Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trump arasında telefon danışığı olub...
PİA.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidentinin Administrasiyası xəbər verib.
Söhbət zamanı dövlət başçıları ikitərəfli münasibətləri, həmçinin regional vəziyyəti müzakirə ediblər.
Liderlər ABŞ prezidentinin dəvəti ilə noyabrın 13-də Vaşinqtonda görüş keçirmək niyyətlərini bir daha təsdiqləyiblər.
pia.az