Bazar, 15 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Ərdoğanın İslam Respublikası və İran İslam Respublikası”

Amerikalı "quzğunlar" Yaxın Şərqin iki dövlətini hədəfə alır...

Aaron Şaffer, Culian Recyuet

“Əl-Monitor”, 15.11.2019

“Demokratiyaların Müdafiəsi Fondu”, İrana qarşı sərt xətti dəstəkləyən “quzgun” Vaşinqton düşüncə mərkəzi ABŞ siyasətçilərini lobbiləşdirmək üçün rəsmən qeydiyyatdan keçib.

Düşüncə mərkəzinin rəhbərlərinin 2018-ci ilin sonlarında yaratdığı “FDD Action” – yerli Lobbiçilik Açıqlaması Qanunu ilə qeydiyyata alınıb.

O, özünü “ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti ilə əlaqədar təbliğat aparan qrup” olaraq səciyyələndirən qeyri-kommersiya təşkilatıdır. FDD-nin Konqreslə əlaqələr üzrə direktor müavini Tayler Stapleton hələlik yeganə qeydiyyatdan keçmiş lobbiçidir.

“FDD Action” Suriyadakı ABŞ qüvvələri ilə ortaqlıq etmiş suriyalı kürdlərə və digərlərinə xüsusi miqrant statusu vermə səyləri də daxil olmaqla, bir neçə qanunvericilik layihəsinə dəstək verəcək; bundan başqa, o, Birləşmiş Millətlər Təşkilatı vasitəsi ilə Bəşər Əsədin nəzarətində olan bölgələrə maliyyə axınının qarşısını alacaq; Səudiyyə Ərəbistanının məktəb dərsliklərini və bu kitabların zorakılığı təşviq edib-etməmələri barədə hesabatlar hazırlamaq üçün Dövlət Departamentinə sorğular verəcək; “qatil dronlara” qarşı mübarizə üçün ABŞ və İsrail arasındakı əməkdaşlığı artıracaq.

Qrup, həmçinin ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərini geri çəkmək üçün Suriyanın şimal-şərqinə təcavüz etmiş Türkiyəyə sanksiya tətbiqini nəzərdə tutan ən az dörd qanun layihəsinin lobbiçisi olacağını da açıqlayıb.

Qeydiyyat faktı Vaşinqtondakı düşüncə mərkəzləri arasında üstünlük təşkil edən siyasi mövqelər naminə təbliğat aparmaq üçün təşkilatın xüsusən, İrana qarşı sanksiyalarla bağlı fəallığına daha çox şəffaflıq gətirir.

Lakin FDD lobiççilik müraciətinin səbəbi ilə bağlı şərh istəyinə cavab verməyib.

FDD mütəxəssisləri, o cümlədən “İran komandası”na rəhbərlik edən baş direktor Mark Dubovitz Kapitol Hilldə və Vaşinqton mediasında İranla 2015-ci ilin nüvə sazişinə qarşı çıxır və sazişin yenilənməsi ideyasını dəstəkləyir.

Təşkilatın veb sayt məlumatlarına əsasən, FDD mütəxəssisləri 2017-ci ildə 28 dəfə Konqres qarşısında ifadə veriblər.

Rəsmi Tehran avqust ayında “iqtisadi terrorizm”in ifrat təbliğatçılığına, İranın bölgədəki “yaramaz fəaliyyətlərini” və insan haqlarını pozduğuna görə İranı daim tənqid edən FDD və Dubovitzi “qara siyahı”ya daxil edib.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri 11 sentyabr terror hadisələrindən bir müddət əvvəl İsrail tərəfdarı olan təbliğat qrupu kimi yanan FDD-nin təsirli rolunu etiraf edirlər.

“FDD-nin təqaüdünə və təhlilinə çox dayaqlanmışıq”. Bunu sabiq milli təhlükəsizlik müşaviri HR MakMaster 2017-ci ilin oktyabr ayında, bir FDD tədbirində deyib. O, hazırda FDD-nin Hərbi və siyasi hakimiyyət Mərkəzinin məsləhətçilər şurasının sədri vəzifəsini icra edir.

Qrup İsrail və Körfəzin ərəb dövlətlərinə yaxındır. Keçən il FDD İsrailin kəşfiyyat xidmətinin başçısı Haqay Tzuriellə görüş də daxil olmaqla, İsraildə keçirilən konfransa bir konqresmeni göndərmək üçün təxminən 6 min dollar xərcləyib.

2017-ci ildə “The Intercept” Dubovitzin İrana investisiya yatırmağı düşünən BƏƏ şirkətlərini hədəfə almaq üçün Birləşmiş Əmirliklərin ABŞ-dakı səfiri Yusif əl-Utəybə ilə fəaliyyətini əlaqələndirməsi barədə məlumat verib.

Son həftələrdə isə FDD prezident Donald Trampın prezident Rəcəb Tayyib Ərdoğanla münasibətləri düzəltmək və bölgədə daha böyük rolu Türkiyəyə təhvil vermək səylərinin tənqidçiləri və dəstəkçiləri arasındakı parçalanmanı və Türkiyəyə qarşı qəzəbi üzə çıxarıb.

Dubovitz tvitində yazlıb: “Türkiyədə Ərdoğanın İslam Respublikası, Ali Rəhbər Əli Xamnəinin İrandakı İslam Respublikası bir sikkənin iki üzüdür”.(Tərcümə: Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar