Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Putinə məşhur məktubu Abbas Abbasovun mətbəxində qələmə alınıb?..

Ukrayna-Rusiya-Türkiyə üçbucağı, dronlar və mətbəxdə yazılmış məktub - “Qaz müharibəsi slavyan qardaşlığını pozdu”...

Mayis Əlizadə
“The Independent” qəzeti, 14 aprel 2021-ci il

Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov: “Donbassda türk PUA-larının görülməsi xəbəri bizi sevindirmir”, deyə açıqlama verib.

Buş administrasiyası dövründə ABŞ-ın Əfqanıstan və İraqa hücumundan sonra neft və qaz qiymətlərini artırması Rusiyanı da sevindirmişdi. Prezident Putin isə yeni vəziyyəti, “Bahalı bir dünyada yaşayırıq, insanlar öz hesablarını buna uyğun qurmalıdırlar”, sözləri ilə dəyərləndirçişdi. Eyni zamanda, 22 noyabr 2004-cü ildə başlayan və Viktor Yuşenkonu hakimiyyətə gətirən “Maydan prosesi” də öz ölkəsinin təbii qazın Avropaya satışına ciddi əngəl yaradacağını görə bilməmiş və ya görüb susmağa üstünlük vermişdi.

Yuşenkonun hakimiyyətə gəlməsindən bir müddət sonra Rusiya qəzetlərindən birində dərc olunan bir təhlilin başlığı bu vəziyyəti daha dəqiq ifadə edirdi: “Qaz müharibəsi slavyan qardaşlığını pozdu”.

Bunun mənası da “Rusiya təbii qazının Avropa bazarına çıxarılması üçün ortaya ilk maneə kimi Ukrayna qoyuldu”, demək idi.

Rusiyaya yaxınlığı ilə tanınan baş nazir Viktor Yanukoviç 2010-cu ilə qədər səbrlə gözlədikdən sonra vəzifəyəhakimiyyətə gəlsə də, ortada olan “Ukrayna əngəlini” qaldıra bilmədi. 4 il sonra Viktor Yanukoviç 2014-cü ilin fevralında baş verən xalq qiyamından qaçaraq Moskvaya sığındı və Kremldən heç bir dəstək ala bilməməyərək Rusiya mətbuatında gülüş obyektinə çevrildi.

Yanukoviçin qaçmasından təxminən 20 gün sonra Rusiya Krımı ilhaq edərək özünə birləşdirdi. Bir müddət sonra da Ukraynanın kömür mədənlərinin yerləşdiyi Donbas bölgəsi paytaxt Kiyevin hakimiyyətindən imtina edərək Rusiya ilə birləşmə yolunu tutdu və Moskva bu addımları dəstəklədi.

Biznesmen Petro Poroşenkonun seçki ilə hakimiyyətə gəlməsindən sonra, “Narıncı İnqilab”ın yolunu açan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilini Odessanın qubernatoru təyin etməsi ABŞ-la AB-nin Rusiyaya Ukraynada mane olmaq planlarının aktiv olduğunu göstərirdi.

Odessada həyata keçirdiyi islahatların Gürcüstana gəmi ilə keçməsi üçün ona zəmin hazırlayacağını düşünən Saakaşvili bir müddət sonra “Poroşenko mafiya ilə işləyir”, deyərək körpüləri yandırması onun Ukraynadan qovularaq vətəndaşlıqdan çıxarılmasına səbəb oldu.

Aktyor, ssenari müəllifi, prodüser və televiziya proqramçısı Vladimir Zelenskinin 3 may 2019-cu ildə Ukraynada keçirilən seçkidə səslərin 73%-ni qazanaraq hakimiyyətə gəlməsinə Moskva bir müddət məhəl qoymadı. Ancaq Zelenski hakimiyyətə gələr-gəlməz Saakaşvili yenidən Ukraynaya qayıda bildi. Ötən illər ərzində Baltik dənizindən AB-yə təbii qaz satma layihəsi olan “Şimal Axını”nın ilk mərhələsini həyata keçirməyi bacaran Rusiyannın “Şimal Axını-2” layihəsi maneələrlə rastlaşdı. Öz sıxılmış qazını Avropaya satmaq istəyən ABŞ-ın güclü təzyiqləri altında qalan “Şimal Axını-2” uzun müddətdir ki, Vaşinqtonun təzyiqləri ucbatından AB-nin süründürməçiliyinə məruz qalır.

Qanuna “Bir ölkənin dövlət şirkətindən müqavilənin ümumi məbləğinin 50%-i nisbətində təbii qaz alınmalıdır”, maddəsinin əlavə edilməsi ilə “Şimal Axını-2” layihəsinin həyata keçirilməsinin qarşısı alındı. Çünki Rusiyada təbii qaz ixrac edən özəl şirkət yoxdur. Bu vəziyyət Rusiya təbii qazının AB bazarına çıxarılacağı yollardan birinin bağlanması demək idi.

Bir xilaskar kimi Türkiyənin qapısını döymək

Rusiya bu hadisələr qarşısında təbii qazını Aralıq dənizi ölkələrinə çatdıra bilmək üçün Türkiyədən kömək istəməyə məcbur qaldı. Türkiyə son iki ildə təbii qazını dünya bazarına çıxarmaq üçün fərqli istiqamətlər axtaran Rusiyaya kömək edərək 10 oktyabr 2018-ci ildə Anapa limanından Qara dənizin altına enən qaz kəmərinin Kiyiköydə quruya çıxmasını təmin etdi. Beləliklə də, “Türk Axını”nın ilk mərhələsi həyata keçirildi.

Türkiyə ərazisindən 4 boru kəmərinin keçməsini nəzərdə tutan “Türk Axını” layihəsinin Haliç Konqres Mərkəzindəki açılış mərasiminin ikinci mərhələsi 8 yanvar 2020-ci il tarixində keçirildi. Həmin gündən bir gecə əvvəl Dəməşqdə olan Rusiya prezidenti də bu mərasimdə iştirak etmişdi.

4 hissədən ibarət olan bu layihə həyata keçirilərkən Rusiyanın ən böyük gözləntisi üçüncü boru xəttinin Türkiyənin cənub sərhədindən Suriyanın Türkməndağ bölgəsinə və oradan da Aralıq dənizinə qədər aparılması idi. Haliç Konqres Mərkəzindəki açılış mərasimindən sonra Türk Axını layihəsinin üçüncü mərhələsinin gündəmə gətirilməməsi ilə yanaşı, həm də İdlibdəki anlaşmazlıqlara görə iki ölkə arasında yaranan problemlər 27 fevral 2020-ci ildə Rusiyanın həmin bölgədə 57 türk əsgərini öldürməsinə qədər uzanıb getdi.

Prezident Ərdoğanın təkidi ilə 6 mart 2020-ci ildə Kremldə görüşən ölkə prezidentlərinin əldə etdiyi atəşkəs razılaşması gərginliyin daha da artmasına mane oldu. O hadisədən sonra Türkiyə Liviyaya doğru yönələrkən, Rusiya da bu yolu izlədi.

Son 14 ayda isə Türkiyə-Rusiya münasibətlərinin əsas gündəmində S-400 raketləri ilə bağlı ABŞ-ın təzyiq və sanksiya təhdidləri var.

Son aylarda Türkiyənin Suriya ərazisindəki mövqelərinin rus təyyarələri tərəfindən bombalanması ilə bağlı çıxan xəbərlərin mediada əks olunmasına baxmayaraq, hər iki tərəfin də məsələyə ehtiyatla yaxınlaşdığını görürük. Fikir verirsinizsə, ABŞ-ın təzyiqi ilə Rusiyanın S-400-dən imtina etmək məsələsi müzakirə olunsa belə, Kreml hələ də narahat deyil. Üstəlik, Azərbaycanın öz torpaqlarını erməni işğalından xilas etdiyi müddətdə Rusiya prezidenti Türkiyə prezidentinə çoxlu təriflər yağdırırdı. Çünki ən böyük gözləntisi davam edirdi və bu gözlənti üçüncü boru kəmərinin Suriya torpaqlarından Şərqi Aralıq dənizinə aparılması idi. Tartus və Lazqiyə limanlarının imkanlarının genişləndirilməsi ilk növbədə bu planla əlaqəli idi.

Mühasirədə olan üçüncü boru kəməri və dron gərginliyi

Türkiyə 26 noyabr 2019-cu il tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Liviyada tanıdığı Fayez əs-Sərrac höküməti ilə qitə müqaviləsi imzaladıqda da Rusiya mətbuatı bunu yerində və zamanında atılmış bir addım kimi qiymətləndirmişdi. Bu addım sayəsində Türkiyənin Liviyada və Aralıq dənizinin şərqində söz sahibi olacağı vurğulanmışdı.

Rusiya-Ukrayna böhranında Ukrayna prezidentinin Ankaradaya dəvət edilərək hərtərəfli bir razılaşma imzalanması da ciddi bir həmlə idi. Bunun üçün Türkiyənin əlində Rusiyanın gözləntisi ilə bağlı iki vacib silah var: Türk “Türk Axını” layihəsinin üçüncü, dördüncü mərhələləri və dronlar. Dron amilinin yüksək səviyyəli Rusiya rəhbərlərinin açıqlamalarına daxil edilməsi bunu göstərir.

Ukrayna ilə Türkiyə arasında prezident Petro Poroşenkonun iştirakı ilə 2019-cu ilin mart ayında dron müqaviləsi imzalanmışdı və bunu Haluk Bayraktar Uludağ İqtisadiyyat Zirvəsindəki çıxışı zamanı açıqlamışdı.

Hərb tarixinə “44 günlük müharibə” kimi daxil olan Azərbaycanın öz torpaqlarını erməni işğalından qurtardığı əməliyyatlarında türk PUA-larının oynadığı həlledici rol çox diqqətlə təhlil olunsa da, Rusiya bu vəziyyəti Azərbaycan-Ermənistan müharibəsindən əvvəl Suriyada müəyyənləşdirmişdi. (25 fevral 2020-ci ildə Türkiyənin “Anka” adlı PUA-sının Suriya ərazisində vuruşmasıdan iki gün sonra İdlibdə türk birlikləri Rusiyanın xüsusi təyinatlıları tərəfindən öldürülmüş və bundan sonra Türkiyənin bölgədəki əməliyyatları dayandırılmışdı.)

Bu məqamda həm Ukrayna ilə bağlı problemləri, həm də Qara dənizdə yarana biləcək yüksək gərginliyi nəzərə alsaq, Ukrayna ilə münasibətləri ən yüksək həddə çatdıracaq müqavilələrin imzalanmasını ABŞ-NATO bucağına daxil etmək düzgün olmaz.

Hər şeydən əvvəl o razılaşmaları Türkiyə ilə Rusiya arasındakı Suriya məsələsi ilə bağlı rəqabətin bu dəfə fərqli bir bölgədəki əks-sədası kimi qiymətləndirmək lazımdır. Mənzərəyə daha geniş perspektivdən baxsaq, 2015-ci ildən bəri baş verən proseslərdə Rusiyanın Şimal qütbündə NATO tərəfindən Baltik sahili və Belarusiya kontekstində, həmçinin yenə NATO və AB tərəfindən mühasirəyə alındığı halda, öz təbii qazını Türkiyə ərazisindən keçirərək Suriya vasitəsilə Aralıq dənizinə yükləmək cəhdləri bu mühitdə heç bir nəticə verməyəcək (keçən avqustda Minskdə xalqın qarşısına çıxan Aleksandr Lukaşenkonun “NATO təyyarəsi bizi 15 dəqiqəlik məsafədən təhdid edir” sözlərini xatırlayın).

Bu vəziyyətdə Ankaranın 2014-cü ilin martından bəri hər fürsətdə ərazi bütövlüyünü tanıdığını elan edən Ukrayna ilə münasibətlərini yaxşılaşdırmaq cəhdini tarixi bir addım kimi qiymətləndirmək lazımdır. Tamamilə mövcud reallığa əsasən atılan bu addım heç vaxt “Rusiya üzərindəki son qələbə” kimi başa düşülməməlidir. Çünki diplomatiya qol güləşi kimidir: güc və imkanları doğru şəkildə qiymətləndirərək edilən həmlə mütləq ki, nəticə verəcək.

Şübhəsiz ki, köklü bir diplomatiya ənənəsinə sahib olan Rusiya kimi bir ölkənin də öz maraqlarına uyğun planları və layihələri var. Vəziyyəti səthi təbliğatlara qurban vermək əvəzinə, narahatlığını gizlətməyən ölkənin əks həmlələrini təhlil edərək yeni planlar hazırlamaq diplomatiyanın əvəzolunmaz bir tələbidir.

24 noyabr 2015-ci ildə təyyarəsinin vurulması ilə Türkiyəyə qarşı əvvəlcə yumşaq addımlar atıb, sonradan sərtləşən Moskva yenə eyni taktika ilə 15 aprel-1 iyun tarixləri arasındakı uçuşlarla bağlı məhdudiyyət tətbiq etdi. 2015-ci ilin dekabrı və 2016-cı ilin iyul aylarında həmin məhdudiyyət və sanksiya dönəmlərində Türkiyənin təkcə turizm itkisi 840 milyon dollar olmuşdu.

27 iyun 2016-cı ildə prezident Ərdoğanın Putinə məktub yazaraq vəziyyəti normallaşdırmağı təklif etməsi ilə məhdudiyyətlər və sanksiyalar ciddi şəkildə azalmışdı.

Həmin məktub isə Azərbaycanın keçmiş baş nazir müavini və Rusiya dövləti qarşısında ciddi reputasiyası olan Abbas Abbasovun mətbəxində qələmə alınmışdı.

Təfərrüatlara daha sonra girmək üzərə...

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

NATO Baş katibi: Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir

“Qarabağ”ın səkkiz futbolçusu milli komandaların heyətinə çağırılıb

Ən çox oxunanalar