Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın kürəkəni – ermənilərin qorxulu yuxusu

27 Sentyabrdan bəri ermənilərin qorxulu yuxusuna çevrilmiş Bayraqdar TB2 PUA-sının müəllifi Səlcuq Bayraqdarla bağlıdır budəfəki yazımız.

Səlcuq Bayraqdar, SİHA və İHA olaraq tanınan pilotsuz uçuş aparatlarının memarıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni kimi də bilinən Səlcuq Bayraqdarın həyat hekayəsini oxucularımızla ilə bölüşürük.

PİA.az techland.az-a istinadən bildirir ki, Səlcuq Bayraqdar 1979-cu ildə İstanbul-Sarıyerdə anadan olub. İlk təhsilini Sarıyer orta məktəbində alan Səlcuq 1997-ci ildə Robert Kollecini bitirir.

1997-2002-ci illər arasında İstanbul Texniki Universitetində (İTU) Elektron və Rabitə Mühəndisliyi bölməsində ali təhsil alıb. Universitetdə təhsili aldığı müddətdə Pensilvaniya Universiteti (UPenn) GRASP laboratoriyasından staj üçün qəbul alır. Upenn-də təcrübə zamanı ona təklif olunan təqaüdlə 2002-2004-cü illərdə sözügedən universitetin Elektrik mühəndisliyi fakültəsində magistr təhsili alır. Təhsil müddətində dünyada ilk dəfə olaraq İHA-ların meydana gəlməsi və uçuş təcrübələri, hava-yer robot komandalarının koordinasiyası, uçuşa nəzarət sistemləri haqqında elmi nəşrlər hazırlamışdır.

Magistr təhsilini başa vurduqdan sonra, qazandığı nailiyyətləri nəzərə alaraq Massachusetts Texnologiya İnstitutunda (MIT) təqaüdlə doktorantura təhsili təklifi almışdır.

MIT-dəki təhsili müddətində İnsansız uçuş aparatlarına aqressiv manevrlər təmin edəcək avtomatik uçuş idarəetmə alqoritmləri sahəsində araşdırmalar aparmışdır.

Səlcuq Bayraqdar bir müddət Georgia Texnologiya Universitetində də doktorantura təhsilini davam etdirib.

2003-cü ildə "Baykar" çərçivəsində Türkiyədə başlayan milli pilotsuz uçuş aparatlarının inkişafına dəstək vermək məqsədi ilə Bayraqdar 2007-ci ildə təhsilini yarım qoyaraq Türkiyəyə qayıdır.

2007-ci ildən bu yana "Baykar"da texniki direktor (CTO) olaraq çalışır.

Səlcuq Bayraqdar həmçinin "Türkiyə Texnologiya Komandası" (T3) fondunun təsisçisidir. Fond istedadlı gənclərin və bütün yaş qruplarına aid insanların texnologiyanın inkişafı proseslərində iştirakını təmin etmək; texnoloji təşəbbüsləri dəstəkləmək, istehsala dəstək vermək, istedadlı gənclərin müəyyənləşdirilməsi və yetişdirilməsi; Texnologiya sahəsində sahibkarlıq mədəniyyətinin inkişafına və bütün bu sahələrdə elmi araşdırmalara töhfə vermək üçün yaradılmışdır.

Türkiyənin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğan ilə evli olan Səlçuq Bayraqdarın bir qız övladı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar