Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğana qarşı plan hazırdır – Sahəyə Gül, Əhmədoğlu və Babacan girir...

AKP-nin 31 mart seçkilərində ciddi mənada səs itirməsi yeni partiya qurmaq üçün pusquda gözləyənləri ümidləndirib...

“Aydınlık” qəzeti, Türkiyə, 25 aprel 2019-cu il

Abdullah Gül ilə birlikdə addımlayan Əli Babacan Londondakı investorlara ilin sonuna qədər partiya quracağını elan edib. ABŞ-lı diplomatlar isə seçkilərdən sonra fəaliyyətlərini artırıblar. Babacan və ətrafı isə gördükləri işləri yeni partiya təşəbbüskarları ilə də paylaşırlar.

AKP-nin 31 mart seçkilərində ciddi mənada səs itirməsi yeni partiya qurmaq üçün pusquda gözləyənləri ümidləndirib. Davudoğlu bir açıqlama yayımlayaraq açıq şəkildə ortaya çıxarkən Abdullah Güllə birlikdə addımlayan Əli Babacan beynəlxalq investorlara partiyanı ilin sonuna qədər quracağı mesajını verib.

AKP-nin 31 martdakı səsvermədə İstanbul, Ankara, Antalya kimi böyük şəhərləri itirməsi və səs nisbətinin də 40%-dən aşağı düşməsi ilə birlikdə partiya içində təşviş yaranıb. Yerli seçkilərə görə partiyada yaranmış narazılıqların artması ilə birlikdə yeni partiya qurmaq üçün fürsət axtaran Abdullah Gül, Əli Babacan və Əhməd Davudoğlu daha ciddi formada işləməyə başlayıblar.

Əhməd Davudoğlu özbaşına partiya qurmaq üçün hazırlıqları davam etdirərkən, seçkidən sonra öz nəzarətindəki bir Vəqfin təşkil etdiyi iclasların da sayını artırıb. İşlər daha çox Vəqf üzərindən aparılarkən, seçkidən sonra köhnə AKP millət vəkillərinin də iştirak etdiyi bir iclas keçirilib. “Seçki dəyərləndirməsi” adı altında keçirilən toplantıda qarşıdan gələn dönəmlə bağlı xəritənin üzərində durmağa qərar verilib. Davudoğlunun dar bir komanda ilə hərəkət etdiyi və vilayətlərdə müəyyən edilmiş şəxslərlə davamlı olaraq əlaqə saxladığı bildirilib.

Davudoğlu 3 gün əvvəl bir açıqlama yayımlayaraq Ərdoğan və partiya rəhbərliyinə qarşı sərt tənqidlər yönəltdi. Partiyada yaşanan sıxıntıların əsas götürüldüyü deklorasiyada “Millət İttifaqı”na yaxın fikirlər söylənərkən, eyni zamanda, deklorasiya “AKP-nin içindən bir hissəni qoparmaq” həmləsi kimi qiymətləndirilib. Davudoğlu yeni partiyanı may ayının sonuna qədər elan etməyi planlaşdırır.

Gül-Babacan planı

Davudoğlundan ayrı olaraq, köhnə Prezident Abdullah Gül və Əli Babacan ayrıca olaraq yeni bir partiya qurmağı da planlaşdırırlar. ABŞ Davudoğlu hərəkatına qarşı çıxmasa da, amma əsas olaraq Gül-Babacan hərəkatını dəstəkləyir. Abdullah Gülün ofisinin bu iş üçün istifadə edildiyi bildirilir. Gül və Babacanın bir çox iclasda və görüşdə birlikdə iştirak etdiyi də, həmçinin, qeyd edilir.

İstanbulda müəyyən iş adamları tərəfindən dəstəklənən Gül-Babacan partiyasını yaratmaq təşəbbüsünün qarşıdakı günlərdə ciddiləşəcəyi və tədricən yaradılan qruplarla əlaqələrin qurulduğu, bir çox vilayətlə olan əlaqələrin şəxsən Abdullah Gül tərəfindən aparıldığı vurğulanır.

Yeri gəlmişkən, Əli Babacan beynəlxalq investorlara yeni partiyanı il sonuna qədər quracaqlarını açıqlayıb. Bu məlumatı iş dünyası da təsdiqləyir. İstanbulda böyük bir şirkətin rəhbəri “Aydınlık” qəzetinə verdiyi açıqlamada bildirib: “Biz xəbərləri eşidirdik, amma məsələni tam bilmirdik. Keçən günlərdə Londonda idim. İş üçün bəzi görüşlər keçirdik. Beynəlxalq investisiya təşkilatlarının rəhbərləri ilə görüşdüm. Dedilər ki, Babacan ilin sonuna qədər partiya quracağını onlara bildirib. Görüşdüyümüz digər maliyyə quruluşları da eyni məlumatı verdi. Hətta bizdən nə dərəcədə uğurlu ola biləcəklərini də soruşdular”.

ABŞ səfirliyi

Seçkidən sonra məlum olub ki, ABŞ-lı diplomatlar da fəaliyyətlərini artırıblar. İctimaiyyətdə yüksək səviyyəli vəzifəyə sahib olan bir şəxs “Aydınlık” qəzetinə verdiyi açıqlamada belə deyir: “ABŞ-lı diplomatlar hər yerdədir. Türkiyədəki yeni vəziyyəti idarə etməyə çalışırlar. Düşünün ki, Anadolunun 4 millət vəkili verən bir vilayətində belə sivil cəmiyyət təşkilatlarını ziyarət edib, sual-cavab edirlər. Adana Konsulluğu onsuz da heç boş dayanmır. Mərsindən Mardinə qədər fəaliyyət göstərirlər. Amerikalılar gördükləri işləri yeni partiya təşəbbüskarları ilə də paylaşırlar. Təbii ki, bu birbaşa olaraq edilmir, vasitəçilərlə aparırlar. Hamısından xəbərimiz var”.

Partiyalar son anda birləşdirilir

Davudoğlu və Gül-Babacan hərəkatları ayrı-ayrı irəliləsə də, son mərhələdə birləşəcəklər. Hər iki qrupla da əlaqədə olan bir köhnə AKP millət vəkili məsələni belə qiymətləndirir:

“İki partiya ola bilməz. Bunu hər şeydən əvvəl ABŞ istəməz. İndi iki qrup da öz işini görür. Partiyalar da ayrı-ayrı qurulacaq. Amma seçkilər əsnasında ABŞ müdaxilə edə bilər. Qarşılarına anket nəticələri qoyular və iş birliyi üçün təkid oluna bilərlər. Yeni partiyanın arxasında ABŞ-ın olduğunu hər kəs yaxşı bilir. Son nəticədə ABŞ birləşmək üçün göstəriş verəndə hər iki qanaq da birləşməli olacaq. Başqa variantları yoxdur. Çünki əgər ABŞ arxadan çəkilsə, ortada qalarlar”.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar