Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Şimali Kipr açıqlaması dünya gündəmini dəyişdi... - Ankara müttəfiqləri ilə qarşıdurmaya niyə can atır?..

BMT-nin Təhlükəsizlik Şurasında Türkiyəyə qarşı qətnamə qəbul olunması da istisna olunmur. Çünki Rusiya, ya da Çinin Şimali Kipr məsələsində Türkiyənin yanında yer alması ehtimalı çpx düşükdür. Digər 3 daimi üzvün isə Türkiyə əleyhinə olacağı şübhə doğurmur...

Politoloq: “Bütün bu hay-küy keçəridir. Düşünürəm ki, ortada Ərdoğanın və bütövlükdə Türkiyə dövlətinin iradəsi varkən heç bir dünya dövləti, nə NATO, nə də Rusiya Türkiyəni geri çəkə bilməyəcək”.

“Hazırda dünyada Türkiyə liderinin səviyyəsində olacaq ədalətli bir lider yoxdur. Bu birmənalı olaraq belədir. Çünki Ərdoğan Qurana uyğun davranır və ənənəvi islam qaydalarına görə hərəkət edir”.

Bu sözləri politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qapalı Maraş bölgəsinin beşdə üçünün “hərbi bölgə” statusundan çıxarılmasını elan etdikdən sonra dünyada yaranan vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Türkiyə Prezidenti Şimali Kipr Türk Cümhuriyyətinə səfəri zamanı Qapalı Maraş bölgəsinin beşdə üçünün “hərbi bölgə” statusundan çıxarılacağını deyib. Şimali Kipr Türk Cümhuriyyətinin ildönümü ilə bağlı toplantıda çıxış edən Ərdoğanın sözlərinə görə, artıq Kipr türklərinin bir tələbi var, o da müstəqil dövlət statusunun tanınmasıdır: “Artıq Şimal, Cənub Kipr deyə bir anlam qalmayıb. Ona görə də ən qısa zamanda Kipr Türk Dövlətinin geniş bir çevrədə tanınması istiqamətində hər çeyi edəcəyik. Yaxın zamanlarda bunun nəticələrini görməyə başlayacağıq. Adada ikigünlük görüşlərimiz zamanı kiprli qardaşlarımızın bu məsələdə necə də qərarlı olduğunu gördük”, deyə Türkiyə prezidenti vurğulayıb..

Qeyd edək ki, Ərdoğan Qapalı Maraş bölgəsinin ilə bağlı açıqladığı qərar dünya gündəminin əsas mövzularından birinə çevrilib. Belə ki, Yunanıstan Ərdoğanın bu qərarını BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb. Eyni zamanda ABŞ və Fransa başqda olmaqla Qərb dövlətlərində Ankaranın bu qərarı narahatlıq yaradıb və Rusiyada bu narahalığı paylaşıb. Kipr məsələsində qarant ölkə olan Böyük Britaniya isə Ərdoğanın bu addımını səhv addım adlandırıb və qərarı qınayıb.

Belə görünür ki, Türkiyə Qapalı Maraş məsələsinə görə özünün NATO müttəfiqləri ilə ciddi problemlər yaşayacaq. Və böyük ehtimalla BMT-nin Təhlükəsizlik Şurasında Türkiyəyə qarşı qətnamə qəbul olunması da istisna olunmur. Çünki Rusiya, ya da Çinin Şimali Kipr məsələsində Türkiyənin yanında yer alması ehtimalı çpx düşükdür. Digər 3 daimi üzvün isə Türkiyə əleyhinə olacağı şübhə doğurmur. Bu vəziyətdə Türkiyənin atdığı bu addımdan ziyanları və xeyiri nə ola bilər? O cümlədən hansı zərurət məhz indi Ankaranı öz müttəfiqləri ilə bu şəkildə üz-üzə gəlməyə vadar etdi?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Haqlı olan güclüdür. Güclü olan haqlı deyil. Haqlı olan da əlbəttə ki, Şimali Kiprdə yaşayan türklərdir”.

Xristian dünyasının təkcə Kiprin Cənub hissəsini Avropa Birliyinə qəbul etdiyini xatırladan politoloq bildirib ki, türklərin yaşadığı hissə, yəni Kiprin Şimal hissəsi hələ də müstəqil subyekt olaraq tanınmır:

“Əslində bu hansısa geosiyasi niyyətlərdən irəli gələn məsələ deyil. O torpaqlarda yüz illələ türklər yaşamaqdadır. O ərazidə türklər yüz illər boyu aborigen əhali ilə dinc şəkildə çiyin-çiyinə yaşayıblar. Lakin ötən srin 70-ci illərin əvvəlində türklər yunanlar tərəfində soyqırıma məruz qaldı. Yəni orada soyqırıma, şiddətə məruz qalan xalq da türklərdir. Əgər Türkiyə ordusu 1974-cü ildə adaya daxil olub türkləri qoruma altına almasaydı, indi yəqin ki, Kiprdə bir nəfər də olsun türk yaşamayacaqdı. 40 ildən çoxdur ki, Kipr türklərinin qanuni haqları tanınmır. Çox maraqlıdır ki, təkcə Kiprin Cənub hissəsi , bir xristian dövlətləri klubu olan Avropa Birliyinə qəbul edilib. Türklərin yaşadığı hissə, yəni Kiprin Şimal hissəsi hələ də müstəqil subyekt olaraq tanınmır.

Ortada bu qədər hüquqsuzluq və ədalətsizlik varkən, soyqırıma cəhd varkən, Türkiyənin bu gün sərgilədiyi mövqe çox doğrudur. Türkiyə bu gün sadəcə olaraq adada yaşayan türk xalqın hüquqlarını müdafiə edir. Qapalı Maraşa gəlincə, uzun illərdir bufer zona olan bu şəhərdə türklər yaşayıb. Doğrudur, orada yunanlar da olub, amma böyük əksəriyyət əhali əhali türklər olub. Ona görə də əhalinin öz evlərinə dönməsi normal qəbul edilməlidir. Açığı Qərb dövlətlərinin bu məsələ ilə bağlı narahatlıları və hay-küyləri anlaılmazdır. Əgər bunu Yuananıstan və xristian dünyası istəmirsə, bu, o demək deyil ki, bölgə hər zaman qapalı olaraq qalmalıdır və insanlar öz evlərinə dönməməlidir.

Natiq Miri: “Qapalı Maraş bölgəsi açıq elan olunduğu kimi, insanların dinc bir şəkildə bu şəhərdə yaşaması da Türkiyə tərəfindən təmin ediləcək və kimsə qılını belə tərpədə bilməyəcək”.

Hazırda dünyada Türkiyə liderinin səviyyəsində olacaq ədalətli bir lider yoxdur. Bu birmənalı olaraq belədir. Çünki Ərdoğan Qurana uyğun davranır və ənənəvi islam qaydalarına görə hərəkət edir. O ədalətsizlikləri aradan qaldırılmaqla əzilənlərin yanında olduğunu göstərir. Siyasət budur siyasətin can atdığı əsas hədəf də bu olmalıdır.
Onu da qeyd edim ki, bütün bu hay-küy keçəridir. Düşünürəm ki, ortada Ərdoğanın və bütövlükdə Türkiyə dövlətinin iradəsi varkən heç bir dünya dövləti, nə NATO, nə də Rusiya Türkiyəni geri çəkə bilməyəcək. Qapalı Maraş bölgəsi açıq elan olunduğu kimi, insanların dinc bir şəkildə bu şəhərdə yaşaması da Türkiyə tərəfindən təmin ediləcək və kimsə qılını belə tərpədə bilməyəcək.

Bu məsələdə bütün türk dünyası Türkiyənin yanında olmalıdır və buna görə davranmalıdır. Azərbaycan mediası da təxminən bu yöndə təbliğat aparmalıdır. Çünki haqlı olan güclüdür. Güclü olan haqlı deyil. Haqlı olan da əlbəttə ki, Şimali Kiprdə yaşayan türklərdir. Türkiyə və onun lideri də haqlı tərəfi müdafiə etməkdədir. Yəni Türkiyə ədalətsizliyə məruz qalan və əzilən xalqı müdafiə edir. Buna görə də düşünürəm ki, nəticə etibarilə də Kiprin türk xalqı qalib gələcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar