Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: "Unutmayaq, vətəni öncə dil, sonra ordu qoruyar, türkcəmizə sahib çıxmalıyıq"

“Türk dili kimliyimizdir, anlayışımızdır, əsrlər boyu mədəniyyətimizin daşıyıcısıdır. Unutmayaq vətəni öncə dil, sonra ordu qoruyar. Ona görə türkcəmizə sahib çıxmalıyıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ilin Türkiyədə “Yunus Əmrə və Türkcə ili” olaraq qeyd edilməsilə əlaqədar keçirilən silsilə tədbirlərin açılış mərasimində danışarkən bunu bildirib.

Dünyada 250 milyondan çox insanın türkdilli olduğunu və ən çox danışılan dillər arasında türk dilinin 5-ci yer tutduğunu deyən Prezident bildirib ki, hazırda dünyanın 35 ölkəsində ya ana dili, ya ikinci dil, ya da əcnəbi dil olaraq türkcə ilə anlaşmaq mümkündür: “Vətənləri, bayraqları, dövlətləri ayrı olan yüz milyonlarca insanı eyni qəlbdə birləşdirən türkcədir. Türk elm adamı Əli Fuad Başgil deyib ki, türkcəmiz hər kəlməsində əsl bir millətin ən az min illik tarixinin məna və xatirələrini özündə daşıyan milli ruhumuzdur. Dilini itirən bir millət hafizəsini, mənliyini, inamını itirər. Ana dili ilə bağlarını itirən cəmiyyətlərin zamanla kütləviləşib kölələşməsi qaçılmazdır. Çox təəssüf ki, bu gün akademiklərimiz, media nümayəndələrimiz də daxil, bəzi təhsilli insanlarımız əcnəbi dillərə daha çox önəm verir, türkcəmizə lazım olan qayğını göstərmir.

Sosial media dili xüsusilə gənclərimiz arasında ünsiyyət vasitəsinə çevrilib. Küçə lövhələrində əcnəbi sözlər işlətmə xəstəliyi, danışıqlarda anlamsız qısaltmalar, qüsurla işlədilən yad kəlmələr dilimizin gələcəyini təhlükədə qoyub. Ona görə də türkcəmizi qorumadan nə milli kimliyimizə sahib çıxa, nə türk dünyası ilə əlaqələr qura, nə də dünyadakı hədəflərimizə çata bilərik. Biz türkcəmizi qorumalı, zənginləşdirməliyik”.

Ərdoğan bildirib ki, 2021-ci ildə Türkiyənin 18 nazirlik və aidiyyəti qurumları ilə birlikdə 224 adda “Yunus əmrə və Türkcə” adlı tədbirlər keçiriləcək.

“Yunus Əmrə “dil hikmətin yoludur” deyir. Biz bu il “dünya dili türkcə” adlı bir səfərbərlik elan edirik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Ən çox oxunanalar