Çərşənbə axşamı, 25 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Ərdoğan Xəlifə Həftarı diktator adlandırdı

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Liviya dövlətinin rəhbərliyini marşal Xəlifə Haftarın idarəçiliyi altında saxlamağı tarixi səhv adlandırıb...

 

Bu haqda Türkiyə Prezidentinin ABŞ-da yayımlanan “Politico” nəşrində dərc edilən məqaləsində yazılıb.

"Bəziləri sual edə bilər, niyə dünyada digər müharibələr, toqquşmalar, humanitar krizislər olduğu halda Avropa məhz Liviya münaqişəsinin həllinə diqqət ayırmalıdır.

Ondan başlayaq ki, Avropa Birliyinin Liviya Milli Razılığı Hökumətini lazımi səviyyədə dəstəkləyə bilməməsi demokratiya və insan haqlarına xəyanət hesab olunacaq. Liviyanı hərbi diktatorun idarəetməsinə vermək böyük tarixi səhvdir. Bundan başqa, Liviyada qanuni hökumət yıxılarsa, Avropa yeni təhlükə və problemlərlə üzləşəcək”, - məqalədə qeyd olunur.

Xatırladaq ki, yanvarın 14-də Almaniyanın paytaxtı Berlində Liviya münaqişəsinin tənzimlənməsinə həsr olunan konfrans keçiriləcək.

Konfransa ABŞ, Rusiya, Türkiyə, Misir, Avropa İttifaqı, BMT nümayəndələri və digər ölkələrin təmsilçiləri dəvət edilib.(oxu.az)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar