Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğana meydan oxumaq: AKP-nin qurucularının böyük bir qismi Əli Babacanın yeni partiyasında...

AKP-nin qurucularının böyük bir qisminin yeni partiya yaratması Ərdoğanın nüfuzunu və mövqeyini sarsıda bilərmi?

Politoloq: “Gül-Davudoğlu-Babacan üçlüyü yeni siyasi partiya yaratsa belə, onların Ərdoğana meydan oxuyaraq, AK Partinin yerini tuta biləcəyi inandırıcı görünmür”.

“Türkiyə siyasətində 17 il şəriksiz hakimi-mütləq olan AK Partinin eniş dövrünü müşahidə edirik”.

Bu sözləri politoloq Nəzakət Məmmədova keçmiş AKP-çi Əli Babacanın quracağı yeni partiyanı və bu partiyanın Türkiyədə təsir imkanlarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi keçmiş AKP-li Əli Babacanın quracağı yeni partiya ilə bağlı mühüm məlumat yayılıb. Bu barədə danışan türkiyəli yazar Əli Bayramoğlu yeni partiyada yer alacaq adları açıqlayıb.

Bayramoğlu TV5 televiziyasında iştirak etdiyi “Sərbəst Fikir” proqramında Əli Babacan və Abdullah Gül tərəfindən qurulacaq yeni partiyanın ilkin heyətində Türkiyənin demokratikləşməsi və demokratikləşmə planlarının hazırlanmasında ən təsirli şəxslərdən Bəşir Atalayın yer alacağını bildirib.

Heyətdə Ədliyyə Nazirliyində mühüm şəxslərdən biri olmuş Sədullah Ərgih də yer alacaq. Bundan əlavə, siyahıda keçmiş Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, iqtisadiyyat və siyasət məsələləri üzrə olduqca rasional mövqeyi olan Nihad Ərgin də var.

AKP-nin qurucularının böyük bir qisminin yeni partiya yaratması Ərdoğanın nüfuzunu və mövqeyini sarsıda bilərmi? Həmçinin Gülən camaatından sonra Milli Görüş düşərgəsi də Ərdoğanla yolları ayıra bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovaya müraciət edib.

Nəzakət Məmmədova: “ABŞ onu təmsil edən Gülən hərəkatının Ərdoğan tərəfindən çökdürüldüyünü görüncə, yeni bir qüvvələrlə işləmək, Ərdoğanın qarşısına yeni siyasi rəqiblər çıxarmaq qərarına gəldi”.

Gül-Davudoğlu-Babacan üçlüyü son dövrlərdə hökumətdə təmsil olunmasalar belə, onlar AK Partinin yaradıcıları və önəmli funksionerləri sırasında yer almış şəxslər olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, bu səbəbdən də, əhalinin onları nə dərəcədə qəbul edib-etməyəcəyi sual altındadır:

“Hər bir siyasi təşkilatın, təsisatın yaradılış, yüksəliş, kulminasiya və eniş dövrləri olur. Bu, siyasi proseslərin qanunauyğunluğudur. AK Parti də istisna deyil. Türkiyə siyasətində 17 il şəriksiz hakimi-mütləq olan AK Partinin də eniş dövrünü müşahidə edirik. Bəzi rəy sorğularının nəticələrinə görə, ölkə əhalisinin 53 faizdən çoxu yeni siyasi partiyaya ehtiyac duyulduğu qənaətindədir. Təbii ki, bu Əli Babacan və heyətini yeni partiya yaratmağa daha da təşviq edir.

Ərdoğanın bir sıra addımları - ABŞ-la qarşıdurma nəticəsində dolların lirəyə nisbətdə kəskin artması və bunun ağır sosial-iqtisadi nəticələri, milyonlarla suriyalı qaçqına ölkə ərazisində imtiyazlı şəraitin yaradılması, hərçənd ki, bu, Avropa Birliyi ilə Türkiyə arasında Türkiyənin miqrantlara öz ərazisində yer verməsi və AB-dən 3 milyard avro yardım almasına dair razılaşmanın nəticəsi idi, FETO tərəfdarları ilə mübarizədə radikallıq, media və sosial şəbəkələrlə bağlı azadlıqların məhdudlaşdırılması cəhdi və s.cəmiyyətdə narazılığa zəmin yaratdı.

Nəzakət Məmmədova: “İstanbul bələdiyyə seçkiləri də göstərdi ki, Türkiyə xalqı Əkrəm İmamoğlunu seçməklə yeni nəfəsə ehtiyac duyur”.

ABŞ onu təmsil edən Gülən hərəkatının Ərdoğan tərəfindən çökdürüldüyünü görüncə, yeni bir qüvvələrlə işləmək, Ərdoğanın qarşısına yeni siyasi rəqiblər çıxarmaq qərarına gəldi. Lakin nə milliyyətçi Akşenerin “İyi Parti”si, nə dünyəvi CHP-nin namizədi İncə Ərdoğanla siyasi mübarizədə qalib gələ bilmədilər. Belə olduğu təqdirdə, Qərb güc mərkəzləri sınanmış bir üsula əl ataraq Ərdoğana onun öz silahdaşlarından rəqib hazırlamaq qərarı aldılar. Lakin AK Partidən ayrılmış heç bir keçmiş silahdaş, hətta Davudoğlu, Gül kimi duayenlərin təkbaşına Ərdoğanın qarşısında təkbaşına partiya yaratmaq gücündə olmadığı məlum oldu. Belə olan halda, onların birləşərək AK Partiyə və Ərdoğana rəqib olması planı üzərində iş aparılması daha real hesab edilir.

Gül-Davudoğlu-Babacan üçlüyü son dövrlərdə hökumətdə təmsil olunmasalar belə, onlar AK Partinin yaradıcıları və önəmli funksionerləri sırasında yer almış şəxslərdir, yeni sima deyillər. Bu səbəbdən də, əhalinin onları nə dərəcədə qəbul edib-etməyəcəyi sual altındadır. Hər nə qədər onlar son illərdə Ərdoğanla qarşı-qarşıya gəlsələr belə, onlar 17 illik AK Parti iqtidarı ilə assosasiya olunurlar. İstanbul bələdiyyə seçkiləri də göstərdi ki, Türkiyə xalqı Əkrəm İmamoğlunu seçməklə yeni nəfəsə ehtiyac duyur. İstanbul Türkiyə siyasətinin lakmus kağızıdır. Orada baş verən proseslər gec-tez bütün Türkiyə siyasi səhnəsinə təsir edə bilir. Odur ki, Davudoğlu, Gül və Babacanın yeni partiyasının o qədər də şanslı olacağını demək olmaz.

Nəzakət Məmmədova: “Bu proseslər sadəcə daha gənc, yeni sima olan İmamoğlunun prezidentliyə hazırlanması üçün lazım olan dövrdə sadəcə AK Partinin nüfuzunu sıfırlamaq, onu öz içərisindən çıxmış şəxslərin əli ilə zəiflətmək üçün vaxt udmaqdan başqa bir şey deyil”.

Son illərin təcrübəsi göstərir ki, xalqlar uzun illik iqtidarlardan yorulub. Bu, bir çox bu tip idarəetməsi olan ölkələrə şami oluna bilər. Məsələn, Ukraynada bu günlərdə parlamentə yeni bir partiya daxil olub. “Səs” partiyası sağ mərkəzçi, Avropayönümlü partiyadır və bu ilin may ayında yaradılıb. Cəmi iki ay əvvəl yaradılmış partiyanın artıq 6 faiz səs toplayaraq parlamentə daxil olması və prezident Zelenskinin ona koalisiya təklif etməsi daha çox Qərbin dəstəyi ilə parlamentdə Zelenskiyə müttəfiq kimi qısa müddətə meydana atılmış qüvvə təsiri bağışlamaqla yanaşı, onu göstərir ki, Qərb texnoloqları bunu Türkiyəyə də tətbiq edə bilər və uğur qazana bilərlər.

Lakin Gül-Davudoğlu-Babacan üçlüyü yeni siyasi partiya yaratsa belə, onların Ərdoğana meydan oxuyaraq, AK Partinin yerini tuta biləcəyi inandırıcı görünmür. Düşünürəm ki, bu proseslər sadəcə daha gənc, yeni sima olan İmamoğlunun prezidentliyə hazırlanması üçün lazım olan dövrdə sadəcə AK Partinin nüfuzunu sıfırlamaq, onu öz içərisindən çıxmış şəxslərin əli ilə zəiflətmək üçün vaxt udmaqdan başqa bir şey deyil”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar