Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Moskva və Vaşinqton arasnda etdiyi manevrlər... - Davam yoxsa tamam?

Hazırkı mürəkkəb siyasi vəziyyətdə Ərdoğanın Moskva və Vaşinqton arasındakı manevrləri nə qədər uğurludur?..

Politoloq: “Türkiyənin ABŞ, Rusiya və digər ölkələr arasında manevr etməsi çox təbiidir. Əsl diplomatiya əslində elə belə də olmalıdır”.

Ərdoğan hər nə qədər CHP və o cümlədən, İnönü dövrünü tənqid etsə də, o da eynilə İsmət İnönü və Türkiyənin digər prezidentləri kimi öz ölkəsinin maraqları naminə qərarlar qəbul etmək məcburiyyətindədir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva və Vaşinqton arasındakı son manevrlərini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya mətbuatı Ərdoğanı Moskva və Vaşinqtonla oynamaqda ittiham edib. Rusiya Ərdoğanın Vaşinqtonla analaşma prossesində Rusiya ilə hərbi əməkdaşlığı dayandıracağından ehtiyat edir. Eyni zamanda Rusiya mətbuatı Ərdoğanın Moskva və Vaşinqtonla əlaqələrindən hər iki tərəfə təzyiq vasitəsi kimi yararlandığını iddia edir.

Hazırkı mürəkkəb siyasi vəziyyətdə Ərdoğanın Moskva və Vaşinqton arasındakı manevrlərini nə qədər uğurlu hesab etmək olar və sizcə bu siyasətin dalana dirənməsi mümkündürmü? Həmçinin “Erməni soyqırımı"nın tanınması ilə bağlı Konqressin fəaliyyəti ABŞ-Türkiyə münasibətlərinə hansı səviyyədə təsir edə bilər və bu təzyiqin yaratdığı siyasi ortamda Vaşinqtonla Ankara arasında olacaq hər hansı bir anlaşma Moskva-Ankara münasibətlərinə təsir edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Üç tarixi imperiyanın varisi Türkiyə Rusiya, İran öz hökmranlıq etmiş olduqları coğrafiyaya müasir imperiyanı - ABŞ-ı yaxın buraxmaq fikrində deyillər, müqavimət göstərirlər və göstərməkdə davam edəcəklər”.

Türkiyəni Rusiya ilə müttəfiqliyə ABŞAvropanın özünün təhrik etdiyini düşünən politoloq əlavə edib ki, Qərb təhdid, məcburetmə, sanksiyalar vasitəsilə əksər vaxtlarda öz xarici siyasət planlarına nail olub və uzun illər Türkiyə ilə də bu cür davranıb:

“Türkiyənin ABŞ, Rusiya və digər ölkələr arasında manevr etməsi çox təbiidir. Əsl diplomatiya əslində elə belə də olmalıdır. Bütün qüvvələr arasında manevr etmək və öz dövlətinin mənafeyi naminə mümkün vasitələrdən istifadə etmək.

Bildiyimiz kimi Türkiyə həm Almaniyanın, həm SSRİ, ABŞ İngiltərənin təkidlərinə baxmayaraq İkinci Dünya müharibəsinə qoşulmamışdı. Yalnız müharibənin sonuna yaxın Almaniyaya müharibə elan etmişdi. Buna görə də müharibədən sonra tədbirlərdən birində Stalin o zamankı Türkiyə prezidenti İnönüyə ironiya ilə niyə SSRİ-nin tərəfində müharibəyə qoşulmadığını soruşanda, İnönü eyni cür kinayə ilə cavab vermişdi ki, mən Türkiyənin rəhbəriyəm, Sovetlər İttifaqının yox. Ona görə də öz ölkəmin mənafeyinə uyğun olaraq hərəkət etməliyəm.

Nəzakət Məmmədova: “Rusiya, Türkiyə zorakılığa alternativ yollarla cavab verəcəklər”.

Ərdoğan hər nə qədər CHP və o cümlədən, İnönü dövrünü tənqid etsə də, o da eynilə İsmət İnönü və Türkiyənin digər prezidentləri kimi öz ölkəsinin maraqları naminə qərarlar qəbul etmək məcburiyyətindədir. Bunu şərait tələb edir. Ərdoğan hakimiyyətinin ilk illərində ABŞ və Türkiyə arasında bu qədər problemlər yox idi.

Fikrimcə, Türkiyəni Rusiya ilə müttəfiqliyə ABŞAvropa özü təhrik etdi. Qərb təhdid, məcburetmə, sanksiyalar vasitəsilə əksər vaxtlarda öz xarici siyasət planlarına nail olub və uzun illər Türkiyə ilə də bu cür davranıb. Ona tabe olmayan ölkə rəhbərlərini isə ya ordu vasitəsilə devirib, ya da Menderes kimi edam etdirib, yaxud sui-qəsdlə aradan götürüb. Menderes məhz SSRİ-yə səfər öncəsi məhkəmə önünə çıxarılaraq edam edilmişdi. Lakin Ərdoğan hərbçilərin çevriliş imkanlarını əlindən aldı, prezident üsul-idarəsi olan respublikaya keçərək bütün hakimiyyəti öz əlində cəmləşdirdi və s. Ərdoğan siyasəti Türkiyənin sərhədlərində kürd anklavının yaradılmasının qarşısını almaq, ölkənin suverenliyini qoruyub saxlaya bilməkdən və tarixi Osmanlı coğrafiyasında ölkəsinin nüfuzunu iqtisadi-mədəni, hətta Qətərdə olduğu kimi hərbi yolla genişləndirməkdir.

Üç tarixi imperiyanın varisi Türkiyə Rusiya, İran öz hökmranlıq etmiş olduqları coğrafiyaya müasir imperiyanı - ABŞ-ı yaxın buraxmaq fikrində deyillər, müqavimət göstərirlər və göstərməkdə davam edəcəklər. ABŞ təhdidi qaldığı müddətdə bu coğrafiyada böyük dəyişikliklər gözlənilmir. ABŞ buna ən müxtəlif yollarla mane olur, lakin onun təzyiq mexanizmləri əvvəlki qədər effektli deyil və Rusiya, Türkiyə zorakılığa alternativ yollarla cavab verəcəklər”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar