyinki Putinlə hər kəslə qarşı-qarşıya gələ bilər. Türkiyə dövlətinin təhlükəsizliyi məsələsində bu vaxta qədər AK Parti heç kəsin qarşısında geri çəkilməyib və güzəştə getməyib. Haradasa güzəşt olubsa da, qarşılıqlə güzəşt olub. Siyasətdə də qarşılıqlı güzəşt normal haldır.

- Həmçinin Ərdoğan ayın 13-də Trampla görüşmək üçün ABŞ-a səfər edəcək. Bu görüşlərdən hansısa bir nəticənin çıxması, həm ABŞ-ın, həm də Rusiyanın kürd kartından vaz keçməsini mümkün hesab edirsiniz?

Türkiyə eyni anda həm Rusiya, həm ABŞ, həm də Çinlə savaş apara bilməz. Biz unutmayaq ki, Türkiyə nüvə dirjavası deyil. Amma qeyd edilən ölkələrin hamısı nüvə derjavasıdır. Buna baxmayaraq Türkiyə onlarla bərabər səviyyədə danışıqlar masasına oturursa, bu artıq Türkiyənin həm diplomatik, həm də hərbi masada uğuru deməkdir.

Hesab edirəm ki, Ərdoğanın ABŞ səfərində nəticələr əldə olunacaq. ABŞRusiyanın kürd kartından vaz keçməsi asan məsələ olmayacaq. Amma yenə də Türkiyə öz siyasətindən, diplomatiyasından uğurla istifadə edəcək.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar