Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın bədən dili: Yaşıl rəng, qırmızı qalstuk, hipnoz və...

Siyasətin bir çox dili, üslubu və taktikaları var ki, siyasətçilər, xüsusən də liderlər kütləyə və partnyora təsir etmək üçün bu üsullardan istifadə edirlər.

Məsələn, siyasətdə geyim tərzi və rəngi (Hansı görüşə hansı geyim, hansı zamanda hansı rəng və s.), partnyoru dinləməklə yanaşı hərəkətlərini də izləmək və qarşılıq vermək (Partnyor danışarkən hərəkətləri ilə üstünlük göstərmək istəsə, sezib adekvat reaksiya göstərmək), kütləni və qarşı tərəfi hipnoz etmək (Çıxışa hansı sözlə başlamaq, çıxışı necə davam etdirmək və hansı cümlə ilə bitirmək), ən əsası isə bədən dili (Əl, qol, ayaq, baş, hətta barmaq hərəkətləri, mimikalar və s.) mühüm əhəmiyyət daşıyır.

Bu günədək fikir verdiyim qədərilə nəinki Türkiyədə, hətta dünyada da bu vasitələrdən ən yaxşı və effektiv istifadə edənlərdən bəlkə də birincisi Rəcəb Tayyib Ərdoğandır. Çünki Ərdoğan sadaladığım nüansların hər birinə uyğun zamanda riayət etməklə, kütləni ələ ala bilib və qarşı tərəfə təsir göstərərək üstünlük qazanıb.

Təbii ki, bunun bir çox nümunəsi var. Məsələn, ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyi dövründə bu cür məqamlara xüsusi diqqət yetirər, özünün, dolayısı ilə ABŞ-ın mütləq söz sahibi olduğunu göstərmək üçün əl ilə salamlaşdığı bütün dövlət liderlərini özünə tərəf çəkər və əlini çiyinlərinə qoyardı. Tramp bununla qarşı tərəfə "mənə tabesən və və səndən üstünəm" mesajını verirdi. Fəqət, Tramp yalnız türkiyəli həmkarı ilə görüşəndə bu adətdən istifadə etmirdi. Çünki qoca və təcrübəli Tramp da bilirdi ki, Ərdoğan digər həmkarlarından fərqli olaraq ona eyni hərəkətlə qarşılıq verəcək və buna qadirdir. Ki, bu da onun maraqlarına uyğun deyildi. Məhz bu məqam Ərdoğanın məhz zamanında bu üsullardan istifadə edərək özünü sübut etməsi və bu istiqamətdə imic qazanmasının nəticəsidir.

Ərdoğan həm də partnyorunu dinləməklə yanaşı, eyni anda onun bədən dilini də müşahidə edə bilir. Bunun da çox nümunəsi olsa da, yenə də ABŞ-dan misal çəkmək istəyirəm. Belə ki, Barak Obama siyasətdə "mən daha üstünəm, sənə əhəmiyyət vermirəm" mənasına gələn davranış sərgiləyəndə, yəni, ayağını ayağının üstünə aşıranda Ərdoğan da dərhal eyni hərəkətlə cavab vermişdi. Çünki Ərdoğan qarşı tərəfin danışığını dinləməklə yanaşı, eyni zamanda hərəkətlərini də izləyir ki, bu da bir siyasətçi, dövlətini təmsil edən bir lider üçün böyük məna kəsb edir.

Həmçinin, Ərdoğan rənglərdən, geyimlərdən, qarşı tərəfə təsir etmək üçün hipnoz və bədən dili hərəkətlərindən də çox yaxşı istifadə edə bilir. Məsələn, səhətinin yaxşı olduğunu göstərmək üçün yaşıl rəngli pencək geyinməsi, qarşı tərəfə lider olduğunu xatırlatmaq üçün qırmızı qalstuk taxması, güclü olduğunu göstərmək üçün kresloya yayxanması və s. kimi amillər buna nümunədir. Yaxud, çıxışına kütlənin ona diqqətlə qulaq asmasını təmin edən cümlə ilə başlaması və çıxışını kütlənin şüuruna təsir edəcək və yaddaşlarda qalacaq cümlə ilə bitirməsini qeyd edə bilərik.

Əl qərəz, Ərdoğanın danışığı, hərəkətləri, jestikası və digər hərəkətləri düşünülmüş taktikadır, sadəcə quru populizmdən ibarət deyil. Ki, məhz bunun sayəsində türkiyəli lider özünə bu istiqamətdə istənilən rəqibdən toxunulmazlıq hüququ alıb. Çünki əksi olsaydı, əvvəllki dövlət başçıları kimi, o da hansısa xarici oliqarxın, biznes funksionerinin qarşısında əyilər, daha toxunulmaz olmazdı.(dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar