Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan və ortaqlarının keçmişi: Həbs edilmək əvəzinə rəhbər oldular...

1994-cü il seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyə sədrliyinə namizəd olan Rəcəb Tayyib Ərdoğan o günlərdə istanbullulara bu şəkildə səslənmişdi: “Əgər bir gün zəngin olsam, bilin ki, haram yemişəm, oğurlamışam”...

Ali Avcu
“Yurt” qəzeti, Türkiyə, 7 oktyabr 2019-cu il

Son təhlildə isə AKP-li prezident Ərdoğan təkcə Türkiyənin deyil, dünyanın azsaylı zənginlərindən biridir.

Ərdoğan İstanbul Böyük Şəhər Bələdiyyə sədri olduqdan sonra özü və ətrafındakılar iqtisadi baxımdan yüksəlməyə başlayıb. Sonrakı illərdə bu iqtisadi yüksəlişin səbəbi həmin dönəmin CHP İstanbul Vilayət Valisi Mehmet Bölükə gələn bir xəbərlə ortaya çıxmışdı. Gələn xəbərə görə, İstanbul xalqının pulları “AkBil” (Ağıllı Bilet) vasitəsilə oğurlanırdı. İddialara görə, “AkBil”in virtual şəkildə saxlanılan hesablarına müxtəlif tarixlərdə girərək gəlirlər üzərində dəyişikliklər etmişdilər.

Beləliklə, bir tərəfdən İETT (İstanbul Elektrik Tramvay və Tunel Müəssisələri) böyük zərbə alarkən, digər tərəfdən də qiymət artımı nəticəsində dar gəlirli istanbullular nəqliyyatda çox böyük sıxıntılar çəkirdi. Bu durumu həmin dönəmin CHP İstanbul Vilayət rəhbəri Mehmet Bolük İstanbul Respublika Baş Prokurorluğuna bildirib. Ardınca da “AkBil” layihəsinin yaradıcısı sayılan İTÜ-nün (İstanbul Texniki Universiteti) Elektrik-Elektronik fakültəsindən Dr. Berk Üstündağ da Sarıyer Respublika Baş Prokurorluğuna şikayət edib. Bu iddiaları əhatə edən sənədlər daha sonra Sarıyer Prokurorluğuna birləşdirilib. Lakin bu “AkBil” istintaqı davam edərkən bu sistemi tətbiq edən BELBİM-in (Bələdiyyə Bilgi Əməliyyatı) müdiri Əhməd Kozakoğlu və digər rəhbərlər vəzifələrində qalmağa davam edirdilər.

İstintaq ərzində Bölükə müxtəlif bilgilər gəlməyə davam edib: “BELBİM rəhbərləri dəlilləri yox edir və yuxarı orqanlara gedən sənədləri də xarab edirlər”. Bölük isə bu şikayətləri prokurorluğa bildirib. Prokurorluq bu durumu yuxarı orqanlara təqdim edib. Onlar da belə bir təsbit irəli sürürlər: “Bilgi əməliyyat mərkəzində sistem disk tutumunun çatışmazlığına görə istifadəçilərin sistemə girişini izləyən bir sənəd saxlanılmır. Buna görə də, istifadəçilərin nə zaman və hansı sənədlər üzərində işlədiyi bizə məlum deyil”.

Mehmet Bölük bundan sonra Türkiyə Respublika Prokurorluğu qarşısında belə bir tələblə çıxış edir: “Əvvəldən bu şübhəli şəxslərin xəbərdarlıq etmələrinə baxmayaraq, sui-istifadə edən sistemi tətbiq edən və bunu gizlətmək üçün sənədlərin silinməsinə şərait yaradan BELBİM müdiri Əhməd Kozakoğlu və qurumun zərər çəkməsini izləyən, hesabat tutmayan, İETT rəhbəri Raif Yetimlə birlikdə bütün bu hadisələri görməzdən gələn, BELBİM, İETT müdirlərini istintaq müddətində vəzifədə tutaraq sübutların yox edilməsinə səbəb olan Böyük Şəhər Bələdiyyə sədri barədə şikayəti təmin edin”.

Bölükün şikayətindən sonra Respublika Prokurorluğu Böyük Şəhər Bələdiyyəsindən, Böyük Şəhərin BİT-lərindən (Bələdiyyə İqtisad Təşəbbüsləri) olan BELBİM müdiri Əhməd Kozakoğlunun vəzifədən uzaqlaşdırılmasını istəyib. Lakin Ərdoğanın Siirtdəki çıxışına görə verilən məhkumluq qərarından sonra bələdiyyə sədrliyindən uzaqlaşdırılan və İBŞB tərəfindən Ərdoğanın yerinə İstanbul Böyük Şəhər Bələdiyyə rəhbəri seçilən Əli Müfit Gürtuna Kozakoğlunu vəzifədən uzaqlaşdırmaq istəməyib. İstintaq davam edərkən “Rahşan əhvi” çıxmışdı. Sarıyer Prokurorluğu Gürtuna və Rəcəb Tayyib Ərdoğan barədə hazırladığı sənədi Ali Məhkəməyə göndərdi.

Ali Məhkəmə də Daxili İşlər Nazirliyindən istintaq üçün icazə istəyib. Nazir Sadəddin Tantan 1 fevral 2001-ci il tarixində bu icazəni verib. Lakin Ərdoğan və Gürtuna Dövlət Şurasına etiraz edib. Dövlət Şurasının 2-ci idarəsi 27 sentyabr 2001-ci il tarixində sənədin əhv çərçivəsinə daxil olduğuna qərar verib və Daxili İşlər Nazirliyinin istintaq icazəsini ləğv edib.

Ali Məhkəmə Respublika Prokuroru Sabih Qanadoğlu, Gürtuna və Ərdoğana qarşı irəli sürülən ittihamlar Məhsul Bildirişi və Qanunsuzluqla Mübarizə qanununun 17-ci maddəsinə daxil olduğu üçün və Daxili İşlər Nazirliyinin icazəsinə ehtiyac olmadığından sənədi BELBİM rəhbərliyinin yerləşdiyi Üsküdar Prokurorluğuna göndərdi.

Üsküdar Respublika Baş Prokurorluğu istintaq zamanı bir çox yeni sənəd və bilgi əldə edib: “Fazilet” Partiyasının tərəfdaşlarına qanunsuz ödənişlər edən “hovuz hesabları” təsbit edildi. Bölük düşünür ki, dəlillər və elektron qeydlər yox edildiyi üçün AkBil qanunsuzluğunun 5-6 trilyonluq qismi sübut edilə bildi.

16 iyun 1999-da Respublika Prokurorluğu Üsküdar Ağır Cəza Məhkəməsində məsələ qaldırıb. Bu, Sabih Qanadoğlunun göndərdiyi sənədlərə görə Ərdoğan barədə açılan ikinci məhkəmə işidir. İstanbul 7-ci Əsliyə Cəza Məhkəməsindəki ilk məhkəmə işi Ərdoğanın yaxını olan Albayraqlara qarşı açılmışdı və onkar tenderlərə görə qanunsuzluqda ittiham olunurdu.

“AkBil”lə və Albayraqların tenderdə qanunsuzluq etməsi ilə bağlı “Birgün” qəzetindən Erk Acarer belə bir xəbər hazırlayıb: Baş müfəttiş Erenin Daxili İşlər Nazirliyi Təftiş Şurasına göndərdiyi, oradan da DGM-ya (Dövlət Güvənlik Məhkəməsi) gələn cinayət sənədində son 5 illik dönəmdə verilən tenderlər də nəzarətə alınıb. Sadə bir servis şirkəti olarkən, Rəcəb Teyyub Ərdoğan dönəmində 1998-də 641 milyardlıq zibil yığma işi alan, daha sonra da 1999-da 1 trilyon 222 milyard, 2000-ci ildə də 1 trilyon 500 milyard alan Albayraqın şirkəti önəmli yeri tutdu. Hesabatın bir hissəsində maraqlı bir təsbit də var idi: “Böyük Şəhər Bələdiyyəsinin 227 vasitədən ibarət yeni işçi nəqliyyatı üçün hazırladığı bəyannamədə “tenderdə iştirak edəcək firma 3 min nəfəri daşıma gücünə sahib olmalıdır” adlı hissəsi şəxsən Albayraqlar üçün qeyd edilib”.

“Xəyali şirkətlərə selofan və saxta qəbzlərlə ödəniş etdilər”

Candan Erenin hesabatında qanunsuzluq iddiaları ilə bağlı şirkət, qələm hissəli bölmələr vardı. Amma bir təsbit hələ də müzakirə edilir: “... xəyali şirkətlərə selofan və saxta qəbzlərlə ödəniş etdikləri və bu ödənişlər nəticəsində toplanan pulları tanıdıqları şəxslərin əlində toplayaraq xüsusi məqsədlər üçün istifadə etdikləri, yuxarı qeyd edilən (Rəcəb Teyyub Ərdoğan) məqsədlərə (gələcəyin prezidentini hazırlamaq və cihad etmək) yönləndirdikləri və mənimsədikləri, İstanbul vilayətində bağlanan “Fazilet” Partiyasının Bələdiyyələri ilə ortaqlıq edərək ictimai vəsaitləri müxtəlif yollarla özlərinin və mənsub olduqları partiyanın hesabına daxil etdikləri, bu yolda lazım gəldikdə təzyiqdən və şiddətdən istifadə edərək cinayət törətdikləri barədə iddialar və ifadələr təsbit edilib”.

Ərdoğanın Bələdiyyə rəhbərliyi dönəmi ilə bağlı araşdırma aparan bir şəxs var idi: dönəmin CHP vilayət rəhbəri Mehmet Bölük. “El Tayyib” kitabını yazan Mehmet Bölük “AkBil” skandalı kimi bir çox qanunsuzluq iddiasını yadda saxlamışdı. Mehmet Bolük 2007-də Ukraynada gözlənilməz şəkildə avtomobil qəzasına düşmüşdü. Əvvəlcə bunun bir bombalı hücum olduğu iddia edilir. Sonra isə ölümündən 12 keçməsinə baxmayaraq, buna şübhəli maşın qəzası adı verilir. Daha sonra da təbii ki, sirli maşın qəzası kimi qeydə alınır.

Baş müfəttiş Candan Erenlə birlikdə istintaq aparan Mülkiye müfəttişləri Hüseyn Avni Coş və Ənvər Salehoğlunun hazırladığı hesabatlar çox fərqli idi. Onlar hesabatlarda qeyd edib ki, İstanbul Böyük Şəhər Bələdiyyə sədri Teyyub Ərdoğan, sabiq Daxili İşlər naziri İdris Naim Şahin və AKP millət vəkili olan bir çox bələdiyyə bürokratları barədə açılan istintaqlar reallığı əks etdirmir, buna görə də, hüquqi prosedurlara ehtiyac yoxdur. İstintaqda adı çəkilən şəxslər əvvəlcə AKP qurucusu, daha sonra isə millət vəkili və nazir oldular. Məsələn, Mehmet Mustafa Açıkalın, İdris Naim Şahin, Hüseyn Besli, Akif Gülle, Veysel Eroğlu, Hilmi Güler və Nurəddin Canikli kimi şəxslər.

“Son Ərdoğan müqəddəs kitabı”nı yazan Hüseyn Besli özünün ittiham edildiyi dönəmlə bağlı heç bir şey yazmaması da çox önəmli bir detaldır. Maliyyə Nazirliyi Hesab Mütəxəssisləri Şurası tərəfindən hazırlanan hesabata görə, İstanbul Böyük Şəhər Bələdiyyəsi rəhbərliyi BELBİM tərəfindən istifadə olunan “AkBil” vasitəsilə 2,6 trilyon lirəlik gəliri buxarlaşdırıb.

Bəs sonra nə oldu?

Dövlət Şurasının 2-ci dairəsi Ərdoğanın ittiham edilməməsi yönündə qərar aldı. Qərara əsasən, Ərdoğana qarşı irəli sürülən bu cinayətlərin bir qismi ertələnmə qanununa daxildir, bir hissəsinin vaxtı bitib, bir qismi isə heç bir cinayət ünsürü yaratmır. Bu qərarları verən dairənin hakimi isə Hüseyn Qaraqulluqçu idi. O, eyni zamanda Bülent Arınçın sinif yoldaşı idi.

Daha sonra Dövlət Şurasının hesabatının vaxt bitdi və “Rahşan əhvi” adı ilə tanınan qanun dəyişikliyi sayəsində də məhkəmələrdən heç bir nəticə çıxmadı. Yeri gəlmişkən, xatırladaq ki, Ərdoğanın Bələdiyyə sədrliyi dönəmində bələdiyyələrə nəzarət edən Sayıştayı, daha sonra Milli Müdafiə naziri olan Vecdi Könül əvəz etmişdi. Ölkəni sarsıdan, amma Teyyub Ərdoğana təsir etməyən “AkBil” kimi iddialarda adı çəkilən şəxslərə nə olmuşdu? Onlara da nəzər salaq.

Candan Erenə nə oldu? Daxili İşlər Mülkiye Baş Müfəttişi Candan Eren İstanbul Bələdiyyəsindəki qanunsuzluq iddialarını araşdırdı. Sonra isə bu iddiaları hesabat halına gətirildi, Ərgənəkon və Balyoz məsələləri ilə də birləşdirilərək Ereni məhkəməyə verdilər. Onun sürgünə getməsi belə ortaya atıldı. Son olaraq da Konak Bələdiyyəsinin apardığı istintaqda “vəzifədən sui-istifadə etmək” səbəbi ilə ona 5 aylıq həbs cəzası verildi. Cəzası da pula çevrilərək ertələndi. Candan Eren üçün bu prosesi hazırlayan kim idi? Bunu edənlər Rəcəb Teyyub Ərdoğanın “sərvəti” ilə bağlı məhkəmədə çıxan bəraət qərarını apellyasiya etməyən sabiq Ankara Respublika Baş Prokuroru və sonradan da Ədliyyə Nazirliyinin müşaviri olan Fahri Qasırğa idi.

Bəs Adil Sərdar Saçana nə oldu? “AkBil” əməliyyatını həyata keçirən şöbə müdiri Adil Sərdar Saçanın üzərinə bələdiyyənin konteyneri düşdü. O, ölümdən qurtulsa da, Ərgənəkon davasında həbs edildi və 16 ay həbsdə qaldı.

Ayxan Memaroğlunun aqibəti necə oldu? “AkBil” və Ərdoğan dönəmində qanunsuzluq iddialarını aparan, həmin dönəmin Maliyyə şöbə müdiri olan Ayxan Memaroğlunun narkotik qaçaqçılığı ilə əlaqəsi olduğu ortaya çıxdı və vəzifəsindən uzaqlaşdırıldı. Sonra da məhkəmədə qalib gələrək vəzifəsinə geri qayıtdı.

Vəkil Vildan Ersinə nə oldu? O, Albayraqlar və “Yeni Şafak” qəzeti üçün vəkillik edirdi. Bundan sonra 2001-ci ildə Kilyosda şübhəli bir şəkildə boğuldu. Vəkil Vildan Ersin şübhəli şəkildə boğularkən yanında Maliyyə şöbəsinin Dələduzluq üzrə bürosunda çalışan polis Kadir Koçyiğit olub.

Baş Prokuror Vəli Engin Aslana nə oldu? "AkBil" istintaqını yürüdən Sarıyer Baş Prokuroru Vəli Engin Aslan istəmədiyi halda İstanbuldan sürgün edildi.

Hüseyn Avni Coş da “AkBil” əməliyyatında Ərdoğanı təmizə çıxaranlardan idi və Ərdoğanın prezidentliyi dövründə ilk Bingöl qubernatoru kimi vəzifəyə gətirildi. Sonra isə Adanada bir vətəndaşı təhqir edərkən görüldü. Təzyiqlərdən sonra Ərdoğan onu müdafiə edib və bundan sonra Coş Sakarya qubernatoru olduğu halda, 2017-ci ildə yayımlanan Qubernatorlar fərmanı ilə mərkəzə götürülən qubernatorların arasında keçdi.

Ənvər Salehoğlu isə Ərdoğan barədə istintaq aparılmaması barədə hesabatlar hazırlayırdı və bundan sonra o, Ərdoğanın vətəni olan Rizeyə qubernator təyin edildi.

Hüseyn Qaraqulluqçu da Ərdoğanın “AkBil” istintaqında ittiham edilməsinə qarşı çıxan qərarın altına imza atmışdı və o da daha sonra Dövlət Şurasının rəhbəri oldu. Dövlət Şurası rəhbəri olarkən ortaya çıxıb ki, Qaraqulluqçu xəyali ixracatla bağlı aparılan istintaqda şəbəkə lideri olan Barbaros Xeyrəddin Aksoyla görüşüb. Onlar müxtəlif şirkətlərin cəzalarını müzakirə ediblər. Qaraqulluqçu sonradan yaşına görə pensiyaya çıxıb.

Necmi Kadıoğlu da uzun müddət İstanbul Böyük Şəhər Bələdiyyəsi Qaynaq və İştiraklar üzrə idarə rəhbəri, sonra isə bağlanılan “Rifah” Partiyasının vilayət üzrə idarə heyətinin üzvü olub. Bələdiyyənin İSTAÇ kimi şirkətlərindən bəzilərinin idarə heyətlərində çalışan Kadıoğlu “AkBil” məsələsi ortaya çıxan kimi xaricə qaçıb. Ortaya çıxan selofan qəbzlərdə imzası olan 50 milyon lirəni xaricə apardığı önə sürülən Kadıoğlu 2 ay qaçaq kimi yaşadıqdan sonra Türkiyə qayıtdıqda Atatürk Hava Limanında istintaqa cəlb olundu. O, İGDAŞ istintaqında kilid rol oynayırdı. Lakin həbs edilsə belə, cinayət şəbəkə miqyasından çıxdığı üçün azadlığa buraxıldı. 2014-cü ildə keçirilən yerli seçkilərdə Esenyurt Bələdiyyə sədri seçildi. 15 dekabr 2017-ci ildə isə Ərdoğanın “metal yorğunluğu” çərçivəsində kənarlaşdırıldı. Kadıoğlu da sağlamlıq problemlərini bəhanə edərək Bələdiyyə sədrliyindən istefa verdi.

Bələdiyyə sədrliyindən bu yana barəsində bir çox məhkəmə işi açılan prezident Rəcəb Teyyub Ərdoğana qarşı gəlməyənlər yuxarıda qeyd etdiyimiz kimi karyeralarında böyük uğur qazandıqlar.

Bu gündən nümunə versək, Ali Məhkəmənin rəhbəri İsmayıl Rüşdü Ciriti misal göstərə bilərik. Bəs bu adam kim idi? Bu adamın əsas fərqi onda idi ki, məhkəmə zamanı ürəyi getmişdi.

Cirit 1990-cı illərdə Üsküdar 2-ci Ağır Cəza Məhkəməsinin sədri olarlən ictimaiyyət və media onun adını belə bilmirdi. Həmin dövrdə prokuror Ərdoğanın və cinayət ortaqlarının 12 il həbs edilməsini tələb etdikdə, Cirit hakimlik etdiyi bu məhkəmədə onlara bəraət verdi.

Təbii olaraq, Ərdoğan baş nazir olarkən onun tərəfində dayananların sırasında olan İsmayıl Rüşdü Cirit də Ali Məhkəməyə seçildi.

Əgər həmin vaxtı Cirit Ərdoğana qarşı hakimlik etdiyi məhkəməyə vicdanla yanaşıb, tərəfsiz qalsaydı, bu gün geridə qalmış fanatik dindarlar ölkəni bataqlığa sürükləyə bilməyəcəkdi. Üstəlik, Türkiyə bu gün Londondakı bir neçə sələmçiyə möhtac qalıb, gündəlik 50 milyon dollar faiz ödəməyəcəkdi.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar